Mehdi Mehdiyev (dövlət xadimi)

Mehdi Adıgözəl oğlu Mehdiyev (20 oktyabr 1895, Qarakollu, Cəbrayıl qəzası14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR dövlət xadimi.

Mehdi Mehdiyev
1934 – dekabr 1936
ƏvvəlkiƏliqara Məmmədov
SonrakıHəsən Rəhmanov
1932 – 1934
1930 – 1932
Əvvəlkivəzifə təsis edildi
Şəxsi məlumatlar
Doğum tarixi 20 oktyabr 1895(1895-10-20)
Doğum yeri
Vəfat tarixi 14 oktyabr 1937(1937-10-14) (42 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Döyüşlər

Mehdi Mehdiyev 1895-ci ildə Cəbrayıl qəzasının Qarakollu kəndində doğulmuşdu. 1908-ci ildə Şuşa seminariyasına daxil olub. 1911-ci ildə seminariyanı bitirmiş, sonra Hərbi Gürcüstan dəmiryolunun çəkilişində fəhləlik etmişdi. 1914-cü ildə Donbasda bir sıra görkəmli inqilab mübarizləri ilə tanış olmuşdur. O, dəmir yolunda yükdaşıyan işlədiyi vaxt Birinci Dünya müharibəsinin başlanması xəbərini də elə orada eşitmişdi. M.Mehdiyev 1915-ci ildən 1918-ci ilə qədər Orta Asiyada-Türkistan vilayətinin Buxara dəmir yolunda fəhlə işləmişdi.

1931-1932-ci illərdə o, Moskva Qırmızı Professorlar (Ali Partiya) Məktəbinin dinləyicisi olmuşdur.

Ailəli idi. Fikrət adlı oğlu, Rima adlı qızı vardı.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mehdi Mehdiyev 1918-ci ildə Çapayevin komandanlıq etdiyi 25-ci divizyada Rusiyada vətəndaş müharibəsində bolşeviklərin tərəfində iştirak etmişdir. İnqilabçı M.V. Frunzenin Türkistan cəbhəsinə komandanlığı dövründə M. Mehdiyev də həmin cəbhənin sıvari döyüşçüsü kimi vuruşmuşdur.

1920-ci ilin əvvələrində Həştərxanda S.M. Kirov ilə tanış olan M.Mehdiyev aprelin 27-də XI Qızıl Ordunun tərkibində Azərbaycana gəlir.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Mehdi Mehdiyev bir sıra məsul vəzifələrdə çalışır. 1921-ci ildə partiya onu Qaryagin qəzasının Partiya Komitəsində təşkilat şöbəsinin müdiri kimi məsuliyyətli işə göndərir.

1923-cü ildən sonra gənc partiya işcisi bir müddət Lənkəranda işləmişdir. O, əvvəlcə Lənkəran qəza komitəsinin şöbə müdiri, sonra isə qəza partiya komitəsinin katibi olmuşdur. 1927-ci ildə o, Şamaxı qəza Firqə komitəsinin katibi seçilmişdir. 1928-ci ildən 1931-ci ilə qədər M.Mehdiyev əvvəlcə Azərbaycan KP MK-da təlimatçı kimi məsul vəzifədə çalışmışdır.

1932-1934-cü illərdə M.Mehdiyev Ağcabədi və Ağdaş rayonlarının partiya komitələrində katib vəzifəsində işləmişdir. 1934-1937-ci illərdə o, Azərbaycan KP MK Naxçıvan vilayət komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

  • Ənvər Çingizoğlu. Füzuli rayonunun ünlüləri. Bakı: Mütərcim, 2017, 642 s.