Oleni adaları

Oleni adalarıŞimal Torpağının mərkəzi hissəsində (Rusiya) yerləşən adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq dörd adadan ibarətdir.

Oleni adaları
rus. Оленьи
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
78°45′27″ şm. e. 97°53′07″ ş. u.
Ölkə  Rusiya
Region
  • Krasnoyarsk diyarı
Akvatoriya
Oleni adaları xəritədə
Oleni adaları
Oleni adaları
Oleni adaları xəritədə
Oleni adaları
Oleni adaları

Oktyabr İnqilabı adasında yerləşən Kurçavaya çayı mənsəbindən cənubda yerləşir. Oleni adalarının ən şimal nöqtəsini təşkil edən ada Oktyabr İnqilabı adasından 800 m aralıda yerləşir. Ən cənubda yerləşən ada isə 4 km aralıdadır. Qrupa daxil olan adalar qərbdən şərqə doğru uzanır. Adalar 1,4/2,5/2,1/2,4 km uzunluqlara sahibdir. Üç adanın eni 600–700 m arasında dəyişdiyi halda biri 400 metrdən bir qədər yüksəkdir. Adalar buzdan azaddır. Adaların ayrılıqda adları yoxdur.

Xəritə[redaktə | mənbəni redaktə et]