Vüsal Valeh oğlu Rüstəmov (12 mart 1993; Cəbrayıl rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Vüsal Rüstəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Maşanlı, Cəbrayıl, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Vüsal Rüstəmov 1993-cü il martın 12-də Cəbrayıl rayonunun Maşanlı kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun giziri olan Vüsal Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Rüstəmov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Rüstəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Rüstəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]