Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fərəc Əjdər oğlu Fərəcov (d. 21 fevral 1950, Xırdalan) — Azərbaycan aktyoru və rejissoru.
Fərəc Fərəcov | |
---|---|
Fayl:Fərəc Fərəcov.jpg | |
Digər adı | Fərəculla Fərəcullayev |
Doğum tarixi | |
Doğum yeri | Xırdalan, Abşeron, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor və rejissor |
Fəaliyyət illəri | 1975–indiyə kimi |
Mükafatları | |
IMDb | ID2957614 |
Fərəcov Fərəc Əjdər oğlu (Fərəculla Fərəcullayev) 1950-ci ilin fevral ayının 21-də Abşeron rayonun Xırdalan şəhərində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş, 1975-ci ildə Az.Dövlət İncəsən İnstitunun dram-kino aktyoru fakultəsini başa vuraraq 1982-ci ilədək institutun foto-kino laboratoriyasının müdiri işləmişdir. Elə o zamanlar kino həvəskarları klubunda da fəaliyyət göstərmiş və "İmperiya dəftərxanasının komendantı", "İnama etibarlı ol", "Adi əhvalat", Ə.Nesinin hekayəsi əsasında "Kiminə hay-hay, kiminə vay-vay" və s. filmlərini çəkmişdir.
"İmperiya dəftərxanasının komendantı" Respublika festivalında 2-ci yerə, "İnama etibarlı ol" filmi isə 3-cü yerə layiq görülmüşdür. "Adi əhvalat" filmi isə 1978-ci ildə "Leninqrad və Baltikyanı respublikaların kiçik kino festivalı"nda iştirak etmişdir.Fərəc Fərəcov "Dağlar oğlu" tamaşasında Əliş roluna görə (rejissor Q.Mürsəlov) 1976-79-cu illərdə keçirilən "Ümumittifaq bədii özfəaliyyət festivalları"nın laureatı olmuşdur.
Həmin dövrlərdə görkəmli rejissor, SSRİ xalq artisti Adil İsgəndərovun quruluş verdiyi S.Vurğunun "Xanlar" pyesində-Qalabəyi, daha sonra "Dağılan tifaq"da-Mirzə Bayram rolunu oynamışdır. Nəsir Sadıqzadənin quruluşunda S.Sveyqin "Sahildə bir ev" əsərində Rekurd obrazını yaratmışdır.
Fərəc Fərəcov 1977-79-cu illərdə Azərbaycan televizisiyasının "Səhər görüşləri" verilişində bir çox komediyalarda görkəmli gülüş ustaları Nəsibə Zeynalova, Əliağa Ağayev, Hacıbaba Bağırov, Siyavuş Aslan, Arif Quliyev və başqa tanınmış aktyorlarla tərəf müqabili olmuşdur. 1982-85-ci illərdə R.Nəsiboğlunun rəhbərlik etdiyi "İrs" folklor ansamblında rejisorluqla yanaşı, həm də Meydan bəyi rolunu özünə məxsus ifa edərək SSRİ-nin bir çox şəhərlərində milli adət-ənənələrimizi nümayiş etdirmişdir.
Fərəc Fərəcov bir neçə filmlərdə "Çalışqan adam"da aktyor, "Nəsimi"də Mürüd, "Qatır Məmməd"də Gimnaziyaçı, "Qara Volqa" da restoran müdiri, "Təxribat" da-Qədeş, "Son döyüş" də-türmə müdiri, "Otel otağı"nda-professor, "Ağ atlı oğlan"da pəzəvəng erməni, 2011-ci ildə "Bu ba"da-hakim, "Biz qayıdacayıq"da-terrorçu, "Cavadxan"da-gürcü keşiş, "Yuxu"da-alverçi, "Fəryad"da-Xoren, Özbəkfilmin çəkdiyi "Şirəli və oypərçin"də-əyyan, İran mənşəli Amerika rejissoru Rafiq Puyyanın çəkdiyi "Dağıdılmış körpülər" filmində-fələstinli, "Ovsunçu" filmində-kənd ağsaqqalı və s.filmlərdə bir-birindən maraqlı obrazlar yaratmış, Yusif Vəliyev, Məlik Dadaşov, Şahmar Ələkbərov, Nəsibə Zeynalova, Ceyhun Mirzəyev kimi sayılıb-seçilən aktyorlarla tərəf müqabili olmuşdur.
Fərəc Fərəcov eyni zamanda televiziya tamaşalarında və xalq teatrında müxtəlif xarakterli obrazlarda yaratmışdı ki, onlardan göstərmək olar: "Hacı Qəmbər"-də Hacı Qəmbər, "Xanlar"-da Xanlar və Qalabəyli obrazları, "Aydın"-da Səlim, "Dağlar oğlu"da-Əliş, "O olmasın bu olsun"da-Məşədi İbad, "Ev tərbiyəsinin bir şəkli"də-Əsgər, "Özümüz bilərik"də-Murtuzov, "Həmyerlilər"də-Gümüşov, "Əcəb işə düşdük"də-Abış Surxayeviç, "Vaqif"də Vaqif, "Almaz"da-Mirzə Səməndər, "Durna"da-Dursun, "Ata yurdu"da-rəssam, "Hardasan ay subaylıq"da-Novruzəli, "Ordan-burdan" televiziya tamaşasında-Bəy, "Keçəlin ilk məhəbbətin"də-Əyyan, "Xonçalı Novruz" və "Qaravəlli" əyləncəli proqramı.
Fərəc Fərəcov 20 ildən artıq Abşeron rayon mədəniyyət evində fəaliyyət göstərən Musiqili Komediya xalq teatrında müxtəlif obrazlar yaratmış və teatrın hal-hazırda da rejissoru kimi fəaliyyət göstərir. Respublikanın əməkdar artisti Kubra Dadaşova, aktyorlardan Allahverdi Yolçuyev, Qorxmaz Əlilinin aktyor kimi yetişmələrində köməyi olmuşdur.
Fərəc Fərəcovun Musiqili Komediya xalq teatrında quruluş verdiyi tamaşalar və səhnələr: N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyesi, Ü.Hacıbəyov "O olmasın bu olsun", "Arşın mal alan", "Ər və arvad" operettalarında səhnələr, Ə.Səmədli "Əhmədin Vəfalı xoruzu", "Artıq tamah baş yarar", "Cəsurlar", "Meşə çaqqalsız olmaz" nağıl tamaşaları, Ş.Qurbanov "Özümüz bilərik", "Əcəb işə düşdük" musiqili komediyalarından səhnələr, C.Cabbarlı "Almaz" pyesindən səhnə, S.Rəhman "Xoşbəxtlər" komediyasından səhnə, A.Məmmədov "Həmyerlilər" komediyasından səhnə, Ə.Orucoğlu "Borc", "Elçilik", "Gəlin gəlir" yumoristik səhnəciklər və s.
1970-ci ildən Fərəc Fərəcovun yazdığı "Qaravəlli" meydan oyunu Abşeronun "Novruz" şənliklərində və "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunda keçirilən tədbirlərdə oynanılır və Azərbaycan televiziyasının "Xalq yaradıcılığı" verilişi tərəfindən lentə alınaraq televiziyanın fondunda saxlanılır.
Fərəc Fərəcovun jurnalistik fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. O, 5 ildən artıq bir müddətdə "Azərbaycan mədəniyyəti və incəsənəti" ictimai-siyasi və mədəniyyət qəzetinin müxbiri və foto-müxbiri kimi fəaliyyət göstərmişdir. Onun məqalələrində Respublikamızın tanınmış kino və teatr xadimlərinin həyat və yaradıcııqları, ölkəmizin tarixi memarlıq abidələri haqqında maraqlı yazılar və foto-şəkillər öz əksini tapmışdır.
Son illərdə "Çalışqan adam", "Üç bacı", seriallarında, "Planeta Parni iz Baku" studiyasının çəkdiyi "Ölülər 21-ci əsr", "Bəxt üzüyü-2", "Məhəllə-3" və s.filmlərdə çəkilmişdir. Hal-hazırda da yaradıcılığını davam etdirir.
1976–79-cu illərdə "Ümumittifaq bədii özfəaliyyət festivallırı"nın laureatı olmuşdur. 2012-ci ilin dekabrında respublikanın mədəniyyət və incəsənətinin inkişafındakı xidmətlərinə görə, prezidentin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.