Atikə Sultan (Sultan İbrahimin qızı)

Atikə Sultan (1644, İstanbul1667, İstanbul) — Osmanlı sultanı Sultan İbrahimin qızı.

Atikə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1644
Doğum yeri
Vəfat tarixi 1667
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Atası Sultan İbrahim
Anası Turxan Xədicə Sultan
Həyat yoldaşları Topal Kənan Paşa
Kürəkən İsmayıl Paşa
Gürcü Mehmed Paşa
Cərrah Kasım Paşa

Sultan İbrahimin çərkəs əsilli kənizlərindən Leyla Saçbağlı Sultandan doğulan Atikə Sultanın həyatıyla bağlı yetərli məlumat yoxdur. Hətta bəzi mənbələrdə anasının baş hasəki Xədicə Turhan Sultan olduğu qeyd olunur. Hələ 2 yaşında ikən atası taxtdan endirilərək qətlə yetirilmiş, mərhum sultanın digər xanımları və qızları kimi o da, Köhnə saraya göndərilmişdir.

Ancaq həmin il nənəsi Validə Kösəm Sultanın istəyilə atasının müsahiblərindən Topal Kənan Paşayla nikahlanmışdır. Tamamilə formal olan bu nikahın ardıından Kənan Paşa müxtəlif əyalətlərə təyin edildi. 1656-cı ildə 2 ay müddətinə kaptan-ı dərya olaraq xidmət etmişdir. Ancaq daha sonra vəzifələrindən azad edilmiş, bu səbəblə 1658-ci ildə Abxaz Həsən Paşa üsyanına qoşulmuşdur. Bu səbəblə qardaşı IV Mehmedin əmriylə nikah dərhal pozulmuşdur. Boşandıqdan bir il sonra Topal Kənan Paşa 16 fevral 1659-cu ildə vəfat etmişdir.

Hələ 12 yaşında ərindən boşanan Atikə Sultan həmin il İsmayıl Paşayla evləndirildi. Nigahın ardından İsmayıl Paşa Bosniya, Özi, Ərzurum kimi əyalətlərdə xidmət etmişdir. Onun 1664-cı ildə Ərzurumda vəfat etməsinin ardından bir daha evlənməyən Atikə Sultanın övladının olub-olmadığı bilinmir.

Bəzi mənbələr onun qızı Atikə Sultanın yerinə əvvəlcə Cafer Paşa ilə evlənə biləcəyini də irəli sürür. Atikənin daha azı iki evliliyi var idi; 1665-ci ildə üçüncü dəfə qocalıq səbəbiylə toydan qısa müddət sonra vəfat edən Gürcü Mehmed Paşa və dördüncü dəfə 1666-cı ildə Cərrah Kasım Paşa (1676-cı ildə vəfat etmişdir) ilə evləndi.

1686-cı ildə İstanbulda vəfat etmiş, cənazəsi atasının Aya Sofiyadakı Sultan İbrahim türbəsinə dəfn edilmişdir.

  • Sicill-i Osmani I cild, səh. 20