Hüma Şah Sultan

Hüma Şah Sultan (Gürcüstanən tezi 1672, İstanbul, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin nikahlı xanımı, Hasəki sultan.[1] Sultan İbrahimlə nikahlanmış və toy mərasimində başından asdığı tellər səbəbilə, Telli Hasəki olaraq anılmağa başlanmışdır.[2]

Hüma Şah Sultan
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi ən tezi 1672
Vəfat yeri
Həyat yoldaşı
Uşağı
  • Şahzadə Orxan[d]
Ailəsi Osmanlı xanədanı

Həyatının ilk illəri və saraya necə alındığı bilinməsə də, Sultan İbrahim səltənətinin son illərində hərəmə alındığı ehtimal olunur. Sultan İbrahimin ən sevimli qadını olan Hümaşah Sultanla 1647-ci ildə rəsmi nikahla evləndiyi məlumdur. Tarixçi Mustafa Naimanın qeydlərinə görə, nikah əsnasında gəlin vəkili olaraq Darüssəadə ağası, sultanın vəkili olaraq isə sədrəzəm Həzərparə Əhməd Paşa iştirak etmişdir. Nigahın ardından bütün divan vəzirləri və digər saray xidmətçiləri saçlarından gümüş və qızıl tellər asılan gəlini alayla birlikdə Topqapı sarayına gətirdilər. Mehir məbləği olaraq o ilki Misir xəzinəsi Hümaşah Sultana hədiyyə edildi.

Sultan İbrahimin psixoloji zəifliyindən istifadə edərək üzərində nüfuz qazanan Hümaşah Sultan gün keçdikcə sərvətini artırırdı. Ancaq onun bu qədər qısa zamanda yüksəlməsi başda Validə Mahpeykər Kösəm Sultan olmaqla, qızları Fatma, GövhərAtikə Sultanların da narazılığına səbəb olmuşdu. Bu sürtüşmədə xanımı Hümüşah Sultanın tərəfini tutan Sultan İbrahim isə bacılarını Hümaşah Sultana xidmət etdirmiş, bu hadisənin ardından isə mallarını müsadirə etdirərək Ədirnə sarayına sürgün etmişdir.

Sultan İbrahimin dəlilikləri və dövlət işlərindən uzaqlaşaraq eyş-işrətə dalması nəticəsində, 8 avqust 1648-ci ildə ayaqlanan üləma və ordu mənsubları, Validə Mahpeykər Kösəm Sultanın rəhbərlik etdiyi saray çevrilişi ilə Sultan İbrahimi taxtdan endirdi və yerinə 7 yaşlı oğlu Şahzadə Mehmedi taxta çıxardılar. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub SultanŞahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar. O əsnada hamilə olan Hümaşah Sultan da Köhnə saraya sürgün edilənlər arasında idi. Saray çevrilişindən 2 ay sonra 1648-ci ilin oktyabrında yeganbə övladı olan Şahzadə Orxanı dünyaya gətirən Hümaşah Sultan bir müddət sonra övladından ayrıldı və körpə şahzadə Topqapı sarayına alınaraq burada Mahpeykər Kösəm Sultanın himayəsi altına alındı. Ancaq 1650-ci ilin yanvarında körpə yaşlarında vəfat etdi və Sultan İbrahim türbəsinə - atasının yanına dəfn olundu.

Oğlunun vəfatından sonrakı həyatı məlum olmayan Hümaşah Sultanın 1672-ci ilədək yaşadığı bilinir. Saray məsrəf kitabında bu tarixdən sonra adı görülməyən Hümaşah Sultanın 1672-ci ildən sonra vəfat etdiyi güman olunur. Dəqiq ölüm tarixi və dəfn yeri bilinmir.

  • Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2
  1. Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840-5
  2. Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. p. 108. ISBN 0-19-508677-5