Rəftaridil Qadınəfəndi

Rəftaridil Qadınəfəndi (5 iyun 1838, Şimali Qafqaz3 mart 1936, İstanbul) — 33. Osmanlı sultanı V Muradın ikinci xanımı.

Rəftaridil Qadınəfəndi
الزوجة اللسان
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (97 yaşında)
Vəfat yeri
Fəaliyyəti əsilzadə
Həyat yoldaşı V Murad
Uşaqları Mehmed Səlahəddin Əfəndi
Süleyman Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Rəftaridil xanım 1838-c ildə Qara dəniz sahillərində yaşayan abadzex əsilli ailədə dünyaya gəlmişdir. Ailənin ondan başqa, sonrakı illərdə yüksək vəzifəli Osmanlı məmurları ilə evlənən Tərandil və Ceylanmələk adlı 2 qızı daha vardı. Davam edən müharibələr səbəbilə ailə Osmanlı torpaqlarına köç etmiş, ailənin hər 3 qızı da Osmanlı sarayına təslim edilmişdi. Nəhayət, Osmanlı hərəmində gözəlliyi ilə məşhurlaşan Rəftaridil xanım 4 fevral 1859-cu ildə Dolmabağça sarayında Şahzadə Muradla evləndirildi. Bu nigahdan 2 oğlu dünyaya gəlsə də, ikinci oğlu Şahzadə Süleyman körpə yaşlarında vəfat etmişdi. Ərinin 1876-cı ildə baş tutan 3 aylıq səltənəti əsnasında ikinci qadınəfəndi oldu. Əri taxtdan endirildikdən sonra isə bütün ailəsiylə birlikdə ərinin 1904-cü ildə vəfat etdiyi Çırağan sarayında yaşamağa başladı. Daha sonra 1910-cu ildə oğlu Şahzadə Mehmed Səlahəddin Əfəndi Ortaköy səmtində bir köşk alaraq ailəsini buraya köçürdü.

1924-cü ildə xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünü barədə qərarın ardından ərinin ölümü və artıq ailəylə heç bir əlaqəsinin olmaması səbəbilə övladlarıyla birlikdə sürgünə göndərilmədi. 1934-cü ildə Hatgil soyadı aldı və bir neçə il sonra 3 mart 1936 tarixində vəfat etdi.