Meylisərvət Qadınəfəndi

Meylisərvət Qadınəfəndi (d. 21 oktyabr 1854 — ö. 3 dekabr 1903) — 33. Osmanlı sultanı V Muradın dördüncü xanımı.

Meylisərvət Qadınəfəndi
الثروة ثروة المرأة
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Batumi, Rusiya imperiyası
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri
Həyat yoldaşı V Murad
Uşağı Fəhimə Sultan
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Meylisərvət xanım 1854-cü ildə Batumidə əslən çərkəz olan ailədə dünyaya gəldi. Böyük bacısı dövrün Roma səfirinin xanımı idi. Bu səbəblə iki bacı gənclik illərini İtaliyada keçirdi. Burada 8 il boyunca bir neçə dil öyrənən Meylisərvət xanım daha sonra bacısıyla İstanbula döndü.

Bacısı Sultan Əbdülməcidin qızı Rəfiyə Sultanla yaxın dost idi və Meylisərvətlə birlikdə bir neçə dəfə saraya qonaq çağırılmışdı. Buradakı saray həyatını sevən Meylisərvət xanım Rəfiyə Sultanın razılığı ilə onun sarayında qalmağa nail oldu. Bir neçə ay sonra bayram münasibətilə bacısının sarayına gələn Şahzadə Murad Meylisərvət xanımı görüb bəyəndi və bacısından istədi. Nəhayət 8 iyun 1874-cü ildə Dolmabağça sarayında cütlük evləndi və yeganə övladı olan Fəhimə Sultan 2 iyul 1875-ci ildə dünyaya gəldi. Ancaq saray ənənələrinə görə, vəliəhd şahzadənin yalnız 1 övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu və gizli saxlanılan bir qızı dünyaya gəlmişdi (Mehmed Səlahəddin ƏfəndiXədicə Sultan). Bu səbəblə körpə saraydan uzaqda gizli saxlanıldı.

Bir il keçmədən əri Şahzadə Murad taxta çıxmış, Meylisərvət xanım da dördüncü qadınəfəndi olaraq saraya gəlmişdi. Ancaq ərinin 3 aylıq səltənətinin ardından bütün hərəmiylə birlikdə Çırağan sarayında gözaltına alındı.

1901-ci ildə qızı Fəhimə Sultan evlənərək Çırağan sarayından ömürlük alındı və Meylisərvət xanım qızını bir daha görə bilmədi. Saraydakı şənliklər əsnasında ağır xəstələndi və yatalaq xəstəliyinə tutuldu. Getdikcə nitqini itirən Meylisərvət xanım sonda qızını Sultan Murada tapşıraraq son nəfəsini verdi.

  • Fanny Davis. The Ottoman Lady: A Social History from 1718 to 1918. — Greenwood Publishing Group, 1986. — ISBN 978-0-313-24811-5.
  • Yavuz Bahadıroğlu. Resimli Osmanlı Tarihi. — Nesil Yayınları, 2009. — 541 с. — ISBN 978-975-269-299-2.
  • The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem / Douglas Scott Brookes. — Texas: University of Texas Press, 2010. — ISBN 0292783353, 9780292783355.