Karavaco

Mikelancelo Merisi de Karavacco (it. Michelangelo Merisi da Caravaggio, 29 sentyabr 1571[1][2][…], Milan, Milan hersoqluğu, İspaniya imperiyası[7][2][…]18 iyul 1610[3][4][…] və ya 1610[5][6], Porto Erkole[d], Napoli Krallığı[8][2][…]) — İtaliya rəssamı. Roma, Neapol, MaltaSiciliya şəhərlərində fəaliyyət göstərmişdir. Barokko rəssamlığının ilk böyük sənətçisidir.

Karavacco
it. Michelangelo Merisi da Caravaggio
Doğum adı Michelangelo Merisi[2]
Doğum tarixi 29 sentyabr 1571(1571-09-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 iyul 1610(1610-07-18)[3][4][…] (39 yaşında) və ya 1610[5][6]
Vəfat yeri
Dəfn yeri
  • Porto Erkole[d]
Fəaliyyəti rəssam
Janrlar janr rəssamlığı[9], dini rəssamlıq[d][9], natürmort[9]
Stillər barokko[10], Əksreformasiya
Tanınmış işləri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mikelancelo Karavacconun doğum tarixi və yaşı haqqında dəqiq məlumat yoxdur. Tədqiqatçılara görə ən böyük ehtimallardan biri Broloda Santa Stefano kiləsəsinin qeyd dəftərindəki bir məlumata əsaslanır. Burada 30 sentyabr 1571-ci il tarixində " Cənab Fermo merisi və xanım Lusia Aratorinin oğlu Mikelancelo"nun vəftizi il bağlı qeydlər yer almaqdadır. Tədqiqatçılar güman edir ki, bəhs edilən məlumat məhz Karavacconun vəftizidir. Həmin dövrdə İtaliyada uşaq ölümləri artmışdı[11]. Bu səbəbdən yeni doğan körpələri dünyaya göz açar-açmaz vəftiz edirdilər. Bütün bu məlumatlara əsasən Mikelancelo adı verilən bu körpənin 29 sentyabr 1571-ci ildə dünyaya gəldiyi ehtimal edilir[12]. Mənbələrdə rəssamın tam adının Mikelancelo Merisi de Karavacco olması haqqında də bir sıra məlumatlar vardır. Tədqiqatçılara görə, Karavacco adı rəssamın böyüyüb başa çatdığı qəsəbə Karavacco qəsəbəsinin adından götürülmüşdür. Digər bir versiya isə Mikelancelonun atası Fermonun müdiri Karavacco Markisi Fransçesko Sforzanın adı ilə bağlıdır[11][13]. Karavacconun atası Fermo memar idi. 1576-cı ildə bir çox Milanlının ölümünə səbəb olan vəba xəstəliyi onun ölümünə səbəb olmuş, nəticədə Karavacco anası və qardaşları ilə birlikdə şəhəri tərk etmək məcburiyyətində qalmışdı. 1582–1582-ci illərdə o, hələ 12 yaşında olarkən anasının təşviqi ilə peşə axtarışına çıxır. 1584-cü ildə Karavacco Berqamolu rəssam Simone Petersanonun yanında köməkçi kimi çalışmağa başlayır. Simone Petersano 1573–1592-ci illərdə fəaliyyət göstərən məşhur rəssamlardan biri idi. Petersanonun emalatxanası Milan şəhərində yerləşdiyindən Karavacco da bu illərdə Milana köçmüşdür. 1584–1588-ci illərdə o, Petersanonun şagirdi olur. Mikelancelo şagirdlik müddətini başa vurub 1588-ci ildə Karavaccoya geri qayıdır. Bunun bir digər səbəbi də anansının vəfat etməsi idi. İtaliyan rəssam 1589-cu ildə anasından qalan mirası almaq üçün Karavaccoda olmuşdur.

Romadakı həyatı

[redaktə | mənbəni redaktə et]

Sonrakı tarixlərdə sənəndlərdən rəssamın qardaşları ilə əlaqəsinin kəsildiyini və 1592–1593-cü illərdə Romaya köçdüyünü öyrənirik[13]. Romaya yerləşdikdən sonra keçən 3–4 illik müddətdə Karavacconun harada yaşaması və hansı işlə məşğul olması barədə heç bir məlumata rast gəlinmir. Karavacconun Romada işlədiyi ilk professional rəssamlıq emalatxanası Sicilyalı rəssam Lorenzo Karlinin emalatxanası olmuşdur[14]. Bu barədə məlumat Roma Dövlət arxivində yerləşir. Lorenzo Karlidən sonra o Cüzeppe Sezari ilə çalışmağa başlamışdır. Cüzeppe Sezari yaşca Karavaccodan sadəcə 3 yaş böyük idi və dövrün gənc sənətçiləri içində öz qabiliyyəti ilə fərqlənirdi. Onun nüfuzu o qədər yüksək idi ki, Papa VIII Klemens tərəfindən "Cavalier d`Arpino" (Məsihin süvarisi) tituluna layiq görülmüşdü. Cüzeppe emalatxanadakı çiçək, yaşıllıq və natürmort ilə bağlı işləri Karavacccoya tapşırmışdı. Lambert yazır[14]:

" Baxmayaraq ki, Sezarinin emalatxanası məşhur bir emealatxana idi və Karavaccoya dövrün nüfuzlu şəxsləri, kardinallar, səfirlərlə tanış olmağa şərait yaradırdı, Karavacco tezliklə emalatxanadan ayrıldı. Buna səbəb Sezarini əsərlərini klassik standartlardan qırağa çıxmayan, sıxıcı olaraq qiymətləndirməsi və ona verilən tapşırıqların çox sadə olması idi.

"

Karavacco özünün məşhur "Balaca, xəstə Vakx" və " Meyvə səbətli oğlan" əsərlərini burada rəsm etmişdir.

Sezari emalatxanasından ayrıldıqdan sonra Karavacco daha çox dostları ilə vaxt keçirməyə başlamışdır. Bu şəxslər dizayner Prospero Orsi, tacir Konstantio Spada, memar Onorio Lonqi və rəssam Orazio Qentilesçi idi. 1676-cı ildə Yoahim Sandart tərəfindən Karavacco haqqında yazılan qeydlərdə "nec spre, nec metu"[15] şüarını mənimsəyən və "Bravi" adlandırılan bir qrupdan bəhs edilir. Karavacco və dostlarının da daxil olduğu bu qrup kilsənin qadağalarına baxmayaraq gecələr küçəyə çıxan və radikal fikirli insanlar olaraq tanınırdılar.

Karavacco ilk sifarişlərini Orsi və Sapada ilə olan dostluğu sayəsində qəbul etməyə başlamışdı. "Tövbəkar Məryəm" və " Misirə qaçarkən dincəlmək" adlı əsərləri onun ilk sifarişləri sayılır. Rəssamın 1595–1596-cı ildə kardinal Françesko del Monte tərəfindən alınan "Kələkbazlar və falçı qadın" adlı əsəri ona çox böyük şöhrət qazandırmışdır. Bundan sonra Karavacco kadrinalın evinə köçmüş və burada yaşamağa başlamışdır. Karavacconun həyatının bu dövründə çəkdiyi ilk rəsm əsəri " Ud çalğıçısı"dır. Kardinalın Karavaccoya verdiyi sifarişlərdən biri də "Meduza" əsəri idi. Del Monte bu rəsm əsərini ona hamilik edən Medici ailəsi üçün diplomatik bir jest olaraq sifariş etmişdi. Karavacco Meduzanı turnir qalxanına bərkidilmiş kətan parça üzərinə rəsm etmişdi. Kardinalın evində yaşadağı müddətdə onlar birlikdə " Narçis", "Musiqiçilər", "Meyvə səbəti", "Tövbəkar Məryəm", "kimi bir neçə rəsm əsəri ərsəyə gətirmişdirlər.

Dolğun yaradıcılıq çağı (XVI əsrin sonu, XVII əsrin 1-ci onilliyi) monumental rəngkarlığın yaranması dövrü ilə üst-üstə düşür. Karavacconun dramatik, sərgüzəştli həyatı onun üsyankar yaradıcılığında özünü açıq-aydın göstərir. Artıq Romadakı ilk işlərində- "Balaca xəstə Vakx" (1591, Roma, Qalereya Borgeze), "Meyvələrlə oğlan" (1593), "Vakx" (1593), "Baxıcılıq" (1593, Lüvr) o, cəsur yenilikçi kimi öz yaradıcılığının kəskin realizmi və demokratizmi ilə əsas rəssamlıq istiqaməti olan manyerizmə və akademizmə meydan oxumuşdur.

Karavacco məşhur italyan rəssamı və italyan barokkosunun nümayəndələrin biri sayılır. Karavacco güclü işıq-kölgə istifadəsi və rəsimsal tənzimləməni dramatik bir baxımdan barokko sənətinin ən xüsusi tətbiq edicilərindən biri olmuşdur. Karavacco rəssamlıq tarixində böyük rol alan istedadlı rəssamlardan biridir. Karavacco- Barokko, realizm, "karavacizm" üslubunun banisidir desək yanılmarıq. Hətta o öz yaradıcılığı ilə Bartolomeo Manfredi Klod Vinonun belə yaradıcılığına təkan vermişdir. O, XVII əsrin Avropa rəngkarlığına istiqamət verən və realist istiqamətin banisidir. Onun əsərləri öz hissiyyatlığı, emosianallığı ilə, gərginliyi, işıq və kölgənin kontrastlığı və xüsusi cizgisi ilə fərqlənir ki, buda "karavacizm" üslubunun xarakteridir. İstedadlı Karavacconun yaradıcılığı özünəməxsus axıcı, zəngin idi, lakin bir çoxları onun yaradıcılığının reallıqdan uzaq olduğunu hesab edirdi.

Obrazın ideallığı manyerizmə və akademizmə xas olduğu halda, Karavacco yeni bir istiqamətin, üslubun obrazın individual ifadəsinin təməlini qoymuşdur. Buna " Meyvə səbəti ilə gənc" əsəri buna açıq-aydın sübutdur.

Rəssamın navatorluğu nəinki bir çox rəssamın yaradıcılığına təkan vermişdir. Karavacconun ilk işlərinin çoxu portret janrında və hərdən isə detalları ilə zəngin olan əsərlərdir ki, Karavacco bunu əla bacarırdı. Karavacconun əsərlərindəki təsvir olunmuş fiqurlar elə obrazlı göstərilmişdir ki, hətta seyirci də açıq-aydın inanılmaz realizmi hiss edirlər. Sonra isə Karavacco tədricən öz yaradıcılığının istiqamətini dəyişərək dini tematika üzərinə yönəldir. Hətta onu dəfələrlə ittiham etmişlər ki, onun əsəsrindəki təsvir olunmuş insanlar müqəddəs insanlardansa adi və sadə insanlara bənzəyirlər, Ancaq elə bu cür rəssamın özünəməxsusluğu onu hamıdan fərqləyndirir, və bir çox rəssamın yaradıcılığının istiqamətinin dəyişməsinə təsir göstərmişdir. Hətta bu cür rəssamlar Avropadan Romaya məhz Karavacconun əsərlərini görməyə və bu əsərlərdən rəssamın navator stilinə yiyələnmək üçün və öz gözləri ilə görməyə gəlirdilər.

Rəssam əsərləri o cəsur navator kimi manyerizm və akademizm rəssamlarına öz əsərlərindəki realizmi və demokratizmi ilə meydan oxumuş və istiqamətləndirmişdir. Karavacconun qəhrəmanı təbii gözəlliyi , valehedici həyat sevgisi ilə seçilən sadə küçə oğlanıdır. Karvacconun bu qəhrəmanı sadə insanlardan həm ticarətçini, həm musiqiçini, hətta sadə qaraçını belə təmsil edir.

Vakxa- Rəssamın bu əsərinə isə baxan ilk insan rəssamın axıcı rəngli işığını hiss edir ki, bu da rəssamın əsərinin monumentallığını və plastikasını hiss etdirir. Fırıldaqçı (1596, Uodsvort Ateneum Xartford)- rəssamın bu cür əsərlərində zorakılıq, qəddarlıq var. Bu əsərlərdə təbii effektlivliyi əskik etməmişdir. Bu cür əsərlərə "İsaqın qurban verilməsi"(1603), "Yudif və Olofern"(1596) aiddir, Amma sonralar rəssam əvvəlki əsərlərinə nisbətən daha dərin və poetik məna kəsb edən əsərlərini "Misir yolunda istirahət" (1595), "Mariya Maqdalina" (1596) yaratmışdır.

Barokkonun ən böyük sənətçilərindən biri olan Karavacco Qərbi Avropa sənətinin inkişafında böyük rol oynamışdı. Onun yaradıcılığı italyan rəssamları ilə yanaşı, digər Avropa ölkələrinin də rəngkarlarına böyük təkan göstərmişdi. XVI əsrin sonu – XVII əsrin əvvəli realist istiqamət Karavacconun adı ilə "Karavacizm" adlandırılmışdı. İlk sifarişini himayədarı olan Del Montenin köməyilə alır. Rəssamın vəzifəsi Romada yerləşən San-Luidji dei Françezi kilsəsində Kontarelli kapellası üçün müqəddəs Matfeyanın rəsmlərini çəkmək idi. 1600-cü ilə qədər o 4 əsər yaradır- "Müqəddəs Matfeya" (2 variantda), "Müqəddəs Matfeyanın şövqü", "Müqəddəs Matfeyanın əziyyəti".

Karavacco üçün əsas yeri "Müqəddəs Matfeyanın şövqü" tutur. Bu əsər ilə o bütün dünyada məşhur olur, onun adı dillər əzbərinə çevrilir. Dini süjetli Matfeyanı canlandırdığı əsərlərində Karavacco real həyatdan da uzaqlaşmamışdı. Əsərdə Matfeya silahlanmış iki şəxslə (yəqin bu şəxslər onun köməkçiləri idi) oturub, elə onların yanında da onlara yaxınlaşan iki nəfər təsvir olunub. Yaxınlaşan iki nəfər kasıb təbəqədəndir. Onlar ayaqyalındırlar. Sadə geyimləri Matfeya və oturan şəxslərin geyimindən işıqlandırılmış kontrastla seçilib. Bu səhnəyə baxanda biz bu əsəri adi hadisə kimi yox, dini atmosferi hiss eləyirik. Bunun əsas səbəbi Karavacconun Şimali italyan realizmi ilə bağlı olan sənət epoxalarını Romada təhsil aldığı illərdə öyrənməsidir ki, bu da rəssamın bütün işlərində daxili hisslərin özünü göstərməsinə şərait yaratmışdır. Onun Kontarelli kapellası üçün yaratdığı əsərlər ona şöhrətlə yanaşı, ona qarşı əks fikirlər də yaratmışdır. Bəziləri onun işinin qeyri-adiliyi, cəsarəti və böyük sənətini qiymətləndirir. Bəzilərində isə onun işlərinin kobudluğu təəccüb doğururdu.

Yeni əsrin əvvəlində Karavacco yaradıcılığında böyük yer tutan əsərlər yaradır. Romada yerləşən Santa Mariya del Popole kilsəsində Çerazi kapellası üçün əsərlər yaradır. Elə həmin dövrdə Karavacco " Amur-qalib" əsərini yaradır. Bu əsər Karavacco yaradıcılığının ən gözəl əsərlərindən sayılır. Bu əsəri ilə Karavacco seyrciləri özünə cəlb etməyi bacarmışdı. Yaradıcılığının ən yüksək dövrü 1605–1606-cı illərdə "Mariyanın ölümü" əsəri ilə yaratdığı dövrüdür. Bu əsərində Karavacco xalqın Mariyaya inamını, çox acı çəkmiş bir ananı təsvir etmişdir. Təəssüf ki, bu əsər də Karavacconun bir çox əsəri kimi sifarişçi tərəfindən rədd olunur. Sifarişçi hesab edirdi ki, əsər gözə çarpan dərəcədə yaradılmayıb. Mariyanın üzündə xeyirxahlıqdan əsər-əlamət yoxdur. Onun üzündə ölüm cizgiləri əks olunub. Karavacconun yaradıcılığı XVI–XVII əsrlərə, Avropa incəsənətinin yaranması və çiçəklənməsi dövrünə təsadüf edir. Renesans dövründən sonra XVII yüzillik rəssamlıq sənətində böyük dəyişikliklərin yer aldığı dövr kimi sayılır ki, bu dövr realizmin yaranması və incəsənətin daha da real həyata yaxınlaşmasında böyük rol oynayırdı. Rəngkarlıq sənətində həlledici dövrün başlanğıcı təkcə İtaliyada deyil, bütün Avropa ölkələrində Mikelancelo Merizi da Karavacconun adı ilə bağlıdır. Karavacco yaradıcılığı XVI–XVII əsrlərin tamamlanmamış iki onilliyini əhatə edir.

Qısa müddət ərzində rəssamın yaradıcılığında məqsədyönlü və fəal bir istiqamət doğulur ki, bununla da paralel olaraq, yeni bir təsvir dili yaranır.

Karavacconun yeniliklərindən biri də ondan ibarət idi ki, əsərlərində dünyadakı idealizmin əvəzinə həyatı əhatə sadə insan tiplərinə yanaşılmış müxtəlif natura motivləri əlavə edilmiş daha güclü ifadə, nəzərəçarpan işıq kölgə ilə seyircini özünə cəlb edirdi.

Bu cür istiqamət-obyektin fondan sıçrayışı, ani nəzərəçarpıcılığı rəngkarlıq sənətində bir ilk kimi tarixə həkk olunmuşdur. Rəssamın ən böyük özəlliklərindən biri də dünyaya realist baxmağı və əsərindəki hər bir obyektin real həyatdan götürməsi idi ki, bu da rəssamlıq tarixində ilklərdən sayılır. Buna "Meyvə səbəti ilə gənc" əsəri sübutdur. Bu əsərdəki həyatdakı nikbinlik və həyat sevgisi bir rəssam tərəfindən yenidən özünəməxsus yaradılıb. Əsərdəki dərinlik, dəqiq və səlis işlənmiş hər bir cizgi və ön plandakı meyvələr elə ustalıqla işlənmişdir ki, bu əsəri görən hər bir tamaşaçını valeh edir. Bu istiqaməti davam etdirən və bu əsərdən ilhamlanan Karavacco digər əsəri "Kərtənkələ ilə gənc" (1593, Fond Lonqi, Florensiya) çəkmişdir.

Karavacconun dövründə rəngkarlıq sənəti və üslubu praktik cəhətdən bütünləşmişdir. Rəssamın əsərlərindəki ani nəzərəçarpan işıqlandırılmış ön plan rəsmin fonundan seçilir, optik effekt yaratmaqla rəsmdəki hərəkətləri gerçəkləşməsinə və daha real görsənməsinə şərait yaradırdı. Bütün incəliklər, hətta ikinci dərəcəli incəliklər belə təəccübləndirici dərəcədə ustalıqla, dəqiqliklə göstərilmişdir. Süjetlər çox vaxt dərin daxili dramatizm ilə zəngin idi. Öz yaradıcılığı ilə rəssam bütünlüklə rəngkarlıq janrının yüksək və alçaq növlərlə qiymətləndirilməsini rədd edirdi. Rəssam yaradıcılığı ilə rəngkarlığa xüsusi, özünəməxsus dəyişikliklər gətirmişdi. Karavacco yaradıcılığının seçilmiş özünəməxsusluğunu heç bir rəssamlıq məktəbinə aid etmək olmaz.

Karavacco dolu əsərlərinin idealı ilk vaxtlar xalqdan çıxmış gənclər, dərin hissiyyatlı gözəlliklər, həyata sevgi dolu baxan gənclər idi. Karavacconun bu şəkillərdəki sərt ifadəliyi ilə o dövrdəki rəssamlara meydan oxuyurdu. Bu personajlar təbii olduğu və real həyatdan götürüldüyünə görə tamaşaçıya daha yaxın idi. Demək olar ki, bütün tamaşaçılar tərəfindən başa düşülür, sevilirdi.

Daha sonralar isə rəssamlıq istiqaməti daha yumşalır, daha dərin və simvolik ifadələr kəsb edirdi, buna baxmayaraq öz realistliyini qoruyub saxlayırdı. Bu dövrdəki rəssamın yaratdığı əsərlərin əsas mövzusu dini süjetlər təşkil edirdi. Karavacco bununla yanaşı, dramatizm ilə naturalizm incəlikləri arasında incə sərhəd də yarada bilmişdi.

Karavacconun həyatının son illərindəki əsərlərinin mövzusu insanın öz dünyasındakı tənhalığı təşkil edirdi. O əsərlərində qohumluq cəhətdən bir-birinə yaxın insan qrupları yaradır, onların arasında isti münasibətləri və əlaqələri ustalıqla göstərirdi.

Karavacconun istiqaməti bir çox rəssamlarda heyrət doğurmuşdu. Onun qiymətləndirənlər arasında Rubens, Velaskes, Rembrant vardır. Karavacco otuz il döyüşlər dövründə yaşamışdır. Barokko əvvəllər, zərgərlik dilində nizamsız və əcaib formalı daş və inciləri xarakterizə edən bir söz olaraq istifadə edilmişdir. Əvvəl İtaliyada doğulmuş, daha sonra Avropaya və hətta, Latın Amerikaya qədər yayılmışdır. Qarşı-islahat hərəkətini mənimsəyən sənətçilər əsərlərində dini coşğu və həyəcanın yaradılmasına çalışmışlar. Dini atmosfer xaricindəki sahələrə də yönəlmişlər. İntibahın tarazlıq və uyğunlaşma mövzusundan çox, maniyerizmdə meydana çıxan şişirtmə və hərəkətlilik hakimdir. İşıq, kölgə oyunlarına söykənən heykəl, şəkil və arxitekturanın qaynaşdırıldığı bütün sənət anlayışı gətirilmişdir. Çiçək, meyvə kimi obyektlərin müəyyən bir nizamda ələ alındığı ölü təbiət (natürmort) növü bu dövrdə ortaya çıxmışdır. Bu dövrün məşhur sənətçiləri Vermeyer, Velazkes, Rubens və Rembrandtdır. Hər nə qədər barokko deyilən anlayış və stil XVI əsrdəki bəzi sənətçilərdə görülsə də, əsas etibarilə kilsənin öndərlik etdiyi anti-islahat hərəkəti içərisində ortaya çıxıb inkişaf etdiyi qəbul edilir. Həqiqətən də, XVIII əsrdə bir çox Katolik Avropa ölkəsində memar, heykeltəraş və rəssamları təşviq edən, onların müqəddəs məqsədə istiqamətli xüsusiyyətdəki əsərlərinin müştərisi olan kral ya da şahzadələrdən əvvəl kilsədir. Rəssamın ömrü az da olsa (39 il), fəal və rəngarəng həyat sürmüşdü, özündən sonra zəngin rəssamlıq irsi qoymuşdur.

Moskvada keçirilmiş Karavacco sərgisində rəssamın bir-birindən gözəl 11 əsəri nümayiş olunmuşdur. Bu əsərlər İtaliya və Vatikandan toplanmışdır. Sözsüz ki, bu sərgi təkcə Moskvada deyil, bütün Rusiyada böyük maraqla qarşılanmışdır.

Karavacconun erkən yaşda ölümü araşdırılmış və bir neçə fakt ortaya çıxmışdir. Kilsə kitabında bütün ölənlər haqqında yazılsa da o kitab elə həmin kilsədə itirilib və ya oğurlanmışdı. Bu haqda dəqiq məlumat olmasa da rəssamın sənətindən ilham alan bir şəxs rəssamın həyatını araşdırmış və həmin kilsədə keşiş tərəfindən mühasibat kitabında Karavacco haqqında bilgilər yazılmış qaralama əldə etmişdir. Bu bilgilərdə qeyd olunur ki, rəssam Mikelancelo Merizi da Karavacco 18 iyul 1609-cu ildə xəstəxanada xəstəliklə vəfat etmişdir. O dövrün təqvimi ilə bu dövrün təqvimində fərq olduğuna görə bu dövrü 1610-cu il 18 iyul kimi qəbul etmək lazımdır. Karavacco yaradıcılığının dərinliyini, zənginliyini, özünəməxsusluğunu dərk etmək üçün məhz İtaliyada olmalı və Florensiyada yerləşən Ufitsi qalereyasına baş çəkmək lazımdır. Rusiyada Ermitajda Karavacconun bir əsəri saxlanılır.

Haqqındakı filmlər

[redaktə | mənbəni redaktə et]
  • Karavacco (1986)
  1. 1 2 BeWeB.
  2. 1 2 3 4 5 6 7 Graham-Dixon A. Caravaggio // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Caravaggio (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  5. 1 2 Base biographique (fr.). BIU Santé.
  6. 1 2 http://library.aur.edu/cgi-bin/koha/opac-authoritiesdetail.pl?marc=1&authid=57155.
  7. 1 2 RKDartists (nid.).
  8. 1 2 http://www.timelines.ws/1600_1625.HTML.
  9. 1 2 3 https://www.nationalgallery.org.uk/artists/michelangelo-merisi-da-caravaggio.
  10. https://www.rijksmuseum.nl/en/caravaggio-bernini.
  11. 1 2 D'Orazio, Costantino. Caravaggio segreto. Sperling & Kepfer. 2014.
  12. König, Eberhard. Masters of Art: Caravaggio (Masters of Italian Art). H.F.Ullmann Publishing Gmbh. 15 mart 2013.
  13. 1 2 Hibbard, Howard. Caravaggio. Harper & Row. 1983.
  14. 1 2 Gilles Lambert. Caravaggio 1571-1610. London: Taschen. 2000. səh. 96.
  15. Natalie Anne Landreth. Nec Spe, Nec Metu: Caravaggio and the Tradition of the Self as Victim. Harvard University. 1998. 102.