Viktor Viktoroviç Kleneveski (fevral 1883, Yelizavetpol – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyətinin sosial təminat naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
Viktor Klenevski | |
---|---|
14 mart 1919 – 22 dekabr 1919 | |
Əvvəlki | Rüstəm xan Xoyski |
Sonrakı | Vəzifə ləğv olundu. |
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Slavyan-Rus Cəmiyyəti fraksiyasının sədri | |
16 oktyabr 1919 – 26 fevral 1920 | |
15 dekabr 1918 – 3 aprel 1919 | |
16 oktyabr 1919 – 26 fevral 1920 | |
Fraksiya | Slavyan-Rus Cəmiyyəti fraksiyası |
Əvvəlki | Sergey Mixaylov |
Sonrakı | Strevutin |
15 dekabr 1918 – 3 aprel 1919 | |
Fraksiya | Slavyan-Rus Cəmiyyəti fraksiyası |
Sonrakı | Aleksandr Dubrovski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | fevral 1883 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Fəaliyyəti | siyasətçi |
Viktor Viktoroviç Klenevski 1883-cü ilin fevral ayında Gəncədə anadan olub. Milliyyətcə polyakdır. Universitet təhsili alıb.[1]
Viktor Klenevski Tiflisdə qaçqınların işlə təmin edilməsi üzrə şöbə müdiri, Tiflis Dairə Məhkəməsinin üzvü olaraq çalışıb.[1]
Viktor Klenevski Konstantin Lizqarın ən yaxın dostu idi. Onların hər ikisi 1918-ci ildə Tiflisdə yaradılmış Slavyan-Rus Cəmiyyətinin üzvləri idi.[1]
Aprel işğalından sonra Klenevski əvvəl Petrovsk şəhərinə getdi, Azərbaycan naziri kimi əks-kəşfiyyat tərəfindən həbs edildi. Viktor Klenevski iki gün həbsdə saxlanıldı, sonradan Rostov şəhərinə yola salındı 1920-ci ilin mayında Rusiya Teleqraf Agentliyinin Don Vilayət şöbəsinin məsul əməkdaşı kimi çalışdı. Sonra o, Tiflisə ezamiyyətə göndərildi.[1]
Viktor Klenevski Bakıdan kənarda Fövqəladə Komissiyanın 1238 saylı orderi ilə əməkdaş Mirko tərəfindən 18 noyabr 1920-ci ildə Vladiqafqazda həbs olunmuşdur[2]. O, həbs ediləndə həyat yoldaşı Klavdiya Andreyevna 30 yaşında, qızı Kseniya isə 8 yaşında idi.[1]
Viktor Klenevski 1920-ci ilin dekabrın 1–2-si arasında Bakıya gətirildi. Dekabrın 3-də isə onu Azərbaycan Fövqəladə Komissiyasının müstəntiqləri dindirdilər. Ağır istintaq proseslərindən sonra onu bolşeviklərlə əməkdaşlıq etməyə razı saldılar. Həmçinin onun özü də əməkdaşlıqla bağlı 1920-ci ilin 12 dekabrında Fövqəladə Komissiyanın sədri Xanbudaqova müraciət ünvanladı.[3]
1920-ci ilin dekabrın 25-də müstəntiq Ponomaryov "Müsavat naziri" kimi ittiham olunan Viktor Klenevskinin həbsdən buraxılması haqqında qərar çıxardı.[4]
Onun həbsdən sonrakı həyatı haqqında məlumat yoxdur.
Viktor Klenevski 15 dekabr 1918-ci ildə Slavyan-Rus Cəmiyyəti üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. O parlamentin nizamnamə komissiyasının üzvü olmuşdur.
Parlamentin 3 aprel 1919-cu il tarixli sayca iyirmi altıncı iclasında dövlət qulluğuna keçdiyi üçün Viktor Klenevskinin məbusluqdan azad edildiyi elan olundu,
lakin o, 16 oktyabr 1919-cu ildə Slavyan-Rus Cəmiyyəti tərəfindən Sergey Mixaylovun əvəzinə yenidən namizəd göstərilərək parlament üzvü seçilmişdir.
Klenevski 26 fevral 1920 tarixində parlament üzvlüyündən çıxmışdır.
Klenevski Azərbaycan Cümhuriyyəti dövründə Sosial Təminat Nazirliyində Qaçqınların işi üzrə idarəyə rəis təyin olunub.
Viktor Klenevski 1919-cu ilin martın 14-də II Yusifbəyli hökumətində Slavyan-Rus Cəmiyyətinin təmsilçisi olaraq sosial təminat naziri vəzifəsinə təyin olundu. O, bu vəzifəni 1919-cu ilin dekabrın 24-nə – hökumətin istefasına qədər icra etdi.[5]