Kokteyl (ingiliscə cocktail) bir neçə komponenti qarışdırmaqla əldə edilən içkidir. Çox vaxt kokteyllər ya spirtli içkilərin birləşməsidir, ya da bir və ya daha çox spirtli içkinin meyvə şirəsi, ətirli şərbət və ya qaymaq kimi digər maddələrlə qarışdırılmış formasıdır. Kokteyllər dünyanın müxtəlif bölgələri arasında çox dəyişir və bir çox internet saytları həm orijinal reseptləri, həm də köhnə və daha məşhur kokteyllərin öz şərhlərini dərc edir.
Kokteyl | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Kokteyllər alkoqollu (bir və ya daha çox spirtli içkiləri tərkib hissəsi kimi özündə birləşdirir) və alkoqolsuz ola bilər.
İçki kimi kokteylin ilk yazılı qeydi 1803-cü ildə ABŞ-da "The Farmers Cabinet" jurnalındakı bir məqalədə ortaya çıxdı. Alkoqollu içki kimi kokteylin ilk tərifi üç il sonra 13 may 1806-cı ildə "The Balance and Columbian Repository" (Hudson, New York) jurnalında ortaya çıxdı.
Ənənəvi olaraq, kokteyl inqrediyentlərinə spirtli içki, şəkər, su və bitterlər daxil idi, lakin bu tərif 1800-cü illərdə likör əlavə etməyə qədər artdı.
1862-ci ildə Cerri Tomas "How to Mix Drinks" və ya "The Bon Vivant's Companion" adlı barmenlər üçün təlimat kitabçası nəşr etdi, bu kitabçada bitterlərdən istifadə edərək kokteyllər üçün 10 resept var ki, onları punş və kobler kimi digər içkilərdən fərqləndirdi.
Kokteyllər 1900-cü illərdə təkamül etməyə və populyarlıq qazanmağa davam etdi və 1917-ci ildə Missuri ştatının Sent-Luis şəhərindən olan Julius S. Walsh cunior "kokteyl partisi" terminini istifadə etdi. Birləşmiş Ştatlarda (1920-1933) Quru qadağalar dövründə şərab və pivə məhdudlaşdırıldığından kokteylə olan təlabat daha da artdı, 1960-cı illərin sonlarında içkiyə əlaçtımlılıq qayıtdığı üçün populyarlığı azaldı. 2000-ci illərin əvvəlindən ortalarına qədər kokteyl mədəniyyəti ənənəvi kokteyllərin digər yeni inqrediyentlərlə qarışdırıldığını təcrübə edən miksologiya tərzi ilə böyüdü.
Müasir dünya və informasiya əsrində kokteyl reseptləri internetdə internet saytlarında geniş şəkildə təqdim olunur. Kokteyl barları və onlara xidmət edən restoranlar tez-tez jurnallarda və bələdçi kitabçalarda nümayiş etdirilir və nəzərdən keçirilir. Mohito, B-52, Ağ rus, Turs Pisko, Manhetten və Martini kimi bəzi kokteyllər həm restoran menyusunda, həm də pop mədəniyyət fenomenlərində əsas içkilər halına gəldi, xüsusilə Ceyms Bond ilə əlaqəli martini və onun "çalxalanmış, amma qarışdırılmamış" ifadəsi ilə...
Kokteyl (ing. cocktail — "xoruz quyruğu" izah mübahisəlidir) — bir neçə içməli mayenin qatışığından alınan içki. Kokteyllər alkoqollu və alkoqolsuz olur. Bəzən kokteyl içilən əyləncə gecələri də "kokteyl" adlanır. Bu tip əyləncə məclisləri əsasən elitar və diplomatik mühitlərdə geniş yayılıb.
Spirtli kokteyl bir və ya bir neçə növ spirtli içki ilə hazırlanan qarışıqdır. Tipik olaraq, spirtli kokteyllər peşəkar barmen tərəfindən barda hazırlanır.
Alkoqolsuz kokteyllər arasında ən çox yayılanı milkshake (milkşeyk) və şirə əsaslı kokteyllərdir. Kokteyllərin alkoqolsuz versiyaları üçün ümumi qəbul edilmiş təyinati ön söz (ifadə) kimi Virgin və ya bakirədir, məsələn Virgin Colada (orijinalda pina-kolada deyilir, alkaqol olmadan "bakirə kolada") və ya Virgin Maria - Pina-kolada və Qanlı Meri-nin alkoqolsuz versiyaları.
"Mokteyl" - alkoqolsuz kokteyllərin məşhur yeni adıdır - "mock" (saxta; xəyali; yalan) və kokteyl (kokteyl) sözlərinin birləşməsidir. Bu ad Hindistan və ABŞ-da məşhurdur.
Moninad - ABŞ-da qazlı su və şərbət qarışığı üçün məşhur bir addır. Mənşəyi məşhur şərbət istehsalçısı "Monin"-in adından gəlir.
Alkoqollu kokteyllər əsasən viski, cin yaxud rom tərkibli olur. Son zamanlar isə vodka və tekila əsaslı kokteyllər də popyulardır. Bundan başqa likör, qaymaq, müxtəlif ədviyyat qarışıqlarından da geniş istifadə olunur. Digər qarışıq içkilərdən fərqli olaraq kokteyl hazırlanmasında dəqiq inqrediyent miqdarı göstərilmir sadəcə əsas inqrediyentlərin nisbəti göstərilir (½,⅓,¼,⅔ və s.)
Alkoqollu kokteyllər üç böyük qrupa ayrılır (baxmayaraq ki, bu bölmə tam deyil və bir çox kokteyl bu qrupların heç birində təsnif edilə bilməz):