Məhsəti Gəncəvinin heykəli — heykəltəraşı Münəvvər Rzayeva olan və 1983-cü ildə Gəncə şəhərində qoyulmuş heykəl. Hündürlüyü 5 metr olan heykəlin memarı isə L.Rüstəmovdur.[1] Münəvvər Rzayevanın dediyinə görə Məhsəti Gəncəvi obrazını yaratmaq üçün o ömrünün 20 ilini sərf edib.[2] Şairənin dolğun obrazını yaratmaq üçün saysız-hesabsız variantlar işləmişdir. [3] Heykəl hazırda Gəncədə Xan bağında yerləşir.
Məhsəti Gəncəvinin heykəli | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Gəncə |
Heykəltaraşlar | Münəvvər Rzayeva |
Memar | L.Rüstəmov |
Tikilib | 1983 |