Hənəfilər

İslam

İslam Tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

İslam dünyasının xəritəsi. Hənəfilər (yaşıl rəngdə) Türkiyədə, Yaxın Şərqin şimalında, Mərkəzi Asiya və Hindistanda üstünlük təşkil edirlər.

Hənəfi məzhəbi (ərəb. حنفية‎) — 4 sünni məzhəbindən biri. Əhli-sünnə yolunun davamçılarının böyük hissəsi bu məzhəbi yaşayır. Məzhəbin qurucusu böyük İslam alimi Əbu Hənifədir (əsl adı Numan bin Sabit) (699-767).

Hənəfilik Türkmənistan, Əfqanıstan, Türkiyə, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İordaniya, Tatarıstan, Başqırdıstan, Suriya, İraqın mərkəzi şəhərləri (Ramadi, Bağdad, Tiqrit), İranın Xorasan əyalətində, Cibuti, Bosniya və Herseqovina, Banqladeş, Şri-LankaÇinin Sincan-Uyğur Muxtar Rayonunda yayılmışdır. Hənəfi məzhəbi dörd sünni məzhəbinin əhali baxımından ən genişidir. Davamçıları bütün İslam aləminin %56-ni təşkil edirlər. Hənəfi məzhəbi Abbasilər Xilafətinin və Osmanlı dövlətinin rəsmi məzhəbi olmuşdur [mənbə göstərin].

Hənəfi məzhəbinin əsasları

[redaktə | mənbəni redaktə et]
Sünni məzhəblərinin yayıldığı bölgələr

Hənəfi məzhəbi Şeyxülislam İmam-Əzəm Əbu Hənifənin ictihadları əsasında formalaşmışdır. Onun tələbələri Əbu Yusuf, Şeyx Züfar və Məhəmməd bin əl-Hasan tərəfindən İmam-Əzəmin fikirləri saxlanılmış, sistemləşdirilmiş və gələcək İslam nəsillərinə ötürülmüşdür. Hənəfi məzhəbində hökm vermənin əsasları:

  1. Quran
  2. Sünnə (səhabələrdən gələn hədislər)
  3. İcma
  4. Qiyas

2007-ci ildə Hənəfi məzhəbi Tacikistanın rəsmi məzhəbi elan edilmişdir.[1]. Bundan başqa Hənəfi məzhəbi Qafqaz və Balkanlarda çox yayılmışdır.

Hənəfi məzhəbi məktəbləri

[redaktə | mənbəni redaktə et]

Ortodoksal İslam məzhəbi olan Hənəfi məzhəbinin dünyada minlərlə məktəbi, mədrəsəsi və universiteti var. Məzhəbin ən nüfuzlu məktəblərindən biri Hindistanda yerləşən "Darül-Elm Deobəndir". Bu mədrəsədə hənəfilərlə bərabər maturidilər və sufilər də dini təhsil alir.

Hənəfi məzhəbində namaz

[redaktə | mənbəni redaktə et]

Hənəfi məzhəbində kişilər namaz qılarkən əlləri göbəyin altında, qadınlar isə sinənin üstündə bağlamalıdırlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]