𐕌 (səslənməsi /m/, transkripsiyası M, m) — Alban əlifbasının 29-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Մա́կ (Mák) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adını təyin etmək üçün ermənicə sözdəki diakritik işarələrə fikir vermək lazımdır. Bu işarə udlaqlaşmış tələffüzü göstərə bilər (*mˤaḳ), lakin sözün son samitinin dilardı artikulyasiyası da nəzərə alınmaqla "Maq̇" versiyasını da irəli sürmək olar.[1] Erməni tədqiqatçı Aşot Abramyan qrafemin gürcü əlifbasındakı Ⴋ hərfinin baş-aşağı forması hesab edirdi.[2]
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /m/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 2000 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+1054C | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐕌𐕒𐕡𐕐 | muš | külək | muş |
𐕝𐕒𐕡𐕌 | śum | çörək | šum |
𐔲𐔰𐕙𐔰𐔵𐕌𐔰𐕎 | garazman | qəbir | gərəmzə |