Hüseyn Axundov (Axundov Hüseyn (Kamal) Yusif oğlu; 1922, Saray, Bakı qəzası – 1986) — siyasi və ictimai xadim.
Hüseyn Axundov | |
---|---|
Doğum tarixi | 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 1986 |
Təhsili |
Hüseyn Axundov 1922-ci ildə Bakının Saray kəndində anadan olub. Bakı Pedaqoji texnikumunu bitirib. 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Müharibə illərində vuruşduğu hissələrdə komsomol təşkilatının katibi olan H.Axundov 1943-cü ildə Kommunist partiyasının sıralarına daxil olub.
1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Həmin il Sumqayıt şəhər partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1956-cı ildə şəhər partiya komitəsinin katibi seçilib.
1957-59-cu illərdə Moskvada Ali Partiya Məktəbinin dinləyicisi olub. 1959-cu ildə Sumqayıt şəhər icraiyyə komitəsinin sədrinin birinci müavini təyin edilib. Bir il sonra (1960) şəhər icraiyyə komitəsinin sədri vəzifəsinə irəli çəkilib.
1971-1979-cu illərdə Respublika Dövlət Kinematoqrafiya Komitəsinin sədr müavini vəzifəsində çalışıb.
1986-cı ildə vəfat edib.