Qreqor Nazianzen

Qriqór Nazianzén (yun. Γρηγόριος Ναζιανζηνός) və ya İlahiyyatçı Qriqor (329[1][2] və ya 330[3]25 yanvar 389 və ya 390[3]) — xristian ilahiyyatçısı, kilsə müqəddəsi, Konstantinopol arxiyepiskopu, Kappadokiya kilsə atalarından biri.

Qriqor Nazianzin
yun. Γρηγόριος Ναζιανζηνός
yun. Γρηγόριος ο Νανζιανηνός
Rütbə Konstantinopol arxiyepiskopu
Doğum tarixi
Doğum yeri Arianzum, Kapadokiya
Vəfat tarixi
Vəfat yeri Arianzum, Kappadokiya
Qeyd edilir

Pravoslav kilsəsi

Roma-Katolik kilsəsi
Xatirə günü Pravoslavlarda 25 yanvar və 30 yanvar
Katoliklərdə 2 yanvar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

329-cu ildə Roma İmperiyasının Arianzum şəhərində (indiki Türkiyənin Niğde şəhərinin yaxınlığında) doğulmuşdur. Onun atası Nazianz şəhərinin yepiskopu Qriqor, anası isə Müqəddəs Nonna olmuşdur. O, Kapadokiya Qeysəriyyəsi (indiki Türkiyənin Kayseri şəhəri) və Fələstin Qeysəriyyəsi (indiki İsrailin Qeysəriyyə şəhəri) şəhərlərində təhsil aldıqdan sonra İsgəndəriyyədə biliklərini təkmilləşdirmiş, oradan isə elm dalınca Afinaya getmişdir. Əsərlərində neoplatonizm təsiri duyulan ilahiyyatçı burada antik filosoflar, o cümlədən PlatonAristotelin yaradıcılığı ilə yaxından tanış olmuşdur. Sonralar Kapadokiya Qeysəriyyəsinin arxiyepiskopu olmuş ilahiyyatçı Müqəddəs Vasili və məşhur imperator Mürtəd Yulian (xristianlığı tərk etdiyi üçün "Mürtəd" ləqəbi almışdır) onunla birlikdə Afinada təhsil almışlar.

Vasili 371-ci ildə Kapadokiya Qeysəriyyəsinə arxiyepiskop təyin olunduqdan sonra Qriqor kiçik Sasim şəhərinin yepiskopluğunu təklif etmişdir. Təklifi qəbul edən ilahiyyatçı bir müddət burada fəaliyyət göstərdikdən sonra yenidən doğma şəhərinə qayırmış, ancaq burada da rahatlıq tapmayıb üç il səhrada yaşamışdır. Qriqor Basilə yazdığı məktublarında həmkarını arianlarla (kilsədən uzaqlaşdırılmış Ariusun rəhbərlik etdiyi heretik sayılmış xristian cərəyanı) apardığı mübarizəyə onu da qoşmağa çalışmasına görə tənqid etmişdir:

"Sən məni tənbəllikdə qınayırsan ki, yepiskop olmaq istəmədim və sizinlə bərabər sümük üstündə çarpışan köpəklər kimi çarpışmadım. Mənim üçün ən əsası fəaliyyətsizlikdir və düşünürəm ki, hamı mənim kimi etsəydi, onda kilsədə mübarizələr olmaz və kilsə indiki kimi tənqid obyektinə çevrilməzdi, indi hamı onu mübahisələrə olan sevgisinə görə silaha çevirir".

Sonralar atasının təkidilə şəhərə qayıdan Qriqor Basil ilə barışmışdır, lakin çox keçmədən əvvəlcə atası, beş il sonra isə dostu Basil ölmüşdü. Bu hadisələr onu dərindən sarsıtmışdır.

Konstantinopolda fəaliyyəti və ölümü

[redaktə | mənbəni redaktə et]

Elə həmin il bəzi din xadimlərinin təklifi ilə Konstantinopola yola düşmüş, orada din təbliğatı ilə məşğul olmuşdur. Arrianlarla olan qarşıdurmalara baxmayaraq, İmperator Feodosius Qriqoru dəstəkləmiş və 380-ci ildə onu Konstantinopolun arxiyepiskopu təyin etmişdir.

Qriqorun 381-ci ildə rəhbərlik etdiyi İkinci Konstantinopol Kilsə Məclisində arianlıq rədd edilmiş, Nikeya simvolu rəsmi olaraq təsdiqlənmişdir, lakin iştirakçılar Qriqoru Sasim yepiskopluğunu özbaşına tərk etməkdə ittiham etmişdilər (o zamankı qaydalara görə yepiskoplar vəzifələrindən istefa verə bilməzdilər). Beləliklə, o, dini vəzifəsi uğrunda mübarizədən çəkinərək, Nazianz şəhərinə qayıtmış və yepiskop olmuşdur. Bir müddət sonra səhhətinin pisləşməsi səbəbilə kilsədən uzaqlaşmış və ömrünün qalan hissəsini yaradıcılığa həsr etmişdir. O, 389-cu il yanvar ayının 25-də Nazianz şəhərində dünyasını dəyişmişdir. Sonralar kilsə tərəfindən müqəddəs elan edilmişdir.

Qriqor bir çox əsərlərin müəllifidir. Onların arasında "De Theologia" (İlahiyyat haqqında sözlər) adlı moizələr, poetik əsərlər, məktublar vardır. O, elmi işlərində Xrsitianlığın əsaslarından, Üç üqnum məfhumu kimi məsələlərdən söz açmış, bidətçiliyi tənqid etmişdir. Qriqor poeziya ilə də məşğul olmuş, şeirlərində öz həyatının müxtəlif məqamlarını işıqlandırmışdır.

Onun yaradıcılığının əsasında Tanrı və Üç üqnum barədə mülahizələr durur. Qriqor gördüyümüz hər şeyi Tanrının yaratdığını və bu barədə xəbər verdiyini yazmışdır. Onun fikrincə, yaradılış zamanı Üç üqnumun hamısı bu prosesdə iştirak etmişdir, yəni, Ata bütün hər şeyi planlamış, amma Söz (İsa Məsih) və Müqəddəs Ruhun köməyilə kainatı yaratmışdır:

"Tanrı zülməti qovdu, Sözlə nur yaratdı, yerin əsasını qoydu, ulduzları yerləşdirdi, səmanı dairə halına saldı, dənizlərin sərhədlərini müəyyənləşdirdi, çayları uzatdı, heyvanları diriltdi, insanı öz simasında xəlq etdi, hər şeyi qaydasına qoydu"

Qriqor arianlığın Üç üqnum barəsindəki fikirlərini rədd etmiş, onların düşüncələrinin yəhudilərdən təsirləndiyini yazmışdır. Həmçinin, arianlardan əlavə dövründə geniş yayılmış digər iki cərəyanın (savelian və monarxianlar) fikirlərini də qəbul etməmiş, Tanrının üç sifəti olduğunu, Üç üqnumun da öz-özlüyündə vahidliyi təcəssüm etdirdiyini bildirmişdir. İlahiyyatçı, həmçinin, mələklər haqqında da fikir yürütmüş, onların İlahi Nuru digər bütün canlılara çatdıran qasidlər olduğunu bildirmişdir. Qriqor mələklərin şüurlu varlıqlar olduğunu bildirmiş, onların müxtəlif dərəcələrə bölündüyünü qeyd etmişdir. Əsərlərində müxtəlif dərəcəli mələklərin fərqli işlər gördüyünü yazmışdır.

Tanrı haqqında

[redaktə | mənbəni redaktə et]

Öz əsərlərində Qriqor ilk növbədə Tanrının dərk edilməsinin mümkünsüzlüyü haqqında yazırdı[4]. Tanrı onun əsərində neoplatonizmin Vahidinə daha da yaxındır və yaradılışdan mütləq olaraq uca məkanlardadır. Onun sözü olan İsa, dünyaya cismani şəkildə gəlmişdir. Onun gəlişi bir qayaya bənzəyir. Bu qaya Tanrının hər şeyi dağıtmaq qüdrətində olan nurunun açıq parlanmasından dünyanı qoruyur. Yeni platoçular kimi, Nazianzlı Qriqorios da hesab edirdi ki, Tanrı ruhdur. İnsanda Onunla rabitə yaradan İlahi ruhun hissəcikləri vardır. Bu da insan ruhudur ki, onun vasitəsi ilə hər bir kəs Tanrıya doğru yönələ bilər.

Ancaq Tanrının dərk olunmamasından danışan Qriqor, eyni zamanda, axirətdə möminlərin Tanrını görmək qabiliyyətində olması haqqında fikir irəli sürmüşdür.

Tanrının transsendentliyindən danışan Qriqorios, Onu duymağın, Onunla görüşün mümkün olmasını da təsdiq edirdi. Çünki Tanrı şəxsiyyətdir, hər bir insan Onun varlığını duyur, lakin mahiyyətinə vara bilmir.

Daha sonra Qriqorios Ata-Oğul cütlüyünə Müqəddəs Ruhu da əlavə edərək, Tanrının bu üçlükdən ibarət olduğunu iddia etmişdi. Müqəddəs Ruh da onlarla vəhdət təşkil edir. Bu üçlüyün hər bir şəxsi hipostasis adlanır. Onlar vəhdət təşkil etsələr də, hərəsinin öz xüsusiyyətləri vardır. Yəni Ata, Oğulun Atasıdır; Oğul, Atanın Oğludur; Ruh isə Atadan çıxan Oğulun Ruhudur. Ruh məxluq deyil. Gələcəkdə Katolik Kilsə Müqəddəs Ruhun "həm də oğuldan" (filioque) çıxmasını iddia etmişdir. Bu məsələ ortodokslarla (pravoslavlarla) katoliklərin arasında böyük ixtilafa səbəb olmuşdur.

Xristologiyası

[redaktə | mənbəni redaktə et]

Qriqor xristoloji problemlərə aid olan mübahisələrdə də iştirak etmişdir. Ondan qabaq İsanın Loqos olması və Tanrı ilə vəhdət təşkil etməsi; onun Oğul olması haqqında ehkamlar qəbul olunmuşdu, lakin sonra, İsada eyni zamanda insani və İlahi təbiətin necə, və hansı nisbətdə yer tutması problemi ortalığa çıxdı. O zamanlar bir xristian ideoloqu Laodikiyalı Apolinarios İsanı insan bədəninə girmiş Tanrı kimi təsəvvür edirdi, lakin ona qarşı çıxış edən Qriqor, onun insan olduğu haqqında fikir irəli sürmüşdür. Yəni İsa əvvəl bədəni olmayan Tanrının oğlu idi, lakin sonra o insan kimi dünyaya gəldi, insan oldu, lakin onda İlahi mahiyyət də var idi.

İlahiyyat elminə təsiri

[redaktə | mənbəni redaktə et]

Onun fikirləri xələflərinə təsirini göstərmiş, onun əsərləri Maksim, İlya, Vasili, Nikita İrakli, Nikifor Kallist kimi məşhur ilahiyyatçılar tərəfindən təfsir edilmişdir. Akvinolu Fomanın fikrincə,

"Qriqordan başqa, istənilən müəllifin əsərində bidət tapmaq mümkündür"

. Onun elmi irsi, daha çox, Ortodoks (Pravoslav) Kilsəsində məşhurdur.

  1. Православный календарь(1. Həyatı, 2. Fəaliyyəti, 3. Konstantinopolda fəaliyyəti və ölümü, 4. Əsərləri, 5. Görüşləri, 6. İlahiyyat elminə təsiri fəsillərinin mənbəyi)
  2. Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, 2007. s. 77–78. (5.1. Tanrı haqqında, 5.2 Xristologiyası yarımfəsillərin mənbəyi)
  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 77-78. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  • Michael Azkoul, "St. Gregory the Theologian: Poetry and Faith," Patristic and Byzantine Review 14.1–3 (1995): 59–68.
  • Brian Daley, ed., Gregory Nazianzen. Early Church Fathers. London: Routledge, an imprint of Taylor & Francis Books, 2005. ISBN 0-415-12181-7, pp. 192.
  • K. Demoen, "Biblical vs. Non-Biblical Vocabulary in Gregorius Nazianzenus; a Quantitative Approach," Informatique 2 (1988–89): 243–53.
  • J. Egan, "Gregory of Nazianzus and the Logos Doctrine," J. Plevnic, ed., Word and Spirit: Essays in Honor of David Michael Stanley. Willowdale, ON: 1975. pp. 281–322.
  • Anna-Stina Ellverson, The Dual Nature of Man: A Study in the Theological Anthropology of Gregory of Nazianzus. Acta Universitatis Upsaliensis, 1981. ISBN 91-554-1206-8. {Amazon.com}
  • Gerald Fitzpatrick, "St Gregory Nazianzen: Education for Salvation," Patristic and Byzantine Review 10.1–2 (1991): 47–55.
  • R. C. Gregg, Consolation Philosophy: Greek and Christian Paideia in Basil and the Two Gregories. Washington, DC: Catholic University of America Press, 1975. ISBN 0–8132-1000 — * Григорий Богослов // Православная энциклопедия. Том XII. — М.: Церковно-научный центр "Православная энциклопедия", 2006. — С. 668–712. — 752 с. — 39 000 экз. — ISBN 5–89572-017-Х (с библиографией)
  • Говоров А. В. Св. Григорий Богослов как христианский поэт. Казань, 1886. 320 стр.
  • Виноградов Н. П. Догматическое учение св. Григория Богослова. Казань, 1887. 508 стр.
  • Игумен Иларион (Алфеев). Жизнь и учение святителя Григория Богослова — М., 1998. — 507 с.
  • Бергман С. Дух, освобождающий природу: Тринитарная космология Григория Назианзина в свете экологической теологии освобождения. / Пер. с нем. Архангельск, 1999. 536 стр.
  1. of Nazianzus Saint Gregory // VIAF ID.
  2. St. Gregory of Nazianzus // hymnary.org. Calvin Theological Seminary, Christian Classics Ethereal Library.
  3. 1 2 BeWeB.
  4. Григорий Богослов. Слово 28. О богословии второе. Arxivləşdirilib 2014-08-18 at the Wayback Machine // Собрание творений: в 2т. Т.1. — Мн.: Харвест, М.: АСТ, 2000, с. 476–502.