Peter Paul Rubens

Piter Paul Rubens (nid. Pieter Paul Rubens; 28 iyun 1577[1][2], Ziqen[5][6][…]30 may 1640[3][4][…], Antverpen, Brabant hersoqluğu[d][1]) — öz əsərlərində Avropada barokko dövrünün canlılığını və həssaslığını əks etdirmiş flamand rəssamı. Rubensin yaradıcılığı Breygel realizmi ilə Venesiya məktəbinin qarışığından ibarətdir. Mifologiya və din mövzusundakı böyük əsərləri ilə yanaşı, həm də portretpeyzaj ustası kimi də tanınır.

Piter Paul Rubens
nid. Peter Paul Rubens
Doğum tarixi 28 iyun 1577[1][2]
Doğum yeri
Vəfat tarixi 30 may 1640(1640-05-30)[3][4][…] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Fəaliyyəti diplomat, rəssam, qrafika ustası[d], rəssam-qravürçü[d], memarlıq çertyojçusu[d], heykəltaraş, vizual incəsənət rəssamı
Təhsili
Janrlar tarix rəssamlığı[1], dini rəssamlıq[d], , portret rəssamlığı[d][7], mifologiya rəssamlığı[d], peyzaj[1], portret[1], məişət janrı[1], dini incəsənət[d][1], Animalistika[1]
Stillər barokko[8]
Tanınmış işləri
Tələbələri Antonio Van Deyk
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Peter Paul Rubens

Həyatı və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1577-ci ildə Zigendə (Vestfaliya, indiki Almaniya ərazisi) anadan olmuşdur. O, hüquqşunas Yan Rubensin yeddinci övladı idi. Rubenslər ailəsi uzun müddət Antverpendə yaşamış, 1568-ci ildə Köln şəhərinə köçmüşdür. Bu müddət ərzində Yan protestantlığa meyil etməyə başlamışdı ki, bu da katolik cəmiyyətinin xoşuna gəlmirdi. Odur ki, Yan Rubens ailəsi ilə İspaniyaya köçdü. Yanın vəfatından sonra həyat yoldaşı Mariya uşaqları ilə birlikdə Antverpenə qayıtdı. Lakin həmin vaxt Mariyanın cəmi üç uşağı — on üç yaşlı Filip, doqquz yaşlı Piter Paul və onların böyük bacıları Blandina qalmışdı, digərləri hələ uşaq ikən ölmüşdülər.

Belə görünür ki, Filip və Piter öz savadlı atalarından latın dilini ibtidai səviyyədə öyrənmişdilər. Antverpendə onlar latın və yunan dilləri tədris olunan məktəbdə təhsil almışdılar. Qardaşlar maddi vəziyyətin ağırlığı ilə əlaqədar olaraq təhsillərini dayandırdılar və analarına kömək etməyə başladılar. Ailənin maddi vəziyyətinə təsir edən amillərdən biri atalarının olmaması və bacıları Blandinanın ərə getməsi ilə əlaqədar ona qalan vəsaitə cehiz alınması olmuşdu.

1591-ci ildən başlayaraq Rubens rəssamlıq sənətini öyrənməyə başladı. Bir müddət o, Tobias Verxaxtın yanında, on dörd yaşında Adama Van Norta və eləcə də digər rəssamların yanında işləmişdir. 1598-ci ildə Piter Müqəddəs Luki rəssamlar gildiyasına qoşuldu. Piterin ən sevimli müəllimi Van Ven olmuşdur. Van Ven öz savadı və geniş dünyagörüşü ilə digər rəssam dostlarından fərqlənirdi. Van Ven bir müddət İtaliyada yaşamışdır. Şübhəsiz ki, müəlliminin italyan təsviri incəsənəti, antik incəsənət barədə söhbətləri gənc rəssamı bütün bunları öz gözləri ilə görməyə həvəsləndirirdi.

1600-cü il may ayında Piter Paul rəssamlar ölkəsi olan İtaliyaya yollandı. Piter onun gələcəyinə böyük təsir göstərən İtaliyada 7 il yaşadı. İtaliyada olduğu müddətdə Rubens italyan mədəniyyətini, incəsənətini dərindən mənimsədi. Şimali Avropada Rubens kimi italyan incəsənətini dərindən bilən ikinci bir rəssam çətin tapılardı. Gənc rəssam bir müddət sonra antik incəsənət sahəsində ən güclü mütəxəssisə çevrildi.

İtaliyada Rubens Mantui hersoqu Vinçenzo Qonzaqonun dəvəti ilə xidmətə cəlb olundu. Hersoq özünün bəzi şəxsi portretləri istisna olmaqla heç bir orijinal əsər sifariş etmədi. Hersoq öz şəxsi kolleksiyasını tamamlamaq üçün Rubensdən bəzi rəssamların məşhur əsərlərini çəkməyi sifariş edirdi. Hersoq Rubensə Florensiyada, Venesiyada işləmək imkanı yaratdı.

1603-cü ildə Vinçenzo Rubensi ispan kralı III Filipə hədiyyələr göndərən missiyanın tərkibinə daxil etdi. Ruben bunun vasitəsilə öz əsərlərini krala göndərirdi. 1601–1602 və 1605–1608-ci illər Rubens yaradıcılığı üçün çox əhəmiyyətli illər oldu. 1608-ci il oktyabrda Rubens anasının ağır xəstə olması barədə öyrənir və tələsik Antverpenə qayıdır, lakin Rubens Antverpenə qayıtdıqda anası artıq ölmüşdü. Rəssam öz sevimli ölkəsi olan İtaliyaya qayıda bilmədi. Antverpendə Rubensin rəssamlıq istedadına insanlar bələd idi. Tədricən o, Antverpendə ən məşhur rəssama çevrildi.

23 sentyabr 1609-cu ildə Rubens, Flandriya hersoqu Albertin sarayinda işləmək təklifi alır. 10 il sonra Rubens 17 yaşlı İzabella Brantla ailə həyatı qurur və Antverpendə böyük ev alıb Flandriyada məskunlaşır.

Rubens Flandriyaya ele vaxtda gəlmişdi ki, həmin dövrdə siyasətdə baş verən fasilələr milli incəsənətin inkisafina müsbət təsir göstərdi. 1609-cu ilə kimi Cənubi Niderland (Hollandiya) və ispanların hakimiyyətindən azad olmuş Şimali Niderland arasında baş verən müharibələr həmin ildə tərəflərin barışıq imzalaması ilə nəticələndi. Bundan sonra müharibə vaxtı zərər çəkmiş sahələrin bərpasına başlanıldı. Başlıca olaraq kilsələrin bərpasına geniş yer ayrılmışdı.

Rubensin tələbələrinin sırasında tanınmış Van Deyk, Kvellinus, Sxup, Van-Huk, Dipevbek Vouters, Deqmont, Herard, Duffe, Frankoys, Van-Mol və digər tanınmış rəssamlar vardır. Rusiyada yerləşən məşhur Ermitaj muzeyi Rubensin rəsmləri ilə zəngindir. Bu muzeydə "Aqrinin qovulması" (1625-ci il), "Çarmıxa çəkilmiş İsa" (1613–1614-cü il), "Venera və Adonis" (1615-ci il), "Romalı cəngavərin ovdan qayıdışı", "İzabella Brant", "Suzanna Fourman və qızlarının portretləri" və digər bir-birindən maraqlı əsərləri vardır.

İncəsənət tarixində Rubens təkcə flamand rəssamlıq məktəbininin görkəmli nümayəndəsi deyil, həmçinin XVII əsr Avropa rəssamlıq məktəbinin çox görkəmli nümayəndəsi hesab olunur.

Yaradıcılığının ilkin illərində Rubens müxtəlif italyan rəssamlarından öyrəndiklərini ümumiləşdirərək öz yaradıcılığının sonrakı illərində həmin üsul və keyfiyyətlərdən istifadə etmişdir.

Rubensin həyatında, onun yaradıcılıqda mühüm təcrübə əldə etməsində həmçinin Lüksenburq sarayında ( Salamon de Bross tərəfindən inşa olunub) Fransa kraliçası Mariya Mediçinin təşəbbüsü ilə işlədiyi illər də böyük rol oynayıb. Mediçi Rubensə təkilif edir ki, sarayı kraliçanın həyat tərzini əks etdirən, onun keçmişini özündə birləşdirən rəsm və müxtəlif epizdolarla bəzəsin. Rubensin işi bu baxımdan çox çətin idi. Belə ki, Mariya Mediçi çox gözəl qadın idi və onun həyatı çox parlaq və yadda qalan hadisələrlə dolu idi. Rubens bu işin öhdəsindən məharətlə gəlib Lüksenburq sarayını fransız təbii sənət məktəbinin ənənələrini unutmamaq şərti ilə bəzəyir.

1623-cü ildə Piter Paul Rubensin yeganə qızı olan on iki yaşlı Klara Serena ölür. 1626-cı ilin yayında isə 17 illik xoşbəxt ailə həyatından sonra Rubensin həyat yoldaşı İzabella Rubens ölür. Onun ölümünün səbəbi məlum deyildi, lakin güman edilir ki, İzabella həmin dövrdə Antverperndə vüsət almış vəba xəstəliyindən dünyasını dəyişmişdir.

Növbəti onillik ərzində Rubens bərpa işlərində aktiv iştrak edir, kilsə rəsmləri çəkirdi. Rubens bir çox yerlərdən müxtəlif təkliflər alırdı. Beləliklə, 1622–1625-ci illərdə o, Mariya Mediçinin (fransız kralı XIII Lyudovikin anası) bütün həyatını əks etdirən və Parisdəki sarayını bəzəyən əsərlər yaradır. Bu işlə əlaqədar Rubens üç dəfə Fransaya səfər edir

Bütün bu ürəksarsıdıcı hadisələrdən sonra Rubens diplomatik fəaliyyətə başlayır. 1621-ci ildə əri öldükdən sonra hersoqinya İzabel Fladriyanı təkbaşına idarə edirdi. Rubens İzabelin təklifi ilə Flandriyanın konsulu vəzifəsini icra edir. İşi ilə əlaqədar olaraq Rubens bir sıra ölkələrə səfər edirdi. O, 1629–30-cu illərdə Londona səfər edərkən İngiltərə ilə İspaniya arasında münasibətlərin bərpası istiqamətində çox mühüm işlər görür. İncəsənətə böyük məhəbbəti olan İngiltərə kralı I Karl ilə ümumi dil tapmaq Rubens üçün asan olur. 1630-cu ildə I Karl Rubensə "Cəngavər" titulu verir. Həmin il Rubensə Kembric universitetinin diplomu verilir.

Rubens yazırdı: "Mən əsl labirintin içinə düşmüşəm, bütün günüm səhər və axşam dövlətin qayğıları ilə əhatə olunub". O, I Karl ilə gizli danışıqlar aparır, eyni zamanda onun portretini çəkir. IV Filip Rubensi gizli məsləhətçisi elan edir.

Bu illərdə Ruben özünün məşhur əsəri olan "Merkuri və Arqus" əsərini yaradır. "Merkuri və Arqus" əsəri qədim əfsanəyə əsaslanır. Əfsanəyə görə Yunona Yonu inəyə çevirir. Və ona nəzarət etmək üçün Arqusu təyin edir . Merkuri isə Arqusu öldürərək Yonu azad edir. Rubens öz dövrünün ən savadlı şəxsiyyətlərindən biri olub. O, antik ədəbiyyatı çox sevir, bir çox müasir və qədim dillərdə sərbəst danışa bilirdi. Flandriya hökuməti yüksək savada və istedada malik olduğu üçün diplomatik görüşlərə çox vaxt onu göndərirdilər, lakin Rubens həmişə özünün sənətinin rəssamlıq olduğunu qeyd edirdi. Rubensin kolleksiyasında çoxlu tarixi əsərləri, tarixi şəxsiyyətlərin portretləri vardır. Bu tarixi əsərlərə Marin Mediçinin həyatını əhatə edən 21 əsər daxildir. Bura daxil olan əsərlər içərisində "Marin Mediçinin tacqoyma mərasimi" öz gözəlliyi ilə seçilir. Əsərdə Marin Madiçinin siması, paltarı, hətta qot üslubu ilə tikilmiş sarayın elementləri də dəqiqliklə işlənmişdir.

Piter Paul Rubensin Metropoliten muzeyində sərgilənən əsərləri
"Axeloyun məclisi", təqr. 1615
Venera və Adonis
Canavar və tülkü ovu, tqr. 1615-21

Rubens Flamand təsviri sənətinə yeni janr - ov səhnələrini gətirdi. Bu səhnələrə "Pələng ovu" , "Timsah ovu" və sair əsərlər daxildir. Rəssamın yaradıcılığında mühüm yeri onun portretləri tutur. Onun ikinci həyat yoldaşı Elena Fourmenin, 1618-ci ildə çəkdiyi "Karlın qızı" əsərləri də bu siyahıya daxildir.

Rubensin daha bir məşhur əsəri həyat yoldaşı İzabelin portreti olmuşdur.

1630–1635-ci illər istər Rubensin yaradıcılığında, istərsə də onun şəxsi həyatında ən gözəl dövr hesab olunur. Ailəsində olan itkiləri yeni həyat yoldaşı qismən unutdurmuşdu. Cəmiyyətdə, insanlar arasında böyük nüfuz sahibi olan Rubens ömrünün son illərində yaradıcılığını Antverpendə şəhərdən kənarda yerləşən evində davam edirdi. Tədricən rəssamın səhhətində problemlər yaranmış, revmatizm ağrıları Ruben üçün dözülməz həddə çatmışdı.

27 may 1640-cı ildə Rubens öz vəsiyyətnaməsini yazır. 28 – 29 may günləri Rubensiv ağrıları daha da şiddətlənir. Hamilə olan həyat yoldaşı onun bu vəziyyətində heç bir kömək göstərə bilmir. 30 may 1640-cı ildə səhər saatlarında dahi rəssam dünyasını dəyişir. Mənbələrdə qeyd olunur ki, rəssam 2 iyun 1640-cı ildə böyük təntənə ilə dəfn edilir.

Dahi rəssam öz əsərlərində insanı sanki rənglər dünyasına aparır. O, əsərlərində insan həyatının gözəlliklərini dəqiqlik və ustalıqla əks etdirir. Biz onun əsərlərinin qəhrəmanlarında gözəllik, həyatsevərlik hissini dərk edirik. Bütün bunlar rəssamın həyat tərzi, xarakteri və yüksək professionallığı ilə əlaqədardır. Rubensin əsərlərində olan bir neçə rəng elə ifadə olunur ki, sanki qarşımızda olan tablo bir neçə rəngdən ibarət olan əsər deyil, bütöv rənglərin simfoniyasından ibarət canlı bir səhnədir.