Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mehmed Fuad Köprülü (5 dekabr 1890[1] və ya 4 dekabr 1890[2], Konstantinopol[2] – 28 iyun 1966[3][1][…], İstanbul) — Türk siyasətçisi, tarixçisi, ədəbiyyatşünası, professoru
Mehmed Fuad Köprülü | |
---|---|
türk. Mehmet Fuat Köprülü | |
Türkiyə Cümhuriyyətinin xarici işlər naziri | |
22 may 1950 – 15 aprel 1955 | |
Əvvəlki | Nəcməttin Satak |
Sonrakı | Adnan Menderes (vəkil) |
9 dekabr 1955 – 20 iyun 1956 | |
Əvvəlki | Adnan Menderes (vəkil) |
Sonrakı | Fatin Rüştü Zorlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 dekabr 1890[1] və ya 4 dekabr 1890[2] |
Doğum yeri | |
Vəfat tarixi | 28 iyun 1966[3][1][…] (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi, tarixçi, akademik[d], universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmed Fuad Köprülü (1890–1966) Azərbaycan ədəbiyyatının tədqiqinə 1918-ci ildən başlamışdı. O, 1925-ci ildə Bakıda keçirilən Türkoloji Qurultayda iştirak edib. İstanbul Universitetinin professoru olaraq hələ 20-ci illərin əvvəllərindən dünya şöhrətli Türkoloq kimi tanınan Köprülü ədəbiyyata sosioloji metod prizmasından baxır, ümumTürk ədəbiyyatını Osmanlı, Azərbaycan və Orta Asiya bölgələri üzrə öyrənməyi təklif edirdi. O, dil faktorunu əsas götürür, Azərbaycan ədəbiyyatını Həsənoğludan başlamağı təklif edir, farsca yazan şairləri bu ədəbiyyata "qəbul etmirdi". Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılmasında Əhməd Zəki Vəlidi Toğan, Mühiddin Birgen, Əhməd Cəfəroğlu, Səlim Rəfiq Rəfioğlu, Əbdülbaqi Gölpınarlı, Məhərrəm Ergin, Hüseyn Baykara, Əbdülvahab Yurdsevər kimi onun da töhfələri vardır. Özəlliklə də Əhməd Cəfəroğlunun "Azərbaycan Yurd Bilgisi" dərgisi səhifələrində sistemli təqdimatlar yer aldığı ayrıca qeyd edildi. Yavuz Akpınara görə, bu dərgidə çox ciddi məqalələr tapmaq olar. Yavuz Akpinar qeyd etdi ki, bu gün Türkiyənin özündə bir ayrıca "Azərbaycan ədəbiyyatı" var. Bu, heç də siyasi mühacirlərin yaratdığı ədəbiyyatla məhdudlaşmır. Qars ətrafı bölgələrdə "ikinci" bir Azərbaycan ədəbiyyatı, ağız ədəbiyyatı mövcuddur. Onların arasında "Qarapapaq Mehrəli bəy" dastanı çox məşhurdur. Bundan başqa, Amasiya yörəsində "şirvanlılar" və "qarabağlılar" deyə tanınan toplumun ağız ədəbiyyatı, yazılı ədəbiyyatı var. Yavuz Akpinarın məlumatına görə, hazırda Türkiyə ali məktəblərində, elm çevrələrində Azərbaycan ədəbiyyatına dair bir sıra araşdırmalar aparılır. Nəsimi, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Şəhriyar haqqında çalışmalar yürüdülür. Yavuz Akpinar dedi: "Bu gün Azərbaycan ədəbiyyatını Azərbaycana sıxışdırıb öyrənmək doğru olmaz. Burada bir lüzumsuz qısqanclıq var. Halbuki Azərbaycan — Türkiyə, Azərbaycan — Krım, Azərbaycan — Orta Asiya, Azərbaycan — Tatarıstan bağları çox güclüdür və bunlar nəzərə alınmalıdır". Yavuz bəyin fəaliyyətinə rektor Hamlet İsaxanlı, Pənah Xəlilov, Camal Mustafayev, Süleyman Əliyarlı, Kamil Vəli Nərimanoğlu, Firidun Cəlilov çox yüksək qiymət verərək, görülən və görüləcək işləri təqdir etdilər. "Türkiyədə böyük alimlər çoxdur, amma Yavuz Akpinarın yeri ayrıdır. Yavuz bəy 70-ci illərdən ədəbiyyatlarımız arasında körpü oldu, Mehmet Fuad Köprülüdən sonra bu sahədə ikinci isim Yavuz Akpinardır. Kim Türkiyədə Azərbaycan ədəbiyyatı barədə bir kəlmə yazırsa, Yavuz bəylə məsləhətləşir. O öz fəaliyyəti ilə bir akademiyanın işini görmüşdür" — bu sözləri onun barəsində professor Kamil Vəli Nərimanoğlu söylədi.