Fatma Sultan (19 iyun 1879, Konstantinopol – 20 noyabr 1932, Sofiya) — 33. Osmanlı sultanı V Muradın qızıdır.
Fatma Sultan | |
---|---|
osman. فاطمه سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 iyun 1879 |
Doğum yeri | Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 20 noyabr 1932 (53 yaşında) |
Vəfat yeri | Sofiya, Bolqarıstan |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | V Murad |
Anası | Rəzan Qadınəfəndi |
Həyat yoldaşı | Rafiq İris bəy |
Uşaqları |
Ayşə Xədicə xanım Sultan Sultanzadə Mehmed Əli bəy Sultanzadə Mehmed Murad bəy Sultanzadə Cəlaləddin bəy |
Ailəsi | Osmanlı xanədanı |
Fatma Sultan 19 iyun 1879-cu ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir. Gənclik illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Fatma Sultan bu illər ərzində mükəmməl saray təhsili aldı. Atası və ögey anası Gövhəriz xanımdan fransızca dərsləri aldı.
Ancaq 1903-cü ildə bacısı Aliyə Sultan, ertəsi il isə atası Sultan Muradın vəfatının ardından anası Rəzan xanım ağır böhran keçirdi. Bu səbəblə uzun illərdir həbs tutulan ailə azadlığa buraxılsa da, Fatma Sultan və anası Çırağan sarayında yaşamağa davam etdilər. Ancaq çox keçmədən, 1907-ci ildə əmisi Sultan Əbdülhəmid onu Bursalı məşhur Qaracəhənnəmzadə ailəsindən Faiq bəyin oğlu Rafiq İris bəylə evləndirdi. 29 iyul 1907-ci ildə Yıldız sarayında baş tutan toy mərasiminin ardından və Fatma Sultan anasıyla birlikdə Bursaya göndərildi.
Ərindən 8 yaş böyük olan Fatma Sultanın bu evlilikdən 4 övladı dünyaya gəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Fatma Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ancaq sürgün qərarı verildiyi əsnada qızılca olan Fatma Sultan və ailəsinə bir müddət daha İstanbulda qalmağa icazə verildi. Beləcə, Fatma Sultan 1925-ci ilin sentyabrında sonuncu Osmanlı olaraq Türkiyəni tərk etdi.
Sürgündə Bolqarıstanın Sofiya şəhərində məskunlaşan Fatma Sultan və ailəsi burada olduqca çətin günlər yaşadı. Bu ağır günlərdə 20 noyabr 1932-ci ildə Sofiyada vəfat edən Fatma Sultan burada dəfn edildi.