Laçın Dövlət Təbiət Yasaqlığı

Laçın Dövlət Təbiət Yasaqlığı — Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Piçənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə kəskin parçalanmışdır. Ərazisi 21370 hektardır.[1] Yasaqlığın 862 ha və ya 4% ərazisi qayalar və uçqunlar, 34,0 ha ərazisi isə xüsusi təyinatlı torpaqlardan ibarətdir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8% təşkil edirdi. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8% alp çəmənliyi, 7400 ha və ya 34,8% subalp çəmənliyi, 4257 ha və ya 20% otlaqlar, 862 ha və ya 4% qayalar və üçqunlar, 34,0 ha xüsusi təyinatlı torpaqlardır. Orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir.[2]

Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000–1700 m), şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700–2200 m), subalp (2200–2500 m) və alp (2500–2800) m çəmənlikləri qurşaqlıqlarına ayrılır. Sahəsinin 7 369 ha və ya 34,5%-i meşə sahəsi, 1 448 və ya 6,8%-i alp çəmənliyi, 7 400 ha və ya 34,8%-i subalp çəmənliyi, 4 257 ha və ya 20% otlaqlar, 862 və ya 4% qayalar və uçqunlar, 34 ha xüsusi təyinatlı torpaqlardır. Meşələri əsasən vələs, çökə, ağcaqayın, palıd və s. qarışıqdan ibarət olan meşələrdir, vələsin üstünlük təşkil etdiyi meşələri xeyli azdır (8,1%), palıd, vələs, toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur ki, buda intensiv otarılma ilə əlaqədardır. Subalp qurşağı üçün quraq yamacların bozqırlaşmış və nisbətən rütubətli yamacların mezofil çəmənləri, alp qurşağı üçün müxtəlif otlu çəmənliklərin üstünlüyü və alp xalısının zəif inkişafı ilə səciyyələnmişdir. Yasaqlığın ərazisində ibtidai, az qalın, çimli, dağ-çəmən, tipik, karbonat-qalıqlı bozqırlaşmış qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, tipik və bozqırlaşmış qəhvəyi dağ-meşə, torpaqları yayılmışdır. Meşələrə nisbətən dağ-çəmən qurşağı və meşə qurşağının meşəsiz sahələri otlaq kimi insanın təsərrüfat fəaliyyətinin təsirinə çox məruz qalır.,p> Bununla bərabər burada bir sıra heyvan və quşların məskunlaşması üçün əlverişli şərait vardır. Onların sayı və növü kifayət qədərdir. Meşələri əsasən vələs, cökə, ağcaqayın və s. qarışıq tip meşələrdir. Yasaqlığın ərazisindəki Hacısamlı meşəsində dünyada qiymətli sayılan Qırmızı palıdın (Qızıl palıd) təbii arealı mövcud olub. Bu ağac Azərbaycan Respublikasında ancaq həmin yasaqlıqda yayılıb.[3] Bu ağac Azərbaycanda ancaq həmin yasaqlığda yayılmışdır. İndi həmin ağaclar və başqa meşələr ermənilər tərəfindən vəhşicəsinə qırılır[4]

Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porsuq, dovşan, dələ, ayı və s. kimi məməli heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500, turac, tetra quşu, bildirçin, alabaxta məskunlaşmışdır. Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilən heyvan növlərindən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb.Yasaqlığın ərazisində Hacısamlı meşəsində dünyada ən qiymətli olan qırmızı palıd (qızıl palıd) vardır.[5] Həmin ağacdan istifadə etmək üçün hələ çar hökuməti dövründə fransızlar çətin dağlar ilə (Xankəndindən Qırxqız dağını kəsməklə araba yolunu çəkmişdirlər). Ancaq sovet hakimiyyəti qurulduğu vaxda düşdüyü üçün material apara bilməmişdilər. Həmin ağacdan hazırlanmış materialdan qiymətli mebel və xususən konyak spirti saxlamaq üçün istifadə edilir.Yasaqlığın yaradılmasında məqsəd buradakı məməliləri (cüyür, qayakeçisi, çöl donuzu) və quşları (turac, kəklik) qoruyub artırmaqdır. Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait vardır. Yasaqlıqda bezoar keçisi, cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilərə; kəklik, tetra quşu, bildirçin, alabaxta kimi quşlara rast gəlinir.[6]

Yasaqlığın ərazisinə qışı quraq keçən, soyuq iqlim tipi hakimdir.[7]

Yasaqlığın ərazisində ibtidai, az qalın, çimli, dağ-çəmən, tipik, karbonat-qalıqlı bozqırlaşmış qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, tipik və bozqırlaşmış qəhvəyi dağ-meşə, torpaqları yayılmışdır. Meşələrə nisbətən dağ-çəmən qurşağı və meşə qurşağının meşəsiz sahələri otlaq kimi insanın təsərrüfat fəaliyyətinin təsirinə çox məruz qalır. Bununla bərabər burada bir sıra heyvan və quşların məskunlaşması üçün əlverişli şərait vardır. Onların sayı və növü kifayət qədərdir.[4]

İşğal müddətində

[redaktə | mənbəni redaktə et]

Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sahəsi 26647 hektar (80,05 %) idi. Meşələrdə şam, palıd, vələs, göyüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi.İndi həmin ağaclar və başqa meşələr ermənilər tərəfindən vəhşicəsinə qırılıb.[8]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Laçın rayonu". biodiversity.az. İstifadə tarixi: 17 sentyabr 2021.
  • "Coğrafi mövqeyi". www.lachin-ih.gov.az. İstifadə tarixi: 17 sentyabr 2021.
  • "Laçın Dövlət Təbiət Yasaqlığı". kataloq.gomap.az. İstifadə tarixi: 17 sentyabr 2021.
  1. "Laçın - əsrarəngiz gözəlliyə və zəngin təbii sərvətlərə malik diyar". www.mdu.edu.az. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
  2. "Laçının zəngin təbiəti, yeraltı sərvətləri..." azvision.az. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
  3. "Laçın Dövlət Təbiət Yasaqlığı". azvision.az. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
  4. 1 2 "Laçın Dövlət Təbiət Yasaqlığı". anaveusaq.az. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
  5. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI, DÖVLƏT TƏBİƏT YASAQLIQLARI" (PDF). files.preslib.az. 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 sentyabr 2021.
  6. "Laçın Dövlət Təbiət Yasaqlığı". eco.gov.az. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
  7. "DÖVLƏT TƏBİƏT YASAQLIQLARI". https://azerbaijan.az. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
  8. "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.