Niderland milli futbol komandası — Niderlandı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. (FİFA kodu NED) UEFA üzvlərindən biridir, Niderlandın Futbol Kral Asosiasiyasındadır, üç ev stadionu var (Amsterdam Arena, Feyenord Stadionu və Filips Stadionu). İlk beynəlxalq görüşü — Belçika ilə (30 aprel 1905, 4–1, Antverpendə), ən böyük qələbələri San-Marino (11–0, 2 sentyabr 2011, Eyndhoven) və Norveç (9–0, 1 noyabr 1972, Rotterdamda) üzərində, ən böyük məğlubiyyəti isə İngiltərənin həvəskar yığma komandası ilədir (12–2, 21 dekabr 1907, Darlinqtonda). FİFA dünya kubokunda görünmələri — 8 (ilk dəfə 1934-cü ildə), Avropa çempionatında isə — 7 (ilk dəfə 1976-cı ildə, 1988-ci ilin qalibidir). Niderlandın əzəli və əbədi rəqibi Almaniyadır.
Ləqəbi | Narıncılar Holland Tünd Narıncılar[1] Uçan Hollandlar [2] | ||
---|---|---|---|
Assosiasiya | Niderland | ||
Konfederasiya | UEFA | ||
Baş məşqçi | Ronald Kuman[3] | ||
Kapitan | Vircil van Dayk | ||
Ən çox oyun keçirən | Uesli Sneyder (134) | ||
Ən çox qol vuran | Robin van Persi (50) | ||
Stadion | Johan Cruyff Arena De Kuip A Filips stadionu | ||
FİFA kodu | NED | ||
FİFA reytinqi | 16 ▼ 2 (4 aprel 2019) | ||
Elo reytinqi | 6 ▲ 7 (27 mart 2019) | ||
|
Hollandiyalıların ev çıxışı maykaları Oranlı Vilhelmin gerbindən gələn tarixli narıncı rəngindədir. Avroda-2008 komanda 30 il içində İtaliyanı ilk dəfə darmadağın etmişdi. 2008 il mayın 27-də elan edilmiş tərkibi:
Futbol haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |