Hörümçək-adam: Evdən uzaqda

Hörümçək-adam: Evdən uzaqda[6] (ing. Spider-Man: Far From Home) — Marvel Comics tərəfindən nəşr edilmiş Hörümçək-adam komiksinə əsaslanan və 2019-cu ilin iyul ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. Columbia PicturesMarvel Studiosun əməkdaşlığı ilə çəkilmiş filmin distribütoru Sony Pictures Releasingdir. 2017-ci ildə çıxarılmış "Hörümçək-adam: Evə qayıdış" filminin sikveli olan "Evdən uzaqda", Marvel Kinematoqrafiya Kainatının (MKK) iyirmi üçüncü filmidir. Film, Kris MakKenna və Erik Sommers tərəfindən yazılmış ssenari əsasında Con Uottsun rejissorluğu ilə çəkilmişdir. Filmdə əsas rolları Tom Holland, Ceyk Cillenhol, Semuel L. Cekson, Zendaya, Kobi Smalders, Con Favro və başqaları canlandırmışlar. "Hörümçək-adam: Evdən uzaqda" filmində, sinif yoldaşları ilə Avropa səfərində olan Piter Parker, Nik FyuriMisterio tərəfindən təbiət ünsürlərini təmsil edən Elementallarla mübarizəyə cəlb edilir.

Hörümçək-adam: Evdən uzaqda
ing. Spider-Man: Far From Home
Filmin rəsmi afişası
Filmin rəsmi afişası
Janr superqəhrəman filmi
fantastika
döyüş
Rejissor Con Uotts
Prodüserlər Kevin Fayqi
Emi Paskal
İcraçı prodüserlər Kevin Fayqi[2], Emi Paskal[2]
Əsərin müəllifləri Sten LiStiv Ditkonun Marvel Comics tərəfindən nəşr edilmiş Hörümçək-adam komiksi əsasında
Ssenari müəllifləri Kris MakKenna
Erik Sommers
Baş rollarda Tom Holland
Ceyk Cillenhol
Semuel L. Cekson
Zendaya
Kobi Smalders
Con Favro
Cey Bi Smuv
Ceykob Batalon
Martin Starr
Marisa Tomey
Operator Metyu Cey Lloyd
Bəstəkar Maykl Cakkino
İstehsalçılar Columbia Pictures
Marvel Studios
Pascal Pictures
Distribütor:
Sony Pictures Motion Picture Group
Distribütor Sony Pictures, InterCom[d][3], Disney+
İlk baxış tarixi 2 iyul 2019[4], 3 iyul 2019[5], 28 iyun 2019[5], 4 iyul 2019[3], 5 iyul 2019[5], 10 iyul 2019[5]
Müddət 129 dəq.
Büdcə $160 milyon[1]
Gəlir $1.132 milyard[1]
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 2019
Əvvəlki film Hörümçək-adam: Evə qayıdış
(Hörümçək-adam trilogiyasına görə)
Qisasçılar:Final
(MKK-na görə)
Sonrakı film Qara dul
(MKK-na görə)
Rəng rəngli
IMDb ID6320628
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2016-cı ilin oktyabrında "Hörümçək-adam: Evə qayıdış" filminin sikvelinin istehsalı ilə bağlı müzakirələrə başlanılır , ilin sonuna yaxın isə filmə reliz tarixi təyin olunur. 2017-ci ilin iyulunda Tom Hollandın Hörümçək-adam roluna qayıdacağı, ilin sonuna kimmi isə rejissor Con Uottsun və ssenari müəlliflərinin öz vəzifələrinə qayıdacaqları təsdiqlənir. 2018-ci ildə Cekson və Cillenhol müvafiq olaraq Fyuri və Misterio rolları ilə filmin aktyor heyətinə qoşulurlar. 2018-ci ilin iyulunda başlayan və İngiltərə, Çexiya, İtaliyaNyu-York aqlomerasiyası ərazisində baş tutmuş çəkilişlər öncəsi Tom Holland filmin adını elan edir. Filmin əsas çəkilişləri 2018-ci ildə başa çatdırılır. 2019-cu ilin aprelində çıxarılmış "Qisasçılar: Final" filminin məzmununa spoylerlər verməmək üçün filmin marketinq kompaniyası zəif və mümkün qədər ehtiyatla aparılmışdır.

26 iyun 2019-cu ildə "Hörümçək-adam: Evdən uzaqda" filminin Hollivud premyerası baş tutmuş, 2 iyul 2019-cu ildən isə film bütün dünyada 2D, 3D və IMAX formatlarında geniş prokata girmişdir.

Meksikanın İstenko şəhərində Nik FyuriMariya Hill, sonradan Yer elementalı adlandırılan qeyri-adi təbii fırtınanı öyrənərkən, Kventin Bek peyda olur və Elementalla mübarizəyə başlayır. Bu zaman Nyu-Yorkda, səkkiz ay əvvəl Brüs Bennerin Sonsuzluq əlcəyi ilə etdiyi çırtması ilə qaytarılmış bütün tələbələrin[Qeyd 1] yenidən qəbul edilməsi üçün işini bərpa edir. Bu arada məktəb Avropaya iki həftəlik tətil turu təşkil edir. Hələ də Toni Starkın ölümünə görə[Qeyd 2] kədərlənən Parker, səfər zamanı sinif yoldaşı Mişelə qarşı olan hisslərini açıqlamağa planlaşdırır. O, Mey xala tərəfindən təşkil olunmuş və evsizlərə dəstək üçün maliyyə vəsaitinin toplanmasını hədəf alan xeyriyyə tədbirində Hörümçək-adam kostyumunda çıxış edir. Starkın keçmiş Cangüdəni və Parkerin kuratoru olan Xoşbəxt Hoqan bildirir ki, Nik Fyuri yeni tapşırıq üçün onu axtarır. Lakin, Parker bir müddət bütün qəhrəmanlıq işlərindən uzaqlaşaraq səyahətə köklənməyə qərar verir. Bir müddət sonra kiçik mətbuat toplantısında müxbirlər Hörümçək-adama Toni Stark və onun varisliyi haqqında suallar verirlər. Parker suallara tab gətirməyərək qaçır.

Venesiya səfəri zamanı Piter və dostları Su elementalının hücumuna məruz qalırlar. Varlıq şəhərdə dağıntılar törətməyə başlayır və yenə yox yerdən peyda olan Kventin Bek onunla mübarizəyə başlayır, Piter isə bu zaman ona kömək edir. Gecə Fyuri nəhayət ki, Parkerlə görüşə bilir və onu oteldən gizli qərargaha gətirir. Burada Parker, yenidən, mətbuatın artıq Misterio adlandırdığı Kventin Beklə qarşılaşır. Kventin Bek izah edir ki, Elementallar adlandırılan bu varlıqlar, onun kimi paralel dünyadan gəliblər və həmin dünyada Yer kürəsini və onun ailəsini məhv ediblər.[Qeyd 3] Fyuri, Dəmir adamın varisi üçün nəzərdə tutulmu Starkın eynəyini Parkerə verir. Parker Fyurinin Elementallarla mübarizəyə qoşulmaq təklifindən imtina edərək, sinif yoldaşları ilə səfərə davam etmək istədiyini bildirir. Lakin. Fyuri gizlincə məktəblilərin səfər proqramnı dəyişərək onları Praqaya yönləndirir. Bu şəhərdə iki gün sonra Alov elementalının zərbə endirəcəyi gözlənilir. Yolda Parker, Starkın eynəyinə quraşdırılmış EDİT adlı süni intellektin Stark Industriesin bütün məlumat bazasına və orbital peykdə yerləşdirilmiş döyüş dronlarına çıxışı olduğunu öyrənir; Avstriya alplarında fasilə zamanı Q.A.L.X.A.N. casusu, Praqa missiyası zamanı istifadə etməsi üçün Parkerə stels-kostyum verir. Praqa karnavalında Alov elementalı peyda olur və Parkerin köməkliyi ilə Misterio onu da məğlub edir. Fyuri və Hill yeni superqəhrəmanlar dəstəsinin yaradılmasını müzakirə etmək üçün onları Berlinə dəvət edirlər. Piter hesab edir ki, Starkın ən layiqli davamçısı Misteriodur və EDİT-i idarə etmək üçün eynəyi ona təhvil verir. Lakin, məlum olur ki, Kventin keçmiş Stark Industriesdə holoqrafik illüziyalar üzrə mütəxəssis kimi çalışıb və qeyri-stabil psixoloji vəziyyətinə görə Stark tərəfindən işdən uzaqlaşdırılıb. Kventin kəşflərinin (xüsusilə MORQ texnologiyasının) Stark tərəfindən "mənimsənilməsi"nə görə ondan inciyib və bir zamanlar şirkətin işçiləri olmuş şəxslərdən ibarət komanda yaradıb. Uilyam Rivin layihəsinin dornlarını istifadə edən həmin komanda üzvləri holoqrafik illüziyalar vasitəsiylə Misterionun gücləri və Elementalların hücumu təsvirini yaradırlar.

Alov elementalı ilə döyüşdən sonra, Piter və Mişel Praqada gəzintiyə çıxırlar. Piter ona hisslərini etiraf etməyə hazırlaşdıqda, Mişel onun sözünü kəsərək sirrin üstünü açdığını və Piterin Hörümçək-adam olduğunu başa düşdüyünü deyir. Sübut kimi isə Alov elementalı ilə döyüş zamanı ələ keçirdiyi hansısa texnika qırığını göstərir. Yeniyetmələr başa düşürlər ki, Kventin Bek, Elementalların hücumu və Misterionun güclərini süni şəkildə proyeksiya vasitəsiylə yaradır. Növbəti illüziyaya hazırlaşan Bek isə, Mişel və Piterin onun sirrindən xəbərdar olmalarını başa düşür. Parker Fyuri ilə görüşmək üçün Berlinə yola düşür, lakin, burada bütün qərargahın, o cümlədən, Mariya Hill və Nik Fyurinin illüziya olmasını anlayır. O, çoxlu sayda illüziyalarla mübzarizə aparsa da, sonda ağır yaralanmış Parkeri qatar vurur. Niderlandda həbsxana kamerasında özünə gələn Piter Hoqana zəng vurur. Onlar birlikdə Piterin sinif yoldaşlarının ardınca Londona uçurlar. Misterio da son hücumunu Londonda planlaşdırır. Təyyarədə Hoqan, Toni Starkın Parker üçün saxladığı gizli laboratoriyanı ona göstərir. Bilikləri və Starkın texnologiyalarını istifadə edən Piter, təyyarədə özünə yeni kostyum hazırlayır. Tauer körpüsündə Misterio dörd ünsürün birləşməsindən yaranmış Super Elementalın hücumunu təşkil edir. Eyni zamanda o, sirrinə bələd olmasını ehtimal etdiyi şəxsləri, o xümlədən Mişel və Nedi öldürməyə çalışır. Hörümçək hissini idarə etməyi öyrənən Parker, illüziyaları dəf edərək EDİT üzərində nəzarəti özünə qaytarır və Misterionu məğlub edir. Qarşıdurma zamanı dronlardan birinin açdığı atəşə təsadüfən tuş gələn Misterio ölür. Uilyam Riv qalmış dronlar və çertyojlarla qaçmağa müvafiq olur. Nyu-Yorka qayıdan Piter, Mişellə görüşməyə başlayır.

Titrlərdən sonrakı birinci kadrda "DailyBugle.net" saytının müxbiri olan Cey Cona Ceymson Nyu-Yorkun mərkəzindəki monitorlarda Misterio və Hörümçək-adamın son döyüşünün videosunu yayımlayaraq, Hörümçək-adamı Elementalların hücumunu təşkil etməkdə təqsirləndirir və maka altındakı şəksin Piter Parker olmasını açıqlayır. İkinci kadrda Nik Fyuri və Mariya Hill avtomobildə gedirlər. Qəfildən Hill skrull Sorenə, Fyuri isə Talosa çevrilir. Məlum olur ki, bütün missiya boyunca Fyurinin göstərişi ilə onların cildinə girmiş skrullar yerdə olublar; əsl Fyuri isə skrulların naməlum istiqamətə uçan kosmik gəmisində istirahət edir.

  1. "Qisasçılar: Sonsuzluq savaşı" filmində Tanosun çırtması ilə külə dönmüş həmin şəxslər beş il əvvəlki yaşlarında qaytarılmışdılar.
  2. "Qisasçılar: Final" filmində baş verir.
  3. Bekin sözlərinə görə paralel dünyalar arasında keçid, Sonsuzluq əlcəyi ilə bir neçə dəfə çırtmadan sonra açılmışdır.
  1. 1 2 "Spider-Man: Far from Home (2019)". Box Office Mojo. IMDb. July 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 5, 2019.
  2. 1 2 Blanc J. AlloCiné (fr.). 1993.
  3. 1 2 http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  4. D'Alessandro A. ‘Spider-Man: Homecoming 2’ Shoots Web Around Independence Day 2019; ‘Bad Boys 4’ Moves To Memorial Day (ing.). // Deadline Hollywood 2016.
  5. 1 2 3 4 IMDb (ing.). 1990.
  6. "Hörümçək adam: Evdən uzaqda". Cinema Plus (az.). Archived from the original on 2019-07-06. İstifadə tarixi: 6 iyul 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]