Görüntülər (Rövşən Abdullaoğlu)

GörüntülərRövşən Abdullaoğlunun İbn Sinanınİşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının X fəslinə yazdığı tərcümə və şərhi.[1]

Görüntülər
ərəb.
Müəllif İbn Sina
Mövzu İrfan
Orijinalın dili Ərəbcə
Ölkə Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2014
Tərcüməçi Rövşən Abdullaoğlu
Seriya İrfani kitablar silsiləsindən
Nəşriyyat Qədim Qala
Səhifə 216
ISBN ISBN 978-9952-8246-0-5

“Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır.

Kitab 2014-cü ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən 216 səhifədə 60x90 ölçüsündə çap edilib.[2]

  1. Kənan Rövşənoğlu. ""Tanrı anlayışı dinlərdən daha əvvəl yaranıb" – Müsahibə" (az.)). musavat.com. 2019-04-13. 2019-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  2. "Görüntülər" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]