Syanbilər


Çin tarixi
Çin tarixi
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası
Dao • Daosizm • Leqizm • Tao Te Çinq • Konfutsiçilik • Kon Fu Dzı • Lao-tszı • Moizm • Mo-tszı • İn və Yan • Li • 36 stratagem • Citkundo • Kunq-fu • Tay çi çuan  • Uşu • Vin Çun • Dim Mak • Şaolin
Üç hökmdar və beş imperator
Sya sülaləsi
Şan sülaləsi
Çjou sülaləsi
Şərqi Çjou Yaz-Payız
Döyüşən çarlıqlar
Sin sülaləsi
Çu sülaləsi — qarışıq dövr
Han sülaləsi
Qərbi Han
Sin sülaləsi, Van Man
Şərqi Han
Üç çarlıq
Vey
Şu U
Qərbi Çzin
16 barbar Şərqi Çzin
Cənub və Şimal sülalələri
Suy sülaləsi
Tan sülaləsi
Çin Respublikası

Syanbilər (Çincə: 鮮卑, pinyin: Xiānbēi, Wade-Giles: Hsien-pi), MonqolustanMancuriya sərhədləri civarında yaşamış köçəri tayfa.

Etnik quruluşu mövzusunda Monqol tezisi, Tunguz tezisi, Monqol və Türk boylardan yaranan bir konfederasiya olduğuna dair tezisi də var.[1]

Vu-Huan (烏桓 wū huán) konfederasiyası Hunların cənub-şərqində Sien-Pi'ler Hiung nuların şimal-şərqində qurulmuçdur. Hun birliyindən qopan bu topluluqlar keçmiş ortaqlarına hücum çəkmişdir. Syanbilərin qalxış dövrü Hunların yıxılma dövrü təsadüf eləyir. 87-ci illə 93-cü illər arasında Hunların iki Şanyuyunu (hökmdarlarını) öldürülmüşdülər.

Syanbilərin ən adlı-sanlı hökmdarı II yüzilliyin ortalarından 181-ci ilə qədər taxtda qalmış Tan Şıhuay (檀石槐 tan shíhuái, 136 – 181) olmuşdur. Tan Şıhuay Şimal Hunları məğlub etməyi bacarmış və torpaqlarını İli çayına qədər genişlətmişdir. Bir çox dəfə (158-ci ildə Cənub Hunları ilə birlikdə) Çin səddini aşmışdır. Oğulları və qardaşı oğlanları onun yerini tuta bilməmiş və beləcə Sien Pi konfederasiyası 233-cü ildə dağılmışdır.

Syanbilərin bir bölümü Liaotung (遼東)dan Henana doğru hərəkət etmiş və orada Xan Tsun (Murong Jun (慕容 mùróng huàng, ? – 360) başçılığı altında 352-ci ildə güney Hunları məğlub etmişdir. Orada qurduqları Yan sülaləsi (Çian YanHou Yan) çox ayaqda dura bilməmiş və 370 ilində eyni özləri kimi qısa ömürlü Çian Çin (前秦) sülaləsini quran tibetli Di tayfasından Fu Jian (苻健)a məğlub olmuşdur. Ancaq 16 il sonra 386-cı ildə bu bölgədə Tabğaclar (Tuoba) Tuoba Gui (拓跋珪) Şimal Vey sülaləsini qurmuşdur. Tabğaclar da Syanbilərin zamanında bir Syanbi boyu idi.

Syanbilərin başlıca qolları

[redaktə | mənbəni redaktə et]

Cənub Syanbi: Duan (段), Murong (慕容), Yuwen (宇文)

Qərb Syanbi: Tuoba (拓跋) => Hanlaşma siyaseti => Yuan (元)

Şimal Syanbi: Muron Tuyuhun (慕容吐谷渾) 'Hunlar' çağında 'Syanbi' tayfalarının başçısı, "Tanşihuai, 10 ayda doğulmuşdur".

Syanbi Sülaləsi

[redaktə | mənbəni redaktə et]
Syanbi Sülaləsi
Dövləti Qurucusu Tarixi
Dai Tuoba Yilu 拓跋猗盧 315 – 376
Çian Yan 前燕 Murong Huang 慕容皝 337 – 370
Hou Yan 後燕 Murong Chui 慕容垂 384 – 409
Qərbi Çin 西秦 Çifu Guoren 乞伏國仁 385 – 431
Cənubi Liang 南涼 Tufa Wugu 禿髮烏孤 397 – 414
Cənubi Yan 南燕 Murong De 慕容徳 400 – 410
Şimali Vey 北魏 Tuoba Gui 拓跋珪 386 – 534
Şərqi Vey 東魏 Yuan Shanjian 元善見 534 – 550
Qərbi Vey 西魏 Yuan Baoju 元宝炬 535 – 556
Kuzey Çi 北齊 Yuwen Jue 宇文覚 550 – 577
Kuzey Çov 北周 Gao Yang 高洋 557 – 581
Sui Yan Çian 楊堅 581 – 618
  1. Wolfgang-Ekkehard Scharlipp Die frühen Türken in Zentralasien, (Orta Asya'nın eski Türkleri) Darmstadt 1992, S. 10

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]