Ermənistanın inzibati bölgüsü

7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir.[1] Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir.[2][3] Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür.[4][5] Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir. İrəvan şəhərinin meri şəhərin ağsaqqallar şurası tərəfindən seçilir. Ağsaqqallar şurasının üzvləri isə proporsional qaydada vətəndaşlar tərəfindən 4 il müddətinə seçilirlər. Ermənistan Respublikası Milli Statistika Xidmətinin 1 yanvar, 2011-ci ilə olan rəsmi məlumatına əsasən bu ölkədə qeyd edilən tarixə 915 bələdiyyə, inzibati cəhətdən bu bələdiyyələrə daxil olan 49 şəhər (İrəvan şəhəri daxil) və şəhər tipli qəsəbə, həmçinin 866 kənd mövcuddur.[6]

Ermənistanın inzibati-ərazi bölgüsü

Epiqraf
Mərzlər Mərz mərkəzləri
1 Araqacotn mərzi Aştarak
2 Ararat mərzi Artaşat
3 Armavir mərzi Armavir
4 Geğarkunik mərzi Qavar
5 Kotayk mərzi Hrazdan
6 Loru mərzi Vanadzor
7 Şirak mərzi Gyumri
8 Sünik mərzi Kapan
9 Tavuş mərzi İcevan
10 Vayoc dzor mərzi Yeğeqnadzor
11 İrəvan İrəvan

9 sentyabr 1930-cu il tarixinə Ermənistan SSR 26 rayona və iki müstəqil inzibati vahidə (İrəvan və Leninakan şəhərləri) bölünürdü:

  1. Allahverdi rayonu
  2. Ağbaba rayonu
  3. Abaran rayonu
  4. Artaşat rayonu
  5. Ərtik rayonu
  6. Axtı rayonu
  7. Əştərək rayonu
  8. Basarkeçər rayonu
  9. Vedi rayonu
  10. Gorus rayonu
  11. Dilican rayonu
  12. İcevan rayonu
  13. Qafan rayonu
  14. Kirovakan rayonu
  15. Kotayk rayonu
  16. Martuni rayonu
  17. Meğri rayonu
  18. Nor Bəyazid rayonu
  19. Oktemberyan rayonu
  20. Sisian rayonu
  21. Stepanavan rayonu
  22. Talin rayonu
  23. Şəmşəddin rayonu
  24. Vağarşapat rayonu
  25. Dərələyəz rayonu
  • СССР. Административно-территориальное деление союзных республик на 1 мая 1940 года / Информ.-стат. отд. при Секретариате Президиума Верх. Совета СССР. - М. : Изд-во Ведомостей Верховного Совета РСФСР, 1940, стр. 248-249
  • СССР. Административно-территориальное деление союзных республик на 1 января 1951 года / Информ.-стат. отд. при Секретариате Президиума Верх. Совета СССР. - 7-е изд. - М. : Известия Советов депутатов трудящихся СССР, 1951. - XII, стр. 340-341
  1. Национальное Собрания Республики Армения: Закон Республики Армения «Об административно-территориальном делении Республики Армения». Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062-1.-ЗР-18 Arxivləşdirilib 2015-07-15 at the Wayback Machine
  2. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2006, s. 349
  3. mərz sözünün mənası Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine - Azərbaycanın dilinin izahlı lüğəti
  4. Հայաստանի Հանրապետության Սահմանադրություն (Ընդունվել է 1995թ. հուլիսի 5-ի ՀՀ հանրաքվեով.Սահմանադրության փոփոխությունները կատարվել են 2005թ. նոյեմբերի 27-ի ՀՀ հանրաքվեով.). Գլուխ 1. Սահմանադրական կարգի հիմունքները, Հոդված 12 Arxivləşdirilib 2014-04-20 at the Wayback Machine - Հայաստանի Հանրապետության Նախագահ
  5. Действующая Конституция Республики Армения Arxivləşdirilib 2015-09-09 at the Wayback Machine (принятая 27 ноября 2005 года в результате всенародного референдума) на официальном сайте Правительство Республики Армения Arxivləşdirilib 2014-04-27 at the Wayback Machine
  6. Հայաստանի Հանրապետության Ազգային վիճակագրության ծառայություն (ing. Armenian Statistical Service of Republic of Armenia): Հայաստանը թվերով, 2011 (ing. Armenia in figures, 2011): Հայաստանի Հանրապետության ընդհանուր բնութագիրը (ing. General characteristik of the Republic of Armenia) Arxivləşdirilib 2016-02-16 at the Wayback Machine