Xəlifəlilər (tam adı:Xəlifəli soyu) — VIII-ci əsrdə Xəlifə Qiyas[1] indi ki Azərbaycan Respublikasının cənub ərazisində əsasən Yardımlı rayonunun Perimbel kəndində məskunlaşmış, nəsili günümüzə qədər davam etməkdə olan Azərbaycan xalqının tanınmış soylarından biridir. Soyun nümayəndələri 14 əsrdir Perimbel kəndində yaşamağa davam edir, dəfələrlə kənd yandırılmış, dağıdılmış, əhali köçürülmüş olsa da hər dəfəsində yenidən kəndə qayıtmışlar Xəlifə Qiyas və qardaşı Xəlifə Kamal[2] ziyarətgahını bərpa etmişdir. Hazırda kəndin əksəriyyəti bu soydan 4 tayfanın davamçısıdır.
azərb. Xəlifəli soyu | |
---|---|
| |
| |
Şüar | بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا |
Titul | Seyid, Xəlifə |
Əcdadı | Bəni Haşim |
Budaqları | Şavruq tayfası, Ağaməmməd tayfası, Məmməd Rəhim tayfası, Xəlifə Məmməd Tayfası. |
Dövr | VIII əsr → davam edir |
Mənşəyi | Məkkə, Ərəbistan |
Təbəəliyi |
Ərəb xilafəti Böyük Səlcuq imperiyası Eldənizlər Elxanilər dövləti Teymurilər dövləti Qaraqoyunlular Ağqoyunlular Səfəvilər Əfşar imperiyası Talış xanlığı Rusiya imperiyası → Lənkəran qəzası SSRİ Azərbaycan SSR → Azərbaycan |
Torpaqları | Perimbel (Pirin Beli) |
Mülki fəaliyyəti | Qazı, Müəllim, Alim, Yazıçı |
Dini fəaliyyəti | Ruhani, Molla, Axund |
Şiələrinin 4-cü imamı Zeynülabidin nədidəsi Xəlifə Qiyas (ərəb. Ğiyasəddin) 4 oğlu, ailəsi və qardaşı Xəlifə Kamal (ərəb. Kamaləddin)[3] ilə VIII-ci əsrdə Perimbel kəndində məskunlaşmış və günümüzə qədər nəsili, 4 oğlunun adı ilə bağlı (Şavrux tayfası, Ağaməmməd tayfası, Məmmədrəhim tayfası, Xəlifə Məmməd tayfası) olan 4 Tayfadan davam etməkdədir. Tarixi sənədlərə görə kəndin əvvəlki adları Pirinbel, Xəlfəli və Seyyidlər kəndi kimi də adlanmışdır. Perimbel- “Pirin qənşəri”, “Pirin məkanı mənasında” – “Pirin beli” mənasındadı. Qardaşlardan Kamal(ərb:Kamaləddin) gənc yaşda şəhid olmuş onun övladı olmamışdır, məzarları Perimbel kəndində ziyarətgahdır. Xalifə Qiyas ömrünü Perimbel kəndində başa vurmuş, məzarı Pir kimi fəaliyyət göstərməkdədir. Günümüzdə Perimbel kəndinin əksər hissəsi Xəlifə Ğiyasın 4 oğlunun nəslinin nümayədələrindən ibarət olmaqdadır. Yaxın tarixə baxsaq son 2 əsrdə Çar Rusiyası və Rus imperiyası tərəfindən Perimbel kəndi 4[4] dəfə dağıdılıb, evlər yandırılıb, əhalisi represiya qurbanına çevrilib, hər dəfə müəyyən illərdən sonra öz əhalisi tərəfindən bərpa etmişdir.
Ölkələr : Azərbaycan, BƏƏ, İran, Səudiyyə Ərəbistanı, Rusiya, İordaniya, Türkiyə, Gürcüstan.
: Bakı, Perimbel, Babalı, Cerimbel, Yardımlı, Biləsuvar, Göygöl, Ucar.
Soyadlar : Abbasov, Ağayev, Həşimov, Sultanov, Fətiyev, Həsənov, Əliyev, Xurşidov
Tədqiqatçılar oykonimi VII əsr və VIII-ci əsrdə Azərbaycana köçürülmüş ərəb tayfalarından birinin adı ilə və ya pirembel tayfasının babalı tirəsinin adı ilə bağlayırlar. Etnotoponimdir.[5]
Kökü Bəni Haşim sülaləsinə söykənən Xəlifəlilər (Xəlifə Qiyasdan törəyən nəsil adı) soyunun rəmzi bayrağı və gerbinin təsis edilməsi birdən-birə baş verməyib, bunun zəngin tarixçəsi vardır. Elvin Abbasovun illərdir yürütdüyü tədqiqatlar nəticəsində bir çox arxiv sənədlərinə baxılmış, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Gürcüstan Milli Arxivi, Sankt-Peterburqun Mərkəzi Dövlət Tarix Arxivi, İranın bir neçə seyidşünas dəftərxanaları, Osmanlı arxivləri araşdırılmışdır. Soyun tanınmış və yaşlı nümayəndələri ilə məşvərət edilmişdir.
Xəlifə Qiyas soyuna tərtif edilmiş Bayraq
Xəlifə Qiyas soyuna tərtif edilmiş Gerb
Xəlifə Qiyasın soyu, dörd oğlundan dörd tayfa olaraq bir çox soyad ilə Azərbaycan, Rusiya İran, Türkiyə və daha bir çox ölkədə 50 min-dən çox nümayəndəsi yaşamaqdadır.
Bəni Haşim Həşim ibn Əbdülmanaf | |||||||||||||||||||||||||||||||||||||||||||
Əbdülmütəllib ibn Haşim | |||||||||||||||||||||||||||||||||||||||||||
Abdullah ibn Əbdülmütəllib | Əbu Talib ibn Əbdülmütəllib | ||||||||||||||||||||||||||||||||||||||||||
Hz. Məhəmməd | |||||||||||||||||||||||||||||||||||||||||||
Hz. Fatimə | Hz. Əli | ||||||||||||||||||||||||||||||||||||||||||
Hz. Həsən | Hz. Hüseyn | ||||||||||||||||||||||||||||||||||||||||||
Əli əl-Əkbər | Zeynülabidin | Əli Əsğər | |||||||||||||||||||||||||||||||||||||||||
Məhəmməd əl-Baqir | Zeyd ibn Əli | Əl Hüseynul Əsğər | |||||||||||||||||||||||||||||||||||||||||
Əli | Süleyman | Übeydullah Ərə | Həsən Muhədis | Abdullah | |||||||||||||||||||||||||||||||||||||||
Əbu Ya Əli Həmzə | Məhəmməd Cavani | Əliyül Abid | Cəfər Höcəd | ||||||||||||||||||||||||||||||||||||||||
Übüydullah Sani | İbrahim | ||||||||||||||||||||||||||||||||||||||||||
Saleh | |||||||||||||||||||||||||||||||||||||||||||
Ğiysəddin (Xəlifə Qiyas) | Kamaləddin (Xəlifə Kamal) | ||||||||||||||||||||||||||||||||||||||||||
Şahruq | Ağa Məhəmməd | Məhəmməd Rahim | Xəlifə Məhəmməd | ||||||||||||||||||||||||||||||||||||||||
Əlvənd | |||||||||||||||||||||||||||||||||||||||||||
Kamal | |||||||||||||||||||||||||||||||||||||||||||
Əlvənd | |||||||||||||||||||||||||||||||||||||||||||
Şavruq | |||||||||||||||||||||||||||||||||||||||||||
Saleh | |||||||||||||||||||||||||||||||||||||||||||
Yarməmməd | |||||||||||||||||||||||||||||||||||||||||||
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |