Bu məqalə qaralama halındadır. |
Fotoqrafların intellektual mülkiyyət hüququ müxtəlif yurisdiksiyalardakı müəlliflik hüquqları vasitəsilə qorunur. Bəzi hallarda fotoqrafiya mülki hüquq və yaxud cinayət qanunları ilə çərçivələnə bilər. Müəyyən şəkilləri dərc etmək məxfilik siyasəti və digər qanunlarla məhdudlaşdırıla bilər. Fotoqrafiyanın ümumilikdə ictimai maraqlar və uşaqların qorunması çərçivəsində limitlənməsi mümkündür.
Fotoqrafiyaya olan reaksiyalar cəmiyyətdən cəmiyyətə dəyişir və hətta rəsmi qadağalar olmayan yerlərdə belə insanları və məkanları çəkməyə qarşı narazılıqlar yarana bilir. Qanuni olan fotoqrafiyaya reaksiyalar müxtəlif olur, belə ki, şikayətdən zorakılığa qədər hüdudlanır.
Birləşmiş Krallıqda ictimai yerlərdə şəxsi mülkiyyətin fotolarını çəkməyi qadağan edən qanunlar yoxdur.[1] O cümlədən, mülkədarın icazəsi olduğu təqdirdə şəxsi əmlakda çəkilən şəkillərə qadağa qoyulmur. Lakin, əmlak sahibləri əmlaklarına daxil olunduğu halda istədikləri şərtləri (fotoşəkili qadağa etmək və ya limitləmək daxil olmaqla) tətbiq etməkdə sərbəstdirlər. Birləşmiş Krallıqdakı iki ictimai yer, Trafalqar Meydanı və Parlament Meydanının kommersiya məqsədilə Mayorun,[2][3] Meydan İdarəetmə Komandasının icazəsi olmadan və xidmət haqqı ödənilmədən[4] çəkilən şəkillərə qarşı xüsusi təminatı vardır. Eyni zamanda, Royal Parklarda[5] kommersiya məqsədilə edilən foto və ya video çəkiliş üçün icazə labüddür.
Fərdin təkid və kobud rəftarla foto çəkilişi təcavüzün hüquqi təsfiri kimi qəbul edilə bilər.[6]
Mülki və ya cinayət məhkəmə iclasında hər hansı şəxsin, hakim, jüri, şahid və ya partiya olmasından asılı olmayaraq, foto şəklinin çəkilməsi, və paylaşılması cinayətdir və həbs cəzası ilə sonlana bilər. Bu foto şəkillər sırasına məhkəmə binası və ya məntəqəsində çəkilənlər də aid olunur.
Birləşmiş Krallıqda müəyyən mövzulara aid olan fotoqrafiya qadağan olunmuşdur. Xüsusən də "Uşaqların Qorunması Aktı 1978" 18 yaşından aşağı uşaqların pornoqrafiyasını və yaxud 18 yaşdan aşağı uşaqlarda pornoqrafiya necə olur kimi mövzularda çəkilmiş materialları qadağan edir. Uşaqların ictimai yerlərdə şəkillərinin çəkilməsini qadağan edən qanun yoxdur.
Terrorla Mübarizə Aktı 2008 adı altında zabitlərin (polis istisna olmaqla), silahlı qüvvələr əməkdaşının və yaxud təhlükəsizlik xidməti işçilərinin terror törədən və ya planlayan şəxsin işinə yarayacaq foto şəkillərinin yayılması və ya sızdırılması cinayət hesab olunur.
Müəllif hüququ orijinal fotoya aid edilə bilər, məsələn fotoşəklin çəkilmə işığı və ya hər hansısa mediumda radiasiyası və ya şəkli ərsəyə gətirən hansısa bir səbəb.[7] Baxmayaraq ki, fotolar incəsənət əsərləri kimi təsnif edilir, müəllif hüquqları bədii ləyaqətdən asılı olmur.[7] Müəllif hüquqlarını daşıyan şəxs fotoqrafdır.[8] Lakin, əgər fotoqraf işəgötürən tərəfindən təyin olunmuş iş gərəyi foto çəkirsə, həmin fotonun müəllif hüquqları, xüsusi razılaşma olmadığı təqdirdə, işə götürən şəxsə aid edilir.[9]
Müəllif hüququ fotoqrafı yalnızca birbaşa plagiatlanmaqdan deyil, eyni zamanda dolayı yolla onun əsərinin müəyyən hissələrini kopyalaraq yenidən yaratmağa çalışanlardan qoruyur. Müəllif hüququ fotoqraf öldükdən 70 il sonraya qədər qüvvəsini itirmir.[10] Bu uzun müəlliflik hüququ müddətinin nəticəsi odur ki, hətta əgər həqiqi fotoqraf tapılmırsa, fotoqraflıqla artıq məşğul olmursa və ya ölmüşdürsə, bazar dəyəri olmayıb mənəvi dəyəri olan bir çox ailə fotoları yenə də müəllif hüquqlarına tabe olaraq qalır. Lisenziya olmadığı təqdirdə fotoların kopyalanması müəllif hüquqlarının pozulması deməkdir.[11]
Əgər şəxs dünyasını dəyişirsə, müəllif hüquqları başqa birinə vəsiyyətnamə və ya vərəsəlik vasitəsilə ötürülür. Əgər heç bir vəsiyyətnamə yoxdursa ya da fotoqraf haqqlarının kimə ötürülücəyini göstərməyibsə, o zaman vərəsəlik qaydaları həyata keçiriləcəkdir.[12] Köhnə ailə fotolarını icazəsiz rəqəmsal formata şəxsi istifadə üçün skan etmək "prima facie" müəllif hüquqlarının pozuntusu hesab olunur.
Bəzi fotolar müəllif hüquqlarıyla qorunmaya bilər. Müəllif Hüquqları və Patentlər Aktı 1988-in 171 (3)-cü bölməsində göstərilir ki, məhkəmələrin ictimai maraqları əks etdirən fotoların müəllif haqqlarının tətbiq edilməsindən qaçınmalarını əks etdirən mühakimə hüquqları vardır.
Fotoqrafın müəllif hüquqlarının pozulması fotonun başqası tərəfindən surətinin köçürülməsi kimi başa düşülə bilər. Bu ondan qaynaqlanır ki, müəllif hüquqlarını daşıyan şəxs fotolarının surətini çıxarmaqda müstəsna haqqa malikdir.[13] Buna görə də müəllif hüquqlarının pozuntu halı fotonun mühüm hissələrinin intihal edildiyi zaman yaranır.[14] Fotoqraf özü də müəllif hüquqlarının pozulması mexanizminin bir hissəsi ola bilər. Məsələn, heykəl, rəsm və ya başqasına məxsus foto kimi incəsənət əsərlərinin mühüm hissələrini (icazəsiz) kopyalayan fotoqraf müəllif hüquqlarını pozmuş hesab olunur.
Lakin, fotonun mövsusu hər zaman müstəqil müəllif hüququna zəmanət vermir. Məsələn, "Creation Records" məsələsində[15][16] albom qapaq örtüyü üçün şəkil hazırlamağa çalışan fotoqraf mürəkkəb və süni səhnə yaratmışdı. Bir qəzet fotoqrafı gizli şəkildə bu səhnəni çəkib qəzetdə paylaşır. Məhkəmənin sondakı qərarı isə qəzet fotoqrafının heç bir rəsmi müəllif hüquqlarını pozmadığını təsdiqləyir. Müəllif hüququ səhnədə özünü büruzə verməmişdi — kolaj olmaq üçün çox müvəqqəti idi və bədii işin digər forması kimi təsnif edilə bilməzdi.
Riçard Arnold fotoqrafların qorunmasını iki əsasda tənqid edir.[17] İlk növbədə fotoqlar bədii incəsənət nümunəsi olaraq qorunmamalıdırlar, əvəzində səs yazmaları və filmləri ilə eyni qaydada qorunmalıdırlar. Fotoşəkillərin bədii əsərlər kimi qoruması anormaldır, fotoqrafiya yaradıcılıq nümunəsi deyil, əksinə, bir reproduksiyadır. O, film və ya səs yazma ilə oxşar, rəsm və heykəltəraşlıqdan fərqlidir. Digər tərəfdən, fotoşəkillərin incəsənət əsəri kimi qorunması qəribə nəticələrlə sonlanır. Müəllif hüququ bədii ləyaqətdən asılı olmayaraq və hətta qorunmaya layiq olmadığı halda belə qorunur. Fotoşəkillərin incəsənət əsəri kimi müəllif hüquqları əldə etməsi üçün orijinal olması labüddür, belə ki, İngilis orijinallıq testi bacarıq, əmək və mühakimədən asılıdır. Yəni, orijinallığın çox aşağı olması mümkündür. Əslində, bununla əlaqədar Arnold, bəzi fotoşəkillərin mövzusunun qorunmasının haqq qazana biləcəyini tənqid edir, qanuna görə bütün fotoşəkillərin mövzusunun qorunma haqqına layiq olmadığı qənaətinə gəlir.
Yüksək əminliklə söyləmək mümkündür ki, incəsənət işləri daxili olmaqla üç ölçülü obyektlərin fotoşəkilləri məhkəmə tərəfindən orijinal incəsənət nümunəsi kimi qəbul ediləcək və müəllif hüquqlarından yararlanacaqlardır.[18] Çox güman ki, iki ölçülü incəsənət fotoşəkli (skan versiya daxil olmaqla-dijital skan da Müəlliflik Hüquqları Dizaynlari və Patentləri Aktı 1988-in məqsədlərinə əsasən fotoşəkil hesab olunur) həmçinin öz yaranmasında sərf olunan bacarıq, əmək və mühakiməyə əsasən müəllif hüquqlarına tabe olacaqdır.[19]
Məxfilik hüququ Böyük Britaniya qanunvericiliyində Avropa İnsan Hüquqları Konvensiyasının daxili hüquqla inkorporasiyası və İnsan Hüquqları Aktı 1988 nəticəsində meydana gəlmişdir. Bu fotoşəklin nəşrində müəyyən məhdudlaşdırma ilə nəticələnir.[20][21][22][23][24]
Bu hüquq İnsan Hüquqları Aktı 1998-in nəticəsində yaranmışdır ya hər hansı bir mübahisədən qaynaqlanır.[25] Məxfilik hüququ Konvensiyanın 8-ci maddəsi ilə qorunur. Fotoqrafiya kontekstində bu 10-cu maddə-fikrini sərbəst şəkildə ifadə edə bilməyə dayanır. Məhkəmələr proporsionallıq testiylə hüquqların balanslaşdırılmasındakı ictimai marağı nəzərə alacaqlar.[22]
Çox az sayda məxfilik hüquqları Müəlliflik hüququ, Dizaynlar və Patentlər Aktı 1988-də qanunla müəyyənləşdirilmişdir. Bu hüquq, məsələn, öz toyuna fotoqraf dəvət edən biri tərəfindən nəzərə alınıb qorunur. Müvəkkil[26], fotoşəkildə hər hansı bir müəlliflik hüququna malik olub olmamasından asılı olmayaraq[26], ictimaiyyətdə nəşr edilən[27], sərgilənən[28] və əlaqələndirilən[29] fotoşəklinin surətinin çıxarılmamasına dair hüququ vardır. Lakin, bu hüquq sahibinin icazəsi olduğu təqdirdə pozulmuş hesab olunmayacaqdır.
Yerli, dövlət və milli qanunlar hərəkətsiz və hərəkətli fotoşəkillərə şamil olunur. Qanunlar yurisdiksiyalara nəzərən dəyişir və bir yerdə leqal olan bir şey digər yerdə illeqal ola bilir.