Meymunilər — xaricilərdən yaranan bir məzhəb. Meymun ibn Xalid və tərəfdarları tərəfindən qurulmuşdur. Fars adətlərindən gələn doktrinaları mövcuddur. İran mədəniyyətində sıxlıqla rast gəlinən bu qrup bir çox qədim adətlərdən təsirlənmişdir.
İslam alimləri meymunilərin İslam xaricində olduğunu hesab edirlər. Meymunilərin bir çox antik mədəniyyətlərdən təsirləndiyi bildirilir. Əl-Hüseyn əl-Karabisi öz kitabında meymunilərin öz uşaqlarının qızlarıyla və ya qardaş, bacılarının qızlarıyla evlənməyi caiz gördüklərini yazır. Meymunilər Yusif surəsinin müqəddəs məna daşımadığını, əksinə sevgi hekayəsi olduğunu bildirirlər[1]. Onlar həmçinin müşrik uşaqlarının cənnətə düşdüklərini də hesab edirlər[2].