Ertso- (oset. Ерцъо, gürc. ერწო [ɛrt͡sʼɔ])- Cənubi Osetiyanın Dzausko rayonunda Kvirila çayının hövzəsinə aid karst mənşəli göl. Ölkənin sahəsinə görə ikinci böyük gölü hesab edilir.[1]
Ertso gölü | |
---|---|
oset. Ерцъо, gürc. ერწო | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1711 m |
Sahəsi | 0,41 km² |
Dərin yeri | 19 m |
Yerləşməsi | |
42°28′13″ şm. e. 43°45′08″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Region |
|
|
Bu göl Kudarsk yarğanında yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1711 m-dir. Daxili kanalları mövcuddur. Gölün sahəsi-0,41 km², uzunluğu isə-940 m-dir. Gölün dərinliyi məlum deyil, çünki suyunun səviyyəsi daimi olmur. Göl öz mənşəyinə görə unikal hesab edilir, çünki, Qafqazda ən iri karst mənşəli göldür. 5-6 il ərzində gölün su balansında azalma müşahidə edilir. Bu isə yeraltı mağaralarla əlaqədardır. Landşaftın geoloji quruluşu üst yura dövrünə aiddir.[2]
Göl hövzəsi kifayət qədər geniş Erzo depressiyasının şimal hissəsini tutur, hansı ki, üst yura dövründə formalaşıb. Gölün əsas hissəsi depresiyadan çox da hündür olmayan silsilə ilə ayrılır. Göl öz növbəsində 4 karst qıfının birləşməsindən yaranır ki, onlarda dərinliyi 5 m-19 m olan hissələrdən ibarətdir. Gölün şərqində eyni adlı kənd yerləşir.