Orta Muğan (əvvəlki adı: Qarayevkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Saatlı rayonunun Qarayevkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qarayevkənd kəndi Orta Muğan kəndi adlandırılmış, Qarayevkənd kənd inzibati ərazi dairəsi Orta Muğan kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[1]
Orta Muğan | |
---|---|
39°54′40″ şm. e. 48°38′51″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əhalisinin sayı 2775 nəfərdir.[2]
Kənd Muğan düzündədir. 1930-cu illərdə salınmış kənd sovet dövlət xadimi Əliheydər Qarayevin (1896-1938) adı ilə adlandırılmışdır. Memorial toponimdir.[3]
Kənddə Qarayevkənd kənd məscidi[4] və "Mirismayıl ağa" məscidi[5] dini icmaları fəaliyyət göstərir.