Elm Fondu (Azərbaycan)

Azərbaycan Elm FonduAzərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.

Elm Fondu
  • Azərbaycan Elm Fondu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 2009-cu il 21 oktyabr (EİF)
15 oktyabr 2022 (AEF)
Əvvəlki qurum Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
Ləğv edilib 2022
Tabelik publik hüquqi şəxs
Ünvan AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi-27, 9-cu mərtəbə
Rəhbərlik
Rəhbər Mehriban İmanova

Rəsmi saytı aef.gov.az

Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır.[1]

15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs yaradılıb.[2]

Fondun vəzifələri

[redaktə | mənbəni redaktə et]
  • Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
  • Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək;
  • Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək;
  • Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək;
  • Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək;
  • Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Elmin İnkişafı Fondu ilə bağlı sərəncam, fərman və qərarlar

[redaktə | mənbəni redaktə et]

Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir:

  • "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1).
  • "E. S. Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2).[3]
  • "M. N. İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5
  • "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4).[4]
  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il)[5]
  • "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5).
  • "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6).
  • "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 879, 30 aprel 2010-cu il) (Əlavə 7).

"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli 1155 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş 2010-cu il 3 noyabr tarixli 199 nömrəli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Qərarın 6-cı bəndinə əsasən Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılmış və adı çəkilən Qərarın 16 nömrəli əlavəsinə uyğun olaraq Elmin İnkişafı Fondunun icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarının yeni sxemi müəyyən edilmişdir (Əlavə 8).

Elmin İnkişafı Fondu öz fəaliyyətində Nizamnaməsini, "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununu (№ 483-IQ, 17 aprel 1998-ci il tarixli, əlavə və düzəlişlərlə) (Əlavə 9) və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı (Əlavə 10) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın (Əlavə 11) məqsəd və vəzifələrini, "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın (Əlavə 12) və qüvvədə olan müvafiq qanunvericilik aktlarının tələblərini də rəhbər tutur

İcraçı direksiya

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) ilə Elmin İnkişafı Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilmişdir. Elmin İnkişafı Fondunun ştat cədvəli "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) ilə təsdiq edilmişdir.

Ştata icraçı direktor, müşavir, baş mühasib, 4 baş məsləhətçi, 2 aparıcı məsləhətçi və 1 məsləhətçi daxildir. Bununla yanaşı, ştatdankənar işçilərin əmək müqaviləsi yolu ilə Elmin İnkişafı Fondunun icraçı direksiyasının işinə cəlb olunması da Qərarda nəzərə alınmışdır.[6]

  1. "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Sərəncam" (PDF). 2013-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
  2. "İlham Əliyev fərman imzaladı". 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
  3. "E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" (PDF). 2013-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
  4. ""Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" (PDF). 2013-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
  5. "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi" (PDF). 2013-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
  6. "İcraçı direksiya". 2016-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Sərəncam

"E. S. Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında"

"M. N. İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında"

"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında"

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi

İcraçı direksiya

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]