Əliyev Məmməd Arif oğlu (18 sentyabr 1962, Bakı) — fəlsəfə elmləri doktoru, professor, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru (2020-2024).[1][2] Məmməd Əliyev Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru,[3] 2017-ci ildən Azərbaycan Dillər Universitetində "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri kimi çalışıb.[4] Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur.[5]
Məmməd Əliyev | |
---|---|
Məmməd Arif oğlu Əliyev | |
Doğum tarixi | 18 sentyabr 1962 (62 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Dillər Universiteti |
Alma-mater | Bakı Dövlət Universiteti |
Təhsili | |
Tanınır | din və din tarixinin tədqiqatçısı kimi |
Məmməd Əliyev 1962-ci il sentyabr ayının 18-də Bakı şəhərində ziyali ailəsinda anadan olub. 1969 – 1979-cu illərdə Bakı şəhərinin Nəsimi rayonundakı 16 nomrəli məktəbdə oxuyub və əla qiymətlərlə bitirib. 1980–1985-ci illərdə S. M. Kirov adina Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb.
1985-ci ildən Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) müxtəlif vəzifələrdə — Fəlsəfə kafedrasında laborant, baş laborant, müəllim, dosent, elmi katib, kafedra müdiri, elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. 2005-ci ildən 2012-ci illərədək Bakı Slavyan Universitetində Elmi işlər üzrə prorektor vəzifəsində çalışıb.[6] 2015-ci ildən Bakı Slavyan Universitetin Beynəlxalq münasibətlər kafedrasinin müdiri və həmin kafedranın professoru olub.[3]
2017-ci ildə professor Məmməd Əliyev Azərbaycan Dillər Universitetində "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur. Azərbaycan Dillər Universitetinin rektoru akademik K. M. Abdullayevin təşəbbüsü ilə 2017-ci ildə yaradılmış "Rusiyaşünaslıq" elmi — tədqiqat laboratoriyası ölkəmizdə Rusiyanın sosial-tarixi, mədəni-tarixi və ictimai-siyasi faktoru kimi araşdırmalar aparan yeganə mərkəzdir.[7] Elmi — tədqiqat laboratoriyası Moskva Dövlət Linqvistik Universiteti, Rusiyanın Birinci Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı və Minsk Dövlət Linqvistik Universiteti ilə əməkdaşlıq edir.[8]
20 noyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin № 18/6 qərarı ilə Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinə təyin edilib.[2]. O, 2024-cü il aprel ayının 1-ə qədər bu vəzifədə çalışıb.
Ailəlidir, iki övladı var.
M. Əliyev dinlərarası dialoq, nitq etiketi və sosial-etik problemlər ilə məşğul olur. O, 15 yanvar 1992-ci ildə Azərbaycan Dövlət Universitetində "Mənəvi dəyərlərin dini anlayışı" mövzusunda dissertasiya işini müdafiə edib. 3 aprel 1992-ci ildə fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Elmi rəhbəri f.e.d., professor Yusif İman oğlu Rüstəmov olub. 21 iyun 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Məmməd Arif oğlu Əliyevə Fəlsəfə kafedrasının dosenti elmi adı verilmişdir.[6]
Fəlsəfə elmlər doktoru alimlik dərəcəsini almaq üçün "İslam və xristianlığın qarşılıqlı mənəvi – tarixi təsiri" mövzusunda dissertasiya işi yazmış və 2008-ci ildə müasir dünyada dinlərarası dialoqa həsr olunmuş doktorluq dissertasiyasını müdafiə etmişdir. 2 sentyabr 2009-cu il Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona elmlər doktoru elmi dərəcəsi verilmişdir.[6]
5 fevral 2016-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan tarixi və ictimai elmlər kafedrası üzrə professor elmi adı verilmişdir.[9]
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 13-cü sayından jurnalın "Fəlsəfə, Sosiologiya və Psixologiya elmləri" üzrə redaksiya heyətinin üzvüdür.[10]
Məmməd Əliyev 1985-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının pofessoru olub, həmin universitetin Beynəlxalq Münasibətlər və Reqionşünaslıq, Tərcümə fakültələrində "Məntiq", "Din tarixi", "Fəlsəfə" fənlərini tədris edib.[3][11] Hal-hazırda Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur.[5]
M. Əliyev Azərbaycan Dillər Universitetinin, Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfransın təşkilat komitəsinin üzvü, bölmə iclaslarına rəhbərlik və məruzələrlə çıxış edib.[12] Həmçinin Moskvada,[13] Yekaterinburqda,[14] Samarada,[15] Minskdə[16] və digər şəhərlərdə konfransın bölmə iclaslarına rəhbərlik edib.
Yüzdən artıq məqalə, tezis, fənn proqramlarının, metodik vəsaitin, monoqrafiyaların müəllifidir. Onun yazıları Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Qırğızıstanda, eləcə də Azərbaycanda müxtəlif elmi jurnalarda dərc olunub. M. Əliyev "Религиозное понимание нравственных ценностей", "Духовно-историческое взаимодействие ислама и христианства", "Мировые религии", "Национально-государственные религии", "Первобытные религии", "Логика", "История религий", "Философская мысль в Польше", "Философия и социально – политическая мысль Чехии", "Восток и запад в религиоведческом аспекте", "Ислам и русская религиозно – философская мысль", "Актуальность преподавания религиоведения на современном этапе", "Актуальность духовно – исторического взаимодействия ислама и христианства" və s. elmi işlərin müəllifidir.
"Elm və cəmiyyət" elmi əsərlərin toplusunun baş redaktoru, Bakı Slavyan Universitetinin "Ученые записки" jurnalının baş redaktorunun müavini, Təhsil Nazirliyinin və Bakı Slavyan Universitetinin müəllifi olduğu "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" elmi məqalələrin ali məktəblərarası toplusunun redaksiya heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü və işlədiyi Universitetlərdə Elmi Şuranın üzvü kimi fəaliyyət göstərib.
Buraxılış işlərinə, magistr və doktorluq dissertasiyalarına rəhbərlik edir, elmi konfranslarda iştirak edən tələbələrin hazırlanmasına xüsusi diqqət yetirib. Məmməd Əliyev bir neçə dissertasiya işinə rəhbərlik edib və hazirda 5 doktorantın elmi rəhbəridir. O, həmçinin opponent qismində çıxış edir. Məmməd Əliyev hər il keçirilən doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının bölmə iclaslarında həmsədr kimi çıxış edir. Ölkəmizdə və xaricdə keçirilən beynəlxalq səviyyəli elmi və elmi – metodiki konfranslarda, seminar, treninqlərdə Azərbaycanı təmsil edir.[17][18][19]
50-dən artıq elmi və metodik əsərin müəllifidir. O cümlədən: