Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məmmədağa Sərdarov — Siyasi elmlər üzrə fəlsəfə doktoru, İctimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist.
Məmmədağa Sərdarov | |
---|---|
Doğum tarixi | 1 yanvar 1941 (83 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | alim |
Məmmədağa Əhmədkərim oğlu Sərdarov 1941-ci il yanvarın 1-də Azərbaycan Respublikası Qusar rayonunun Gədəzeyxur kəndində anadan olub. 1957-ci ildə Qusar şəhər 1 saylı Azərbaycan orta məktəbini,1963-cü ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və Ədəbiyyatı fakültəsini əyani bitirib.[1] Əmək fəaliyyətinə hələ tələbə ikən fəhləliklə başlayıb. 1962-ci ildən 1966-cı ilə qədər İsmayıllı və Bakı şəhərinin Qaradağ rayonu məktəblərində müəllim işləmiş, 1966-cı ildə komsomol işinə irəli çəkilmiş, Qaradağ rayon Komsomol Komitəsində şöbə müdiri, rayon partiya komitəsində təlimatçı və rayon komsomol komitəsinin birinci katibi işləyəndən sonra 1971-ci ildə Komsomolun Mərkəzi Komitəsində informasiya bölməsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Üç il burada çalışandan sonra ona Respublika Xalq Nəzarəti Komitəsində işləməyi tövsiyə edilir və orada 17 il əvvəl inspektor, sonra baş inspektor vəzifələrində çalışıb. Bu orqan ləğv edildiyindən o, Əhalinin Əmək və Sosial müdafiəsi Nazirliyində baş mütəxəssis, 1993-cü ildən isə Nazirlər Kabinetində yeni yaradılan Qaçqınlar və məcburi köçkünlərin məsələləri üzrə şöbəsində böyük referent işləyib. Həmin illərdə işlədiyi təşkilatların mükafatları ilə yanaşı "Rəşadətli əməyə görə" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Üç övladı, 6 nəvəsi var
Həyat yoldaşı — Pakizə Əliş qızı Sərdarova 1945-ci ildə anadan olmuş, 2004-cü ildə vəfat etmişdir.
Elmi fəaliyyətə 1999-cu ildən başlamışdır. 2006-cı ildə "Müasir dövrdə Azərbaycanda miqrasiya prosesləri: siyasi aspekt" mövzusunda dissertasiya müdafiə etmiş və siyasi elmlər namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda aparıcı elmi işçi, siyasi elmlər üzrə fəlsəfə doktoru. Dörd monoqrafiyanın, 70-dən çox elmi məqalənin müəllifidir.
Tələbəlik illərindən ədəbi yaradıcılığa maraq göstərmiş, ilk şeiri 1961-ci ildə Bakı şəhərindəki 44 №-li məktəbin divar qəzetində dərc edilib. 1966-cı ildən mətbuatda çıxış edir. İlk məqaləsi 1966-cı ildə "Molodyoj Azerbaydjana" qəzetində çap edilmişdir. İndiyə qədər 170-ə yaxın məqalə, oçerk və felyetonu dərc olunub. Altı bədii-publisist kitabın müəllifidir.[2]