Bəsitçay Dövlət Təbiət Qoruğu

Bəsitçay dövlət təbiət qoruğu — nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Qoruğun adı monqol mənşəli olub, Beysut tayfasının adından götürülüb. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir, lakin əsl nəhəng-yaşı 1200–1500 il, hündürlüyü 50 m və diametri 4 m qədər olan ağaclara da rast gəlmək olar. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600–800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.

Bəsitçay dövlət təbiət qoruğu
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 107 ha
Mütləq hündürlüyü 600-800 m
Yaradılma tarixi 4 iyul 1974
İdarəetmə orqanı AETSN
Məhvolma təhlükəsi 1993-cü ildən talan edilmiş ərazi
Dağ Kiçik Qafqaz
Çay Bəsitçay
Florası Şərq çinarı
Yerləşməsi
39°03′09″ şm. e. 46°36′46″ ş. u.HGYO
Ölkə Azərbaycan
Rayon Zəngilan
Yerləşməsi Kiçik Qafqaz
[[Fayl:|280px|Bəsitçay dövlət təbiət qoruğu xəritədə]]
Bəsitçay dövlət təbiət qoruğu
Bəsitçay dövlət təbiət qoruğu
[[Fayl:|280px|Bəsitçay dövlət təbiət qoruğu xəritədə]]
Bəsitçay dövlət təbiət qoruğu
Bəsitçay dövlət təbiət qoruğu
Bəsitçay dövlət təbiət qoruğu. 29 oktyabr 1993-cü ildən işğal altında[1]

Yaradılmasında məqsəd

[redaktə | mənbəni redaktə et]

Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilə eynidir. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Onun sahəsi 107 ha-dır. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır.

Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. Illik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.

Torpaq örtüyü

[redaktə | mənbəni redaktə et]

Bəsitçay dövlət təbiət qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir.

Çinar meşələri

[redaktə | mənbəni redaktə et]

Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil, lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü — şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı Kitabı"na yazılmışdır.[2] Bəsitçay dövlət təbiət qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir. Qoruqda həmçinin qoz, dağdağan, tut, söyüd, qovaq, yemişan, itburnu, murdarça, qaratikan və s. ağac və kollar inikişaf edirdi. Bəsitçayın əsas təbiət kompleksi sayılan 200 illik tarixə malik çinar ağacları qəddarcasına kökündən çıxarılaraq məişətdə istifadə edilir.[3] Burada əsasən bir meşə tipi-müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600–800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb.[4]

  1. "Резолюция Совета Безопасности ООН 884". 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-28.
  2. "Bəsitçay Dövlət Təbiət Qoruğu Ekologiya və Təbii Sərvətlər Nazirliyi". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.
  3. "İşğal altında olan torpaqlarımızda ekoloji böhran". 2003-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-29.
  4. İbrahimov Tahir . Azərbaycanın qoruqları. Bakı 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]