Savalan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Savalan | |
---|---|
40°47′13″ şm. e. 47°36′40″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 202 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Savalan mərkəzdən 30 km. kənarda, Ağdaş yolunun üstündə, ən qədim kəndlərdən biridir. İndi burada əhalinin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Evlərə qaz çəkilib, telefon xidməti göstərilir. Magistral yola yaxın olduqlarından ətraf ərazilərlə əlaqələri asanlaşır. Türyançayın kənarında yerləşdiyindən təhlükəsizliyi təmin etmək məqsədilə kəndlə çay arasında 100 metrlik möhkəm bəndin qurulması qərara alınıb.[1] Torpaqları üzümçülüyə yararlı olduğundan 80 hektar sahədə iki növ üzüm, süfrə və şərabçılıq üçün məhsul yetişdirilir. Əhalinin yarıdan çoxu bu sahədə çalışır. Üçüncü ildir ki, tinglərə qulluq göstərilir.[1] Ərazinin 450 hektar sahəsi olsa da yalnız 210 hektarı camaatın pay torpağıdır. Qalanı yüksəkliyi, dərəni əhatə etdiyindən yalnız müəyyən sahələrdə taxıl əkmək mümkündür. Buğda, arpa zəmiləri də savalanlıların alın təri ilə becərilir. Qoyunçuluğun inkişafında irəliləyiş nəzərə çarpır.[1] Dövlət tərəfindən kənddə 9 illik yeni məktəb binası inşa olunub. Yerli icra nümayəndəliyi üçün inzibati binanın tikilməsi nəzərdə tutulub. Kənddaxili yollar təmir edilib.[1]
Savalan oyk., sadə. Qəbələ r-nunun Quşlar i.ə.v.-də kənd. Acınohur ön dağlanndadır. Yaşayış məntəqəsi həmin r-ndakı Qalatan, Qaravultəpə, Qaçaq evi adlı qədim istehkam və qalaların yerləşdiyi Savalan dağ silsiləsinin adını daşıyır. Cənubi Azərbaycan ərazisində də eyniadlı dağ mövcuddur. Rusiyanın Ulyanov vilayətində Salavan adlı yer qeydə alınmışdır. Oronim saval və -an (burada cəmlik bildirir) komponentlərindən ibarətdir. Azərbaycan dilinin dialektlərində və bəzi türk dillərində sava “soyuq, sərt hava şəraiti” mənasında, türk dillərində sala “barmaq, bu¬daq, çıxıntı”, yakut dilində saal “dağ yalı”, avar dilində şabal “dağ, zirvə, təpə” mənalarında işlənməkdədir. Bu baxımdan güman etmək olar ki, oronim “zirvələr, barmaqlar, təpələr” deməkdir.[2]
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |