Elvin Abbasov (tam adı: Elvin Abbasov Miribadət oğlu; 13 iyul 1982, Cəlilabad rayonu) — azərbaycanlı iş adamı[1]; İKT üzrə ekspert,[2][3] Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının[4][5] İdarə Heyətinin sədri, Vision TV və Virtual Azerbaijan Group of Companies[6] şirkətlərinin təsisçisi, TimeSoft şirkətinin həmtəsisçisi və direktoru. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü.[7]
Elvin Abbasov | |
---|---|
Elvin Miribadət oğlu Abbasov | |
| |
Vəzifədədir | |
26 iyul 2022-ci ildən | |
Əvvəlki | Faiq Fərmanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ, Azərbaycan SSR → Azərbaycan |
Fəaliyyəti | Biznesmen |
Atası | Miribadət Abbasov |
Anası | Rəfiqə Abbasova |
Uşaqları |
Mədinə Abbaslı Məryəm Abbaslı |
Ailəsi | Xəlifəlilər |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Tanınır | İnformasiya texnologiyaları üzrə Ekspert, Yazıçı və İxtiraçı. |
Elvin Miribadət oğlu Abbasov 13 iyul 1982-ci ildə, Azərbaycan SSR-in Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur[8]. Uşaqlıq dövrünün bir hissəsini Naftalan şəhərində, 1993-cü ildən etibarən Türkiyə Respublikasının Trabzon şəhərində yaşamışdır. Türkiyədə yaşadığı müddətdə Türkiyənin bir sıra şirkətlərində kompüter və İnformasiya texnologiyaları üzrə mühəndis, ekspert, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir.
2006-cı ildə Azərbaycana qayıdaraq ilk öncə fərdi sahibkar olaraq fiziki şəxs kimi qeydiyyatdan keçmiş və daha sonra "INTERLAND Company" MMC adlı şirkətləri təsis etmişdir. 2009–2013-cü illərdə "SalamNews" İA-də texniki direktor və direktor vəzifəsində çalışmışdır[9]. 2013-cü ildən Vision TV şirkətini təsis edib.[10][11] 2015-ci ildə "Bələdiyyələrin vahid ödəmə sistemi"ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur.
2015-ci ildə "Sərmayənin Milliləşməsi"[12][13][14][15] və eyni zamanda bu sahədə "Milli internet resuslarının yaradılması" fikrini təbliğ edərək[16][17] bu istiqamətdə MyDay milli sosial şəbəkəsini yaratmışdır.[18][19][20]. Milli internet resurslarının ölkə üçün əhəmiyyət kəsb etdiyi barədə tez-tez mətbuatda məqalələri yayımlanmışdır.[21]
2017-ci ildən etibarən Virtual Azerbaijan Group of Companies şirkətində direktor vəzifəsinə keçərək İT sahəsində bir neçə dövlət layihələrinə imza atmışdır[22]. 2018-ci ildə həmtəsisçilərlə "TimeSoft" MMC-nin fəaliyyətini başladaraq Azərbaycanda 4 məhsul üzrə internet platformaları yaratmışdır: Ofis Menecment, Agro Menecment, Agro Birja və Agro TV-nin fəaliyyəti 2019-cu ildən başlamışdır.
İnformasiya texnologiyalarının inkişafı ilə bağlı 90-dan çox məqalənin sahibidir. Bu məqalələrdən bir çoxu "313" jurnalının "Elm texnologiya" bölümündə yayımlanmışdır. 300-dən çox bədii şeirin müəllifidir, şeirləri bir çox qəzet, jurnal və saytlarda yayımlanmışdır[23].
"Sərmayənin Milliləşməsi konsepti" barədə müxtəlif informasiya agentliklərində 20-dən çox müsahibə vermişdir[13][24][25][26]. Azərbaycanda "Bələdiyyələrin Vahid Elektron Ödəmə Sistemi"nin ideya müəllifi və tətbiq edicisi, həmçinin MyDay milli sosial şəbəkəsinin yaradıcısıdır[27][28][29][30][31]
Türkiyənin Trabzon şəhərində yaşadığı müddət ərzində Karate-do idman növü ilə məşğul olmuşdur və 2000–2002-ci illər ərzində Trabzon şəhərində ilk dəfə Aykido idman növü üzrə dərslər vermişdir. 2019-cu ildən Gəncə İdman Klubu-nun 2010–2023 prezidenti, 2023 ildən etibarən Müşahidə Şurasının üzvü.[32]