Matilda — İngilis yazıçısı Roald Dahl tərəfindən yazılmış və Quventin Bleyk tərəfindən təsvir edilmiş uşaq romanıdır. 1988-ci ildə Conatan Keyp tərəfindən nəşr edilmişdir. Hekayədə laqeyd ana və atası olan vaxtından əvvəl yetişmiş uşaq olan Matilda Vormvud və onun zalım direktor Miss Trunçbul tərəfindən idarə olunan məktəbdə keçirdiyi vaxtlar göstərilir. Eyni zamanda 1996-cı ildə Denni De Vitonun rejisoru olduğu "Matilda" bədii filmi yayımlandı. 2003-cü ildə "Matilda" BBC-nin Britaniya ictimaiyyəti arasında bütün zamanların ən yaxşı 200 romanı arasında keçirdiyi sorğuda "The Big Read" jurnalında 74-cü yerdə qərarlaşıb.[1]2010–2011-ci illərdə romanın Denis Kelli və Tim Minçin tərəfindən yazılan "Matilda The Musical" adlı musiqili versiyası Royal Şekspir Şirkəti tərəfindən yaradılmışdır. 2012-ci ildə ABŞ-ın aylıq nəşri olan "School Library Journal" tərəfindən dərc edilən sorğuda "Matilda" bütün zamanların ən yaxşı uşaq romanları arasında 30-cu yerdə qərarlaşıb.[2] "Time" jurnalı "Matilda"nı bütün zamanların 100 ən yaxşı gənc-böyüklər kitabı siyahısına daxil etdi.[3]
Matilda | |
---|---|
ing. Matilda | |
Müəllif | Roald Dahl |
Janr | Uşaq ədəbiyyatı |
Orijinalın dili | ingilis |
Ölkə | Birləşmiş krallıq |
Orijinalın nəşr ili | 1988-ci il 1 oktyabr |
Matilda Vormvud Eilsberi-dən 8 mil məsafədə yerləşən kiçik Bakingemşir kəndində anadan olub. O, bir yaşında danışmağı və üç yaş yarımda oxumağı öyrənir, kitabxanadakı bütün uşaq kitablarını oxuyur və klassiklərə keçir. Bununla belə, valideynləri onda olan bu heyrətamiz dəyişiklikləri görmür, ona kobud davranırdılar. Matilda isə əsəbləşməmək üçün atasının papağını başına yapışdırmaq, onun saçını peroksidlə ağartmaq kimi zarafatlar etmək məcburiyyətində qalır. Beş yaşında Matilda məktəbə daxil olur və intellektual qabiliyyətlərinə heyran qalan müəllimi Cennifer Hani ilə dostlaşır. Miss Honey Matildanı daha yüksək sinifə köçürməyə çalışır, lakin zalım direktor Miss Trunçbul bunu rədd edir. Miss Hani Matildanın valideynləri ilə qızlarının zəkasından danışmağa çalışır, lakin ananın "ağıllılığın" kiçik qızda arzuolunmaz xüsusiyyət olduğunu iddia etməsi ilə onlar ona məhəl qoymurlar.
Brus Bagtrader adlı oğlan aşpaz tərəfindən Miss Trunçbul-un tortundan bir parça oğurlayarkən tutulur. Direktor onu məclisin qarşısında 18 düymlük (46 sm) enində tort yeməyə məcbur edir, sonra isə gözlənilmədən uğur qazandıqdan sonra qəzəblə nimçəni başının üstünə çırpır. Matilda Miss Hani ilə tez bir zamanda güclü bir əlaqə qurur. O, Trunçbul-un valideynlərin uşaqlara inanmasının qarşısını almaq məqsədilə şagirdlərini qəsdən həddindən artıq cəzalarla qorxutmasının, məsələn, onları "The Chokey" adlı qaranlıq dolaba atmasının şahidi olur. Miss Hani varlı atası Dr. Maqnus Haninin şübhəli şəkildə ölməsindən sonra onun təhqiramiz xala tərəfindən böyüdüldüyünü və bu xalanın Miss Trunçbul olduğunu Matildaya açıqlayır. Trunçbul, digər pis əməlləri ilə yanaşı, Miss Haniyə qalan mirası onun əlindən alır və onu yoxsulluq içində yaşamağa məcbur edir. Həmçinin, onun maaşı müəllimlik karyerasının ilk 10 ilində Miss Trunçbul-un bank hesabına ödənilir və o, cib pulu ilə həftədə 1 funt sterlinqlə məhdudlaşır. Bütün bunlardan təsirlənən Matilda Miss Trunçbul-dan bunların qisasını almaq üçün evdə telekinezi ilə məşğul olur. Daha sonra Miss Trunçbul-un dərsi zamanı Matilda telekinetik olaraq lövhəyə bir parça təbaşir qaldırır və özünü Maqnus Honey-in ruhu kimi qələmə vermək üçün ondan istifadə etməyə başlayır. Miss Trunçbul-a öz adından (Aqata) istifadə edərək müraciət edən "Maqnus" Miss Trunçbul-dan Miss Haninin evini və maaşını təhvil verməsini və məktəbi tərk etməsini tələb edir. Miss Trunçbul huşunu itirir.
Ertəsi gün məktəb direktorunun müavini Mr. Trilbi Trunçbul-un evinə baş çəkir və evin boş olduğunu görür. O, bir daha heç vaxt görünmür və ertəsi gün Miss Hani yerli vəkildən məktub alır və ona atasının ömürlük əmanətlərinin onun bankında təhlükəsiz olduğunu və uşaqlıqda yaşadığı əmlakın ona qaldığını bildirir. Mr. Trilbi yeni direktor olur, özünü bacarıqlı və yaxşı xasiyyətli olduğunu sübut edir, məktəbin ab-havasını çox yaxşılaşdırır və Matildanı tez bir zamanda 11 yaşlılarla birlikdə ən yaxşı sinifə köçürür. Matilda mütəmadi olaraq Miss Hanini evində ziyarət etməyə davam edir, bir gün evə qayıdır ki, valideynləri və böyük qardaşı Maykl İspaniyaya getmək üçün tələsik əşyalar yığır. Buna səbəb polisin cənab Wormwood-un oğurlanmış avtomobilləri satdığını öyrənməsi olur. Matilda Miss Hani ilə yaşamaq üçün icazə istəyir, valideynləri bununla razılaşırlar. Matilda və Miss Hani birlikdə xoşbəxt yaşayırlar.