Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Mirzə Hüseyn Qayıbzadə (24 may (5 iyun) 1830, Aşağı Salahlı, Gürcüstan quberniyası, Rusiya imperiyası – 20 fevral (5 mart) 1917[4], Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası) — Qafqaz müftisi, maarif xadimi və ədəbiyyatşünas.[5]
Mirzə Hüseyn Qayıbzadə | |
---|---|
Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə | |
| |
Qafqaz müsəlmanlarının V Müftisi. | |
1884[1] – 1917 | |
Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsində şəriət və Azərbaycan dili müəllimi[2] | |
1879 – 1884 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 may (5 iyun) 1830 |
Doğum yeri | |
Vəfat tarixi | 20 fevral (5 mart) 1917[4] (86 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | mufti, üləma |
Uşaqları |
Bahadır Qayıbov Nadir Qayıbov Cahangir Qayıbov Nigar Şıxlinskaya Gövhər Usubova |
Dini | sünni islam |
|
|
Təltifləri | "Qızıl xaç" medalı (1878),Şiri-Xurşid ordeni (1884) (1871), (1876), (1879), (1883) Şiri-Xurşid ordeni (1884)[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası – əmisi İbrahim əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır.
Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında işləyib. Seminariyanın ilk ərəb və fars dili müəllimi O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir.
Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb. Bu çətin işdə özü əvvəlcə şəxsi nümunə gösdərir və iki qızını -Nigar və Cövhəri oxutdurur.[1]
O, 1883-cü ilin axırlarında müəllimlikdən azad edilərək Qafqaz müftisi təyin olunur və 1917-ci ilin martınadək bu vəzifədə çalışır. Müfti Hüseyn Qayıbzadə 1917-ci ilin martında Tiflisdə vəfat edib.[1] Onun vəfatından sonra çar üsuli-idarəsi dağıldığı üçün Qafqaz (Zaqafqaziya) Ruhani İdarəsi də öz funksiyasını itirir.[mənbə göstərin]
H. Qayıbzadə bir neçə məqalənin və kitabın müəllifi kimi də tanınır. O, müsəlman mədrəsəsində keçilmək üçün riyyaziyata dair "Məsaili-ammil-hesab" (Hesab ümumi məsələləri) və ana dilini təzə öyrənənlər üçün "Məbdəyi-təlimi-sibyan" (Yeniyetmələr üçün başlanğıc") adlı dərs vəsaitləri də hazırlayıb. H. Qayıbzadə təkcə maarif sahəsində deyil, ədəbiyyatşünaslıq səhasində də xeyli işlər görüb. O, çoxlu atalar sözü, zərb-məsələlər, hikmətli sözlər toplayaraq 9 hissədən ibarət "Tövsiyyətnamə" kitabını yazıb. Eyni zamanda, XVIII–XIX əsrlərdə yaşamış 109 Azərbaycan şarinin əsərlərindən ibarət dörd cildilik antologiya tərtib edib.
H. Qayıbzadə qızların yeni məktəblərdə təhsil almalarına təşəbbüs göstərərək, öz arvadı Səadət xanıma Qafqaz Qadınlarının Xeyriyyə Cəmiyyətində iştirak etməyə icazə verir, qızları Nigar (sonralar general Ə. Şıxlinskinin xanımı) və Gövhər xanımı (sonralar general Usubovun xanımı) rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurur. Nigar xanımın 1889-cu ildə, Gövhər xanım isə 1903-cü ildə həmin inistitutu qızıl medalla bitirirlər.
Qızı Nigar Şıxlinskayani – Əliağa Şıxlinskiyə, o biri qızı Gövhər Qayıbovanı isə İbrahim ağa Usubova ərə vermişdir.
Oğlanları: Bahadır Qayıbov, Nadir Qayıbov, Cahangir Qayıbov
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |