Marvel Kinematoqrafiya Kainatı: Birinci faza

Marvel Kinematoqrafiya Kainatının Birinci fazasıMarvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası.

Birinci faza
Fazanın və kainatın ilk filmi Dəmir adam
Fazanın və kainatın ilk filmi Dəmir adam
Rejissorlar
Prodüserlər
Ssenari müəllifləri
Baş rollarda
İstehsalçı Marvel Studios
Distribütorlar
İlk baxış tarixi 2008
Büdcə

Ümumi (6 film):

$1 milyard
Gəlir

Ümumi (6 film):

$3,813 milyard
Ölkələr ABŞ ABŞ
Dil ingilis dili
İl 2008–2012
Sonrakı film Marvel Kinematoqrafiya Kainatı: İkinci faza
Birinci faza[1]
Sıra Azərbaycanca adı Orijinal adı Rejissor Ssenarist(lər) Prodüser(lər) İlk baxış
1 Dəmir Adam Iron Man Con Favreau Mett Hollouey, Art Markum, Mark Ferqus və Hauk Ostbi Evi Ared ve Kevin Fayqi ABŞ ABŞ

2 may 2008

2 İnanılmaz Halk The Incredible Hulk Luis Leterrier Zek Penn, Edüard Norton və Luis Leterrier Evi Arad, Qale Anne Hard və Kevin Fayqi ABŞ ABŞ

13 iyun 2008

3 Dəmir adam 2 Iron Man 2 Con Favreau Castin Terouks Kevin Fayqi ABŞ ABŞ

7 may 2010

4 Tor Thor Kennet Branaq Mark Protoseviç, Aşley Miller və Zek Stentz ABŞ ABŞ

6 may 2011

5 Kapitan Amerika: Birinci qisasçı Captain America: The First Avenger Coe Conston Kristofer Markus və Stefen Makfili ABŞ ABŞ

22 may 2011

6 Qisasçılar The Avengers Coss Uhedon Zek Penn və Coss Uhedon ABŞ ABŞ

4 may 2012

Dəmir adam (2008)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Dəmir adam (film, 2008)
Dəmir adamİnanılmaz Halk filmlərinin prodüseri Evi Arad

Silah istehsal edən Stark lndustries-i atası Houard Starkdan miras alan Antoni "Toni" Stark "Ceriko" adlı yeni raketini nümayiş etdirmək üçün dostu və hərbi əlaqə zabiti Polkovnik-leytenant Ceyms Rouds ilə birlikdə müharibənin davam etdiyi Əfqanıstana gəlir. Raketin Amerika Birləşmiş Ştatları Ordusunun komandirlərinə göstərilməsindən sonra, Starkın da içində olduğu konvoy pusquya düşürülür və Stark hücum edənlər tərəfindən istifadə edilən, öz şirkətinə aid raketlə ciddi formada yaralanır. "Ten Rings" (On Üzük") adlı terrorist qrupu tərəfindən tutulub mağarada həbs edilir. Onunla birlikdə həbs olunmuş Doktor Yinsen Starkı yaralayan qəlpə parçalarının ürəyinə çatmağının və onu öldürməyinin qarşısını almaq üçün Starkın sinəsinə elektromaqnit yerləşdirir. "Ten Rings"-in lideri Raza terroristlər üçün Ceriko raketi inşa etməsinin qarşılığında Starka azadlıq təklif edir, amma o və Yinsen elektromaqnitini güclə təmin etmək üçün qövs reaktoru adı verilən kiçik və güclü elektrik generatoru hazırlayıb qaçmaq üçün prototip zireh inşa edirlər. Əsirlikdən xilas olan Stark satılan silahların ardınca getmək üçün zirehini daha çox təkmilləşdirməyə və istifadə etməyə qərar verir.[2]

2006-cı ilin aprel ayında Marvel Dəmir adam-a prodüserlik etmək üçün Con Favreauyu işə gətirdi.[3] Ardınca Art Maktum-Mett Hollouey ilə Mark Ferqus-Hauk Ostbiyə ayrı olaraq iki ssenari yazıdırıldı və Favreau hər iki layihəni bir ssenaridə birləşdirdi. Sonda hazır olan ssenariyə Con Avqust tərəfindən də bir neçə əlavə və düzəltmə edildi. Robert Dauni Marvel daxilindəki dissident fikirlərə baxmayaraq 2006-cı ilin sentyabr ayında baş rolda yer aldı. Əsas çəkilişlər 12 mart 2007-ci ildə başladı. Starkın Əfqanıstandakı əsirliyində keçirilən ilk bir neçə həftə Kaliforniyanın İnyo qraflığında çəkildi. Həmçinin Edüards Hava BazasıNevada ştatının Las-Veqas şəhərində yerləşən Caesars Palace adlı otel çəkilişlər üçün istifadə edildi. Dəmir adam-ın premyerası 14 aprel 2008-ci ildə Sidneydəki Qreater Union salonunda keçirildi.[4] 30 apreldə beynəlxalq formada, 2 mayda ABŞ-də ilk baxışı baş tutdu.

Film Qisasçıları qurmaq hədəfi ilə Starka yaxınlaşan Niki Furi rolundakı Samuel Ceksonun yer aldığı "post-credits" səhnəsi ilə sona çatmışdır. Favreau səhnənin Qisasçılar üçün hazırlıq mərhələsi olduğunu açıqlamışdır.[5]

İnanılmaz Halk (2008)

[redaktə | mənbəni redaktə et]

General Taddeus "Tunderbolt" Ross insanları qamma şüalanmasına qarşı immunizasiya etməyi məqsəd qoyduğunu deyərək sınaq üçün qızı Bettinin iş yoldaşı və sevgilisi dr. Robert Brüs Benner ilə görüşür. Rossun yenidən yaratmağı düşündüyü II Dünya müharibəsi dövrü "super əsgər" proqramının bir hissəsi olan sınaq uğursuz olur, amma qamma şüalanmasına məruz qalan Bennerin ürək döyüntü surəti 200-ü keçir və qısa müddətli Halka çevrilir. Halk laborotoriyanı və ətrafını məhv edir. İçəridəki bir neçə adamı öldürür və generalla Bettini bayırdakı digər insanlarla birlikdə yaralayır. Benner ABŞ ordusundan və xüsusilə Halkı silahlandırmaq istəyən Rossdan qaçmağa çalışır.[6]

2006-cı ilin yanvar ayında rejissor Anq Lii 2003-cü il istehsalı Halkın davam filmi üçün lazım olan son təslimat tarixini qarşılaya bilmədi. Buna görə Marvel personajın film haqlarını Universal Pictures-dən geri aldı. Ardınca yeni davam filmi ilə irəliləmək əvəzinə İnanılmaz Halkı yenidən başlatmaq üçün rejissor Luis Leterrierə təklif göndərdi. Leterrier ilk başda iş yoldaşı Liiyə olan hörmətinə görə təklifi rədd etdi, amma daha sonra yenidən dəyərləndirib müqaviləni imzaladı. Ssenari 2003-cü il filmi üçün də qaralama hazırlayan Zek Penn tərəfindən yazıldı. 2007-ci ilin aprel ayında Edvard Nortonun Benneri canlandıracağı açıqlandı. Çəkilişlər 9 iyul 2007-ci ildə başladı və əsasən Torontoda davam etdi. Nyu-YorkRio-de-Janeyroda da əlavə çəkilişlər aparıldı. Qala gecəsi 8 iyun 2008-ci ildə Qibson amfiteatrında keçirildi və film 13 iyunda ilk baxışa çıxarıldı.[7] 112 dəqiqəlik müddətlə kinematoqrafiya kainatında hazırlanmış ən qısa film oldu.[8]

Film Dəmir adamda gerçəkləşən hadisələrdən altı ay sonra baş verən Dəmir adam 2Tor ilə eyni müddətdə irəliləyirdi. Robert Dauni filmin sonunda göstərilən "post-credits" səhnəsində Toni Stark rolunu qısa müddətinə təkrar oynamışdır. Robert Dauni bu səhnə üçün "Superqəhrəmanlarımız haqqında fikir alqı-satqısı edirdik Bu əsasən mənim ona (Uilliam Hartın rolu general Rossa) yaxınlaşdığım səhnə oldu. Biz birlikdə bir növ şərikliyə girməyi düşünə bilərik. Bu, gözəl bir şeydir, elə deyilmi? Çox şey demək istəmirəm, amma onu tapanda bərbad vəziyyətdə idi." açıqlamasını vermişdir.[9]

Dəmir adam 2 (2010)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Dəmir adam 2 (film, 2010)
Dəmir adamDəmir adam 2 filmlərinin rejissoru Con Favreau. Samuel Ceksonu Dəmir adamın "post-credits" səhnəsinə gətirərək ortaq kainatın yaranmasına kömək oldu.

Toni Stark Dəmir adam olduğunu deyəndən sonra ABŞ hökuməti Starkdan sahib olduğu texnologiyanı hökumətə verməyini istəyir. Bu arada Rusiya mətbuatı da Starkın açıqlamasını gündənə gətirib. Alim İvan Vanko xəbəri görür və köhnə qan davasından intiqam almaq üçün Toninin hazırladığına oxşayan miniatür qövs reaktoru hazırlamağa qərar verir.[10]

2008-ci ilin may ayında Dəmir adamın yaymlanmasının ardınca Marvel Studios Dəmir adam 2 davam filmini istehsal etdiyini açıqladı. Favreau rejissor olaraq geri qayıtdı və Casti Terouks Favreau və Douninin orijinal ssenarisinə əsaslanan davam ssenarisi yazmaq üçün ssenaristlik işinə geri qayıtdı. 2008-ci ilin oktyabr ayında Dauni rolunu yenidən canladırmaq üçün geriyə qayıdaraq dörd filmlik müqavilə imzaladı. Don Çidl Cems Rouds rolu üçün Terrense Houardın əvəzinə aktyor heyətinə qatıldı. Samuel Cekson Dəmir adamın "post-credits" səhnəsində yer aldığına görə Nik Furi rolunu yenidən canlandırmaq üçün doqquz filmlik müqavilə imzaladı. Skarlet Yohansson Qara dul rolunu ilk dəfə bu filmdə oynadı. Əsas çəkilişlər 6 aprel 2009-cu ildə Pasadenada yerləşən Pasadena Mason məbədində başladı. Çəkilişlərin çox hissəsi Manhetten sahilində yerləşən Reliq studiolarında aparıldı. Dəmir adam 2 filminin premyerası 26 aprel 2010-cu ildə Los-Ancelesdə El Capitan Theatre-də baş tutdu. Film 7 mayda ABŞ-də ilk baxışa çıxarıldı.

Film Dəmir adamda gerçəkləşən hadisələrdən altı ay sonra başlayıb İnanılmaz HalkTorla eyni müddətdə irəliləyir.[11] Prodüserlər filmdəki səhnəyə Kapitan Amerikanın qalxanını əlavə edərək digər Marvel filmlərinə istinad etməyə davam etdilər.[12] "Post-credits" səhnədə Torla əlaqəli olan, Nyu-Meksiko ştatındakı kraterdə kəşf edilmiş Mjölnirin (Torun çəkici) qısa görüntüsü yer alır.[13]

border=none Əsas məqalə: Tor (film, 2011)

Odin oğlu Torun savaş anında etdiyi arsız səhvə görə ilahi güclərini əlindən alır və Dünyaya sürgün edir. Bu anda ögey qardaşı Loki Asqard taxtını ələ keçirməyi planlayarkən, Tor da ilahi gücə layiq olduğunu sübut etmək və çəkici Mjölniri geri almaq üçün planlar hazırlayır.[14]

Mark Protoseviç personajın film haqlarının Sony Pictures-dən geri alınmasının ardınca 2006-cı ilin aprel ayında ssenari hazırlamaq üçün işə qayıdır. Marvel 2007-ci ilin avqust ayında filmə rejissorluq etməyi üçün Mettyu Vauqnla razılaşır, amma 2008-ci ilin may ayında Mettyu Vauqn layihədən ayrılır. 2008-ci ilin sentyabr ayında Kennet Brana Vauqnun əvəzinə keçmək üçün görüşlərə başlayır. 2009-cu ilin may ayında Kris Hemsvort baş rolu canlandırmaq üçün müqavilə imzalayır. Tom Hiddlston da Torun qardaşı Lokini canlandırmaq üçün hazrılıqlara başlayır. Hər iki aktyor uzun müddətli müqavilələr imzalayırlar. Tor filminin dünya premyerası 17 aprel 2011-ci ildə Sidneydə yerləşən Event Cinemas Theatre-də, ABŞ premyerası isə 2 mayda Los-Ancelesdə yerləşən El Capitan Theatre-də baş tutdu. Film 6 may 2011-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı.

Film İnanılmaz HalkDəmir adam 2 filmlərində gerçəkləşən hadisələrlə eyni anda irəliləyir. Dəmir adamDəmir adam 2-də S.H.I.E.L.D. işçisi olaraq görünən Klark Qreq agent Fil Koulson rolunu Torda təkrar oynamışdır. O rolu haqqında "Agent Koulson cizgi hekayələrində elə də yer almayan adamlardan biri idi və Dəmir adamda çox kiçik rolu var idi. Mən çox şanslıyam ki, bu personajı genişləndirmək və kinematoqrafiya kainatına daha çox daxil etmək üçün məni seçdilər." açıqlamasını etmişdir. Qisasçılarda Şahingöz olaraq yer almaq üçün müqavilə imzalayan Ceremi Renner bu filmdə cameo rolda oynayaraq kiematoqrafiya kaninatında ilk dəfə yer almışdır.[15] Film Erik Selviq və Niki Furinin Tesserakt haqqındakı mübahisəsini izləyən Lokinin yer aldığı "post-credits" səhnəsi ilə başa çatır.[16] Bu səhnədə 6 Sonsuzluq daşından birincisi olan Kosmos daşı kinematoqrafiya kainatında ilk dəfə görünmüşdür. Səhnə Qisasçıların rejissoru Coss Uedon tərəfindən hazırlanmışdır. Selviqi canlandıran Stellan Skarsqard Torun ssenarisini ilk dəfə oxuyanda bu səhnəyə daxil olmadığını və Qisasçılarda oynamağı qəbul etdikdən sonra əlavə səhifələr göndərildiyini açıqlamışdır.

Kapitan Amerika: Birinci qisasçı (2011)

[redaktə | mənbəni redaktə et]

Steven Qrant "Stiv" Rocers 1943-cü ildə Nyu-York şəhərində müxtəlif sağlamlıq problemləri və fiziki qüsurlarla anadan olmuşdur. Bu səbəblə II Dünya müharibəsi üçün əsgər seçkilərində qəbul edilmir. Ən yaxın dostu Buki Barners ilə gələcəyin texnologiyaları sərgisinə qatıldıqları vaxtda əsgər olmaq üçün təkrar şansını yoxlamağı qərar alır. Müharibəyə qoşulmaq istəyini eşidən Dr. Avraham Erskine Rocersin əsgər olmağına icazə verir. Ardınca Erskine polkovnik Çester Filips və ingilis agenti Peqqi Karterin başçısı olduğu "super əsgər" layihəsinin hissəsi olaraq Strateji Elmi Qoruğa gətirilir. İlk əvvəl polkovnik Filips Erskinenin Rocersin layihə üçün düzgün əsgər olmağı fikrini inkar edir, amma Rocersin digər əsgərləri xilas etmək üçün sınaq məqsədilə atılan saxta əl qumbarasının üstünə tullandığını gördükdən sonra razı olur. Layihə uğurla həyata keçir və Rocers fiziki cəhətdən super əsgərə çevrilərək "Hidra" olaraq tanınan nasist elm şöbəsinin müdirü Red Skull ilə savaşır.[17]

Marvel 2006-cı ilin aprel ayında Kapitan Amerikanın ssenarisini yazmaq üçün ilk olaraq Devid Selfi seçdi. Coe Yohnston 2008-ci ilin noyabr ayında rejissorluq üçün müqavilə imzaladı. Rejissor məlum olduqdan sonra yeni ssenari yazmaq üçün Kristofer MarkusStefen Makfili işə gətirildi. 2010-cu ilin mart ayında Kris Evans Kapitan Amerika roluna, Huqo Ueavinq isə Red Skull roluna seçildi. Filmin premyerası 19 iyul 2011 tarixində Los-Ancelesdə yerləşən El Capitan Theatre-də baş tutdu. 22 iyulda ABŞ-də, 27 iyulda isə dünya üzrə ilk baxışa çıxarıldı.

"Post-credits" səhnə Niki Furinin Stiv Rocers ilə birlikdə qısa dialoqu və Qisasçıların qısa tanıtımından ibarətdir.[18]

Qisasçılar (2012)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qisasçılar (film, 2012)
Qisasçıların aktyor heyəti, rejissor Coss Uedon və prodüser Kevin Fayqi 2010 San Diego Comic-Conda

S. H. I. E. L. D.-in başçısı Nikolas Cosef "Nik" Furi Torun Dünyanı məğlub etməyi planlayan qardaşı Loki ilə savaşmaq üçün super qəhrəmanları: Dəmir adamı, Toru, Kapitan Amerikanı, Halkı, Qara dulu və Şahingözü bir yerə toplayır.[19]

İnanılmaz Halkın ssenaristi Zak Penn 2007-ci ilin iyun ayında Qisasçıların ssenarisini yazmaq üçün işə götürüldü. 2010-cu ilin aprel ayında Coss Uedon filmin rejissoru olmaq və Pennin ssenarisini yenidən düzəltmək üçün Marvel-lə müqavilə imzaladı. Edvard Nortonun Brüs Benner / Halk rolunu yenidən canlandırmayacağı açıqlandı. Bu rol üçün 2010-cu ilin iyul ayında Mark Ruffalo seçildi. Douni, Evans, Hemsvort, Yohansson, Renner, Hiddlston və Cekson Marvel Kineamtoqrafiya Kainatının əvvəlki filmlərində canlandırdıqları rolları yenidən canlandırdılar. Çəkilişlər 2011-ci ilin aprel ayında Albukerkedə başladı. Ardınca avqust ayında Klivlenddə və sentyabr ayında Nyu-York şəhərində davam etdi. Qala gecəsi 11 aprel 2012-ci ildə Los-Ancelesdə yerləşən El Capitan Theahte-də keçirildi. Film 4 mayda ABŞ-də ilk baxışa çıxarıldı.

Uedon qəhrəmanların solo filmlərindəki dəstəkləyici rollara Qisasçılarda yer verməyi düşünmürdü. "Bir komanda üçün ehtiyacınız olan izolyasiyanı yaratmaq istəyirsinizsə, personajları dəstək sistemlərindən ayırmalısınız." açıqlamasını vermişdir.[20] Amma sonra Dəmir adamDəmir adam 2-də Pepper Pottsu canlandıran Qvinet Peltrou Dauninin israrı ilə filmə daxil oldu. "The Infinity Saga" hekayəsinin başlıca düşməni olan Tanos Damion Poitier tərəfindən canlandırıldığı "post-credits" səhnəsində kinematoqrafiya kainatında ilk dəfə görünmüşdür.[21] Sonsuzluq daşlarının ikincisi olan Zehin daşı (Lokinin əsası) da ilk dəfə bu filmdə ortaya çıxmışdır.

Film musiqiləri

[redaktə | mənbəni redaktə et]
Başlıq Çıxış tarixi (ABŞ) Müddət Bəstəkar(lar) Şirkət
Iron Man: Original Motion Picture Soundtrack 6 may 2008 0:54:14 Ramin Cavadi Lionsgate Records
The Incredible Hulk: Original Motion Picture Score 13 iyun 2008 1:50:55 Kreyq Armstronq Marvel Music
Iron Man 2: Original Motion Picture Score 20 iyul 2010 1:12:01 Con Debney Columbia Records
Thor 3 may 2011 1:11:53 Patrik Doyl Buena Vista RecordsMarvel Music
Captain America: The First Avenger—Original Motion Picture Soundtrack 19 iyul 2011 1:11:53 Alan Silvestri
The Avengers (Original Motion Picture Soundtrack) 1 may 2012 1:04:25 Hollywood RecordsMarvel Music
Başlıq Çıxış tarixi (ABŞ) Müddət Şirkət
AC/DC: Iron Man 2 19 aprel 2010 (2010-04-19) 60:15 Columbia Records
Avengers Assemble (Music from and Inspired by the Motion Picture) 1 may 2012 (2012-05-01) 48:20 Hollywood RecordsMarvel Music
Başlıq Çıxış tarixi (ABŞ) Müddət Müğənni(lər) Şirkət
"Live to Rise" 17 aprel 2012 (2012-04-17) 4:40 Soundgarden Hollywood RecordsMarvel Music
Film İlk baxış (ABŞ) Gəlir Sıra Büdcə İst.
ABŞ və Kanada Digər ərazilər Dünya üzrə ABŞ və Kanada[22] Dünya üzrə[23]
Iron Man 2 may 2008 $319,034,126 $266,762,121 $585,796,247 77 176 $140 million [24]
The Incredible Hulk 13 iyun 2008 $134,806,913 $129,964,083 $264,770,996 465 593 $137.5–150 milyon [25][26]
Iron Man 2 7 may 2010 $312,433,331 $311,500,000 $623,933,331 82 158 $170–200 milyon [27][28]
Thor 6 may 2011 $181,030,624 $268,295,994 $449,326,618 262 268 $150 milyon [29]
Captain America: The First Avenger 22 iyul 2011 $176,654,505 $193,915,269 $370,569,774 279 367 $140 milyon [30]
The Avengers 4 may 2012 $623,357,910 $895,457,605 $1,518,815,515 9 9 $220 milyon [31]
Ümumi $1.746.887.409 $2.065.892.545 $3.812.779.954 $0.956 – 1 milyard
  1. "MCU Timeline Explained: Infinity Stones to Infinity War | Collider". web.archive.org. 6 iyl 2017. Archived from the original on 2017-07-06. İstifadə tarixi: 2022-07-15.
  2. "Iron Man (2008) | Cast, Release Date, Villains | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  3. McClintock, Pamela; McClintock, Pamela. "Marvel making deals for title wave". 28 apr 2006. 25 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  4. "Iron Man Aussie Premiere Pics - SuperHeroHype". web.archive.org. 31 may 2014. Archived from the original on 31 May 2014. İstifadə tarixi: 15 July 2022.
  5. "Jon Favreau talks Iron Man | EW.com". web.archive.org. 6 apr 2015. Archived from the original on 6 April 2015. İstifadə tarixi: 15 July 2022.
  6. "The Incredible Hulk (2008) | Cast, & Release Date | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  7. "World Premiere of "The Incredible Hulk"". web.archive.org. 22 dek 2015. Archived from the original on 2015-12-22. İstifadə tarixi: 2022-07-15.
  8. "It Would Take 50 Hours To Marathon Every MCU Movie". ScreenRant. 26 yan 2020. 2019-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  9. Carroll, Larry. "'Iron Man' Star Robert Downey Jr. Talks About 'Incredible Hulk' Cameo, Controversial 'Tropic Thunder' Pics". MTV News. 2014-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  10. "First IRON MAN 2 TV Spot airs on the Kids Choice Awards". Collider. 29 mar 2010. 11 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  11. published, Eric Eisenberg. "Why Marvel Movies Don't Overlap Like They Used To, According To Kevin Feige". CINEMABLEND. 27 apr 2017. 28 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  12. "'Iron Man 2′ Director Explains Appearance Of Captain America's Shield - MTV". web.archive.org. 10 may 2014. Archived from the original on 10 May 2014. İstifadə tarixi: 15 July 2022.
  13. "MCU Phase 1's Post-Credits Scenes Don't Make Sense (Except Iron Man 2)". web.archive.org. 25 fev 2019. Archived from the original on 2019-02-25. İstifadə tarixi: 2022-07-15.
  14. https://web.archive.org/web/20180518085146/https://www.marvel.com/movies/thor
  15. "Cinema Con: We've Seen Hawkeye In Thor And It's More Than A Walk On". web.archive.org. 26 apr 2017. Archived from the original on 26 April 2017. İstifadə tarixi: 15 July 2022.
  16. "Thor movie 2011 Marvel Cosmic Cube | EW.com". web.archive.org. 3 fev 2015. Archived from the original on 2015-02-03. İstifadə tarixi: 2022-07-15.
  17. "More Images from CAPTAIN AMERICA: THE FIRST AVENGER; First Look at Hugo Weaving and Stanley Tucci | Collider". web.archive.org. 21 fev 2014. Archived from the original on 2014-02-21. İstifadə tarixi: 2022-07-15.
  18. "Watch the Final Scene of Captain America - SuperHeroHype". web.archive.org. 26 yan 2014. Archived from the original on 2014-01-26. İstifadə tarixi: 2022-07-15.
  19. "The Avengers (2012) | Cast, Characters, Villains | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  20. "How Gwyneth Paltrow was recruited for 'The Avengers' - LA Times". web.archive.org. 26 apr 2019. Archived from the original on 26 April 2019. İstifadə tarixi: 15 July 2022.
  21. "Arxivlənmiş surət". 2012-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  22. "Top Lifetime Grosses: Domestic". Box Office Mojo. İstifadə tarixi: April 10, 2022.
  23. "Top Lifetime Grosses: Worldwide". Box Office Mojo. İstifadə tarixi: April 10, 2022.
  24. Şablon:Cite Box Office Mojo
  25. Şablon:Cite Box Office Mojo
  26. Şablon:Cite NUM
  27. Şablon:Cite Box Office Mojo
  28. Şablon:Cite NUM
  29. Şablon:Cite Box Office Mojo
  30. Şablon:Cite Box Office Mojo
  31. Şablon:Cite Box Office Mojo