Firudin Qurbanov

Qurbanov Firudin İsa oğlu (tam adı: Qurbanov Firudin İsa oğlu; 29 avqust 1952, Ağsu rayonu) — Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini (2014-cü ildən), Bakı Dövlət Universitetinin rektor əvəzi (2018–2019).[1]

Firudin Qurbanov
Firudin İsa oğlu Qurbanov
18 iyul 2014 – indiyə kimi
Prezidentİlham Əliyev
Əvvəlkivəzifə təsis edilib
bayraq
Bakı Dövlət Universitetinin rektorunun səlahiyyətlərini icra edən
bayraq2
21 dekabr 2018 – 11 mart 2019
ƏvvəlkiAbel Məhərrəmov
SonrakıElçin Babayev
Şəxsi məlumatlar
Doğum tarixi (72 yaş)
Doğum yeri
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2011 "Fəxri mədəniyyət işçisi" döş nişanı — 2014

Firudin Qurbanov 29 avqust 1952-ci ildə Azərbaycan SSR-in Ağsu rayonunda anadan olub. Bakı şəhərində orta məktəbi bitirəndən sonra, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma" fakültəsinə qəbul olunmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974–1975-ci illərdə orduda xidmət edib. Evlidir, 2 övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1975–1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982–1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989–1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib. 1994–2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində (Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi) Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. 2007–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının təhsil nazirinin müavindir.

1995–2002-ci illərdə Gənclər və İdman Nazirliyinin Elmi-Metodiki Şurasının sədr müavini, 2001–2005-ci illərdə Elmi-Metodiki Şurasının sədri olub.

1998-ci ildə Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının nəzdində işçi qrupunun üzvü, 2002–2005-ci illərdə Turizmin İnkişafı Dövlət Proqramının, 2003–2005-ci illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramlarının hazırlanmasında gənclər, idman, turizm və mədəniyyət sektorları üzrə işçi qruplarının sədri, BMT-nin İnkişaf Proqramı "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə İnstitusional yardım" (2004–2005-ci illər) layihəsinin milli direktoru olub. İngiltərə, Danimarka, ABŞ, İsveçrə, Fransa, Nepal, Uruqvay, Niderland, Almaniya, Türkiyə, İspaniya, Avstriya, Çin və s. xarici ölkələrdə beynəlxalq elmi konfrans, simpozium və seminarların iştirakçısı olmuş və aktual mövzularla çıxış etmişdir. İqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru, dosentdir.

2006–2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, 2007–2014-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyalarının üzvü, 2001–2008-ci illərdə Milli Olimpiya Komitəsinin üzvü olub. 2003-cü ildə AFFA-nın elmi metodiki komissiyanın sədri, "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın hazırlanmasında İşçi qrupun rəhbəri olub. 2015-ci ilin mart ayında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub. Nərimanov rayon YAP təşkilatının idarə heyətinin üzvüdür. 2011-ci ildə "dövlət qulluğunun baş müşaviri" ixtisas dərəcəsi verilib.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Bir monoqrafiya və 60-dan çox elmi əsərlərin müəllifidir.

Təltiflər və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 25 iyun 2011-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
  • 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilmişdir.
  • 06 iyun 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib[2]
  1. "Firudin Qurbanov". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-11.
  2. "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]