Qırmızısarıqlılar üsyanı 1351-68, Çində monqol Yuan sülaləsinin devrilməsinə və Min sülaləsinın yaranmasına gətirdi; (başlarında fərqləndirici qırmızı sarıqlardan dolayı) ümumi Qırmızı sarıqlılar üsyanı adı altında bir neçə ayrı (Şimali və Mərkəzi Çində) üsyandan ibarətdir.
Şimali Çində kəndli üsyanı 1351-ci ildə (gizli Ağ lotus cəmiyətinin başçısı) Xan Şan-tun və Lü Fu-tunun başçılıqı ilə başlamışdır. Lakin üsyanın əvvəlində, 1351-ci ildə Xan Şan-tun öldürüldü, və çinli Sun sülaləsinin bərpası şüarı ilə monqollara qarşı üsyanın başçısı kimi Lü Fu-tun qaldı. Monqollara qarşı olmasından başqa, üsyan dini formada təzahür edən antifeodal səciyə daşıyırdı. Belə ki, üsyançılar zorakılığı və ədalətsizliyi məhv etmək və ümumi səadət və ədalət ölkəsini yaratmaq üçün dünyaya budda Matreyanın gəlişini elan etdilər. 1353-54-cü illərdə hökumət qoşunları üsyançıları məğlubiyətə uğratdılar, lakin sonuncuların müvəqqəti geri çəkilməsindən sonra 1355-ci ildə üsyan yeni qüvvə ilə baş qaldırdı. 1355-ci ildə üsyançılar Xan Şan-tunun oğlu Xan Lin-eri imperator olmaqla Sun imperiyasının bərpasını elan etdilər. 1358-ci ildə üsyançılar monqol imperatorlarının paytaxtı olan Dadunu(Pekin) mühasirəyə aldılar, 1359-cu ildə Bənləni(Kayfın) aldılar, Şandunu ələ keçirərək şimal-şərqdə Koreya çatdılar. Yuan hakimlərinin köməyinə, monqollar tərəfindən ali vəzifələrə buraxılan, Çinin şimal ərazilərinin feodalları gəldi. 1357-ci ildə çinli feodalların yardımı ilə yenidən təşkil olunan hökumət qoşunları Çinin şimalında üsyançılara qarşı geniş cəza əməliyyatlarına başladılar. 1362-ci ilə qədər onlar üsyanı yatıra bildilər. Lü Fu-tun öldürüldü, Xan Lin-er üsyanın Mərkəzi Çindəki başçısı Çje Yuan–çjanın yanına qaçdı.
1351-ci ildə Yanszının orta axarında da kəndli üsyanı başladı. Şimali Çində olduğu kimi burada da üsyana Ağ lotus cəmiyətinin üzvləri başçılıq edirdilər. Yanszı çayının orta axarında bu cəmiyətin nüfuzu hətta daha güclü idi. Monqol zülmü burada daha az hiss olunduğundan, buradakı üsyan ilk növbədə kəndlilərə burada zülm edən yerli feodallara qarşı idi. Süy Şou-xoyun başçılığı ilə üsyançıların açıq antimonqol şüarları yox idi. 1359-cu ildə daxili çəkişmə nəticəsində öz sərkərdələrindən biri tərəfindən öldürüldü. Həmin il Süy Şou-xoyun yerinə keçən Çen Yu-lyanın başçılığı ilə üsyançılar, artıq Yantszı bütün orta axarını, Szyansi, Xuquane və qismən Szyansu və Çjeszyandakı torpaqları ələ keçirdilər.
Mərkəzi Çində Szinsin(Nankin) rayonunda kəndli üsyanı 1352-ci ildə başladı. Ağ lotus cəmiyətinin başçılığı altında hərəkət edən üsyançılara şəhərli varlı Qo Szi-sin başçılıq edirdi. Tezliklə Qo Szı-sinin dəstəsinə budda rahibi yoxsul icarəçi oğlu Çju Yuan-çjan daxil olur və Qo Szı-sinin köməkçisi olur. 1353-cü ildə Çju Yuan –çjan öz dəstəsini yaradır və müstəqil əməliyatlara başlayır. Qo Szı-sin və Çju Yuan-çjan tezliklə başqa kəndli dəsətələrdən ayrılırlar və, üsyanı ancaq antimonqol məcraya yönəltməyə çalışan yerli feodallarla ittifaq axtarmağa başlayırlar. 1355-ci ildə Qo Szın-sin ölür. 1356-cı ildən Çju Yuan-çjan üsyanın bu rayonda tək başçısı olur. Üsyançılar Nankini 1356-cı ildə ələ keçirərək, onu özlərinə paytaxt etdilər. 1355-ci ildə Çju Yuan-çjan, kəndli kütləsini öz tərəfinə çəkmək üçün, üsyançı imperator Xan Lin-erin hakimiyətini tanıdı.
Lakin, 14-cu əsrin 50-ci illərində çinli feodalların tərəfinə keçən Çju Yuançjanın ardınca Mərkəzi Çində( Yanszı çayının orta axarında) bütün kəndli dəstələrini darmadağın etdi və ölkənin bu hissəsini öz hakimiyət altında birləşdirdi, 1366-cı ildə Çju Yuan-çjanın ordusu Şimala monqol hakimlərinə qarşı yürüşə başladı. 1368-in əvvəlində Çju Yuan-çjan Min imperiyasının yaranmasını elan etdi və özü onun ilk imperatoru oldu. Çində monqol hakimiyəti devrildi. Çju Yuan-çjanın hərəkatı, Lü Fu-tunun və Süy Şou-xoyun üsyanlarından fərqli olaraq antofeodal səciyə daşımırdı, lakin kəndlilərin başladığı milli-qurtuluş mübarizəsi işini sona çatdırdı.