Məzhər (az.-əski. مزهر) — XX əsrin əvvəllərində Tiflisdə Kamal Ünsizadənin redaktorluğu ilə Azərbaycan dilində çap olunan liberal ruhlu ictimai-siyasi qəzet.[1][2]
Məzhər | |
---|---|
az.-əski. مزهر | |
Sahibi | Kamal Ünsizadə |
Baş redaktor | |
Yaranma tarixi | 25 mart (7 aprel) 1908 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 29 dekabr 1917 (11 yanvar 1918) |
Ölkə |
|
Kamal Ünsizadə gərgin mübarizələrdən sonra 1907-ci ilin 31 martında "Məzhər" adlı qəzetin nəşrinə icazə ala bilir. Qəzetin məramnaməsi geniş, əhatəli idi. 16 şöbədən ibarət olacaq bu qəzetdə daxili və xarici xəbərlərdən, sənət və ədəbiyyatın, elm və maarifin müxtəlif sahələrindən bəhs ediləcəkdi. Lakin o, öz məramnaməsini, ətrafında toplanan ziyalıların arzularını həyata keçirə bilmədi.[3]
Tiflis şəhərində 1908-ci il 25 martda nəşrə başlamış "Məzhər" qəzeti 1917-ci ilə qədər çox səliqəsiz, məzmunsuz və qeyri-müntəzəm çıxan bir qəzet idi.[4] Nəşrə başlarkən həftəlik qəzet olması nəzərdə tutulmuş, lakin uzun fasilələrlə çap olunmuşdur. 1-ci nömrəsi 1908-ci il martın 25-də, sonuncusu 1917-ci il dekabrın 29-da çıxmışdır.[1] Naşiri və redaktoru Kamal Ünsizadə idi. Qəzetin 1908-ci ildə 8 nömrəsi, 1909-cu ildə 13 nömrəsi, 1910-cu ildə 4 nömrəsi, 1911-ci və sonrakı illərdə təkcə 1 nömrəsi çıxmışdı.[3] Cəmi 31 nömrəsi çıxmışdır.[2][4]
"Məzhər" qəzetinin səhifələrində ardıcıl çıxış edən Təhmasib Qarabaği olmuşdur. Onun tərcüməsində Lev Tolstoyun "Allah həqiqəti görür, amma tez aşkar etməyir" əsəri dərc olunmuşdur (bax: 1909-cu il, № 3, 5, 6, 7, 9).[4] "Məzhər" dini təbliğ etmiş, ruhaniləri, yüksək rütbəli çar məmurlarını tərifləmişdir. Cəlil Məmmədquluzadə bu qəzet haqqında yazırdı: "Məzhər" qəzetinin sahibi Kamal əfəndi kimi gərək biz də canişin həzrətlərinə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun".[2]