Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir.
Honq Konq | |||||
---|---|---|---|---|---|
中華人民共和國香港特別行政區 | |||||
| |||||
Himn: Könüllülər marşı |
|||||
Tarixi | |||||
• Nankin sazişi | 29 avqust 1842 | ||||
• Çinə ötürülməsi | 1 iyul 1997 | ||||
Rəsmi dilləri | |||||
İdarəetmə forması | Unitar təkpartiyalı dövlət daxilində həvalə edilmiş icra hakimiyyəti | ||||
Baş icraçı | John Lee | ||||
Baş katib | Eric Chan | ||||
Şura sədri | Andrew Leung | ||||
Baş hakim | Andrew Cheung | ||||
Sahəsi | Dünyada 168-ci | ||||
• Ümumi |
2,754.97 km2 km² |
||||
• Su sahəsi (%) | 59.70% | ||||
Əhalisi | |||||
• Əhali | ▼ 7,333,200 nəfər (104-cü) | ||||
• Siyahıyaalma (2021) | ▲ 7,413,070 nəf. | ||||
• Sıxlıq | 6,801 nəf./km² (4-cü) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $544.735 milyard dollar (47-ci) | ||||
• Adambaşına | ▲ $74,598 dollar (12-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▲ $382.854 milyard dollar (41-ci) | ||||
• Adambaşına | ▲ $52,429 dollar (19-cu) | ||||
İİİ (2021) | 0.952 (artım; 4-cü) | ||||
Valyuta | Honkonq dolları[1] | ||||
İnternet domeni | .hk | ||||
ISO kodu | HK | ||||
BOK kodu | HKG | ||||
Telefon kodu | +852 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir. Asiyanın insanı özünə valeh edən və həyat səviyyəsinə görə dünyada öncül olan, elm, mədəniyyət və maliyyə mərkəzlərindən biri də Honq Konqdur. Uzun illər ingilislərin protektoratı altında olan və yalnız ötən əsrin sonlarında Çinə birləşdirilən Honq Konq bu gün də xüsusi idarəetmə ərazisi kimi qalmaqda davam edir.
Honq Konq — Honq Konq, Lantau adası, Koulun yarımadasından, Yeni Ərazidən və irili-xırdalı 260 adadan ibarətdir. Honq Konqun ərazisi 9672 kvadratkilometrdir. Honq Konq şimalda Şençjenlə (Çin) həmsərhəddir, idarəetmə ərazisinə Koulun adası da daxildir. Ərazisinin yalnız 25 faizində əhali yaşayır. Adanın digər yerləri təpələr və dağlardan ibarətdir. Honq Konq — Avropa və Şərq mədəniyyətinin qovuşduğu ölkədir. Bu amil Honq Konqun arxitekturasında özünü parlaq şəkildə göstərir. Paytaxtda binalar həm Qərb, həm də Şərq arxitekturasına uyğun şəkildə inşa edilib. Bu da şəhərə özünəməxsus gözəllik verir. Şəhərdə çoxlu sayda muzeylər, tarixi önəm daşıyan abidələr var.
Honq Konqda Çin ənənəvi mətbəxi üstünlük təşkil edir. Özü də ölkədə balıq məhsullarından geniş istifadə edilir. Avropa mətbəxi də Honq Konqda özünəməxsus yer tuta bilib. Honkonq həm də məşhur kinoaktyorlar — Brüs Li, Ceki Çan, Çou Yun Fat, həmçinin məşhur rejissorlar — Con Bu, Bonq Karavay, Tsuy Xark, Yuan Hepin və digərlərinin vətənidir. Honq Konq gəzməli, görməli və dincəlməli ölkədir.
Coğrafi baxımdan əlverişli mövqedə yerləşdiyi üçün Honkonq 1841-ci ildə ingilislər tərəfindən işğal edildi. Yalnız 1997-ci ildə ingilislər ada üzərində Çinin suverenliyini bərpa etməsinə razılıq verdilər. Ancaq Londonla Pekin arasında əldə edilən razılığa əsasən, 2047-ci ilə kimi Honkonq xüsusi idarəetmə ərazisi kimi qalmaqda davam edəcək. Çin adanın daxili işlərinə müdaxilə etməyəcək. "Bir ölkə, iki sistem" kursu çərçivəsində Çin yalnız Honkonqun müdafiə və xarici siyasət məsələlərini həll edəcək. Buna paralel olaraq, Honkonq qanunvericilik (parlament), polis gücləri, milli pulu, vergilər, immiqrasiya siyasəti sahəsində müstəqilliyini qoruyub saxlaya bilib. Bundan əlavə, Honkonq beynəlxalq təşkilatlarda öz nümayəndəliklərini saxlayır, BMT səviyyəsində keçirilən bütün tədbirlərdə müstəqil dövlət (xüsusi idarəetmə ərazisi statusu çərçivəsində) kimi iştirak edir.
Honkonqun iqlimi tropik və musson iqlimidir. Ölkədə quru və nisbətən soyuq qış dekabr ayından marta kimi davam edir. Yaz və yayı isti və yağışlıdır. Bu da ölkədə rütubətin yüksək səviyyədə olması ilə müşayiət olunur. Payız isə, əksinə, isti və günəşlidir, rütubət də ən aşağı səviyyədədir. Honkonqda ən soyuq hava +16 dərəcə hesab edilir. İyul ayında adada ən yüksək istilik +457işli iqlimə malik olması Honkonqu ilboyu turistlər üçün cəlbedici edir.
2009-cu ilin məlumatına görə, Honkonqda 7,5 milyon adam yaşayır. Ölkə əhalisinin 95 faizini isə etnik çinlilər təşkil edir. Bundan əlavə, ölkədə hindistanlılar, pakistanlılar və vyetnamlılar da yaşayırlar. Honkonqun maliyyə sektorunda işləyənlər arasında avropalılar, həmçinin amerikalılar, avstraliyalılar, kanadalılar, yaponlar və koreyalıların sayı daha çoxdur. Ölkə əhalisi əsasən Honkonqun şimal hissəsində yaşayır.
Honkonqda ingilis təhsil sistemi tətbiq edilir. Ölkədə 9 universitet fəaliyyət göstərir. Məktəblərdə ingilis və Çin dili əsas dillər kimi tədris olunur. Ümumiyyətlə isə, burada ingilis dilini bilməyən adama, demək olar ki, rast gəlmək mümkün deyil. Bu da ingilislərin uzun illər adada ağalıq etməsi və yerlilər üzərində mədəni, mənəvi və dil baxımından böyük təsirə malik olması ilə əlaqədardır.
Honkonqun sürətli iqtisadi inkişafı və Asiyanın və dünyanın ən iri ticarət mərkəzlərindən birinə çevrilməsi ötən əsrin 50-ci illərinin əvvəllərində baş verdi. Buna da səbəb Honkonqda həddindən artıq ucuz işçi qüvvəsinin olması oldu. Qısa müddətdə Honkonq xaricə milyardlarla dollar sənaye malları ixrac edən bir ölkəyə çevrildi. Buna paralel olaraq, adada əhalinin yaşayış səviyyəsi də yüksəldi və ölkə dünyanın maliyyə mərkəzlərindən birinə çevrildi.
Təmiz küçələr, gülərüzlü yerli çinlilər, gözü qamaşdıran parlaq reklam lövhələri bura gələnlərin diqqətini özünə cəlb edir. Honkonqun gecələri daha ecazkar olur. Şəhər sanki göyqurşağını xatırladan müxtəlif, al-əlvan rənglərin altında rəqs edir. Honkonq gecələrində ilin istənilən fəslində insanlar qaynaşırlar. Buna da səbəb şəhərdə fantastik sayda əyləncə mərkəzlərinin olmasıdır.
Honkonqda milli parkların və qoruqların salınması xüsusi diqqət mərkəzindədir. Ölkə ərazisinin 40 faizini qoruqlar və milli parklar təşkil edir. Adanın 4 tərəfdən dəniz suları ilə əhatə olunması, burada çoxsaylı istirahət mərkəzlərinin inşa edilməsi və ilin bütün fəsillərində çimərliklərin fəaliyyət göstərməsi turistlərin diqqətini cəlb edir. Honkonqun dəniz sahilləri dincəlmək və istirahət etmək üçün olduqca əlverişlidir.
Honkonq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 38 min 127 dollardır. Bu göstərici ilə Honkonq Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Ada həm də dünyanın ən iri ticarət mərkəzlərindən biridir. 2006-cı ildə Honkonq dünyanın 114 ölkəsinə öz məhsullarını göndərirdi. Fond birjalarının sayına görə Honkonq dünyada Londondan sonra ikinci yeri tutur. Rəqabət bacarığına, rəqabətə davamlılığına görə Honkonq dünyanın 46 məşhur maliyyə mərkəzləri arasında 3-cü, Asiyada isə birinci yerdədir.