Rövşən Balakişiyev

S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
1.
Babaşov Anar Əlibaba oğlu
əsgər
1972-ci il 15 dekabrda Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Anar Babaşov, 1992-ci il 29 oktyabrda Ağdam rayonu istiqamətində şəhid olub. Anar Babaşov, Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti Heydər Əliyevin 9 mart 2007-ci il tarixli 2019 nömrəli fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.[1]
2.
Babayev Əhmədağa Şahbaba oğlu
əsgər
23 dekabr 1968-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olub. 1993-cü ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib. Yanvar ayının 30-da Füzuli istiqamətində döyüşlərdə şəhid olmuşdur. 1 fevral 1994-cü ildə Quşencə kəndində dəfn olunmuşdur. 17 sentyabr 1996-cı ildən İsmayıllı rayonu Quşencə kəndi tam orta məktəbi Əhmədağa Babayev adını daşıyır. Babayeva Firəngiz Həlim qızı ilə ailəli idi.[2]
3.
Babayev Müşviq Adil oğlu
əsgər
1971-ci il 24 fevralda Şamaxı rayonunun Sabirli kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Müşviq Babayev 1992-ci il 10 sentyabrda Ağdərə rayonu istiqamətində şəhid olub. Müşviq Babayev Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
4.
Babayev Telman Nurməmməd oğlu
əsgər
4 may 1970-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1993-cü ilin 7 yanvarında itkin düşüb.[3]
5.
Balaşov Faiq Səməd oğlu
əsgər
20 avqust 1970-ci ildə Neftçala rayonunda anadan olub. 1994-cü ilin 31 yanvarında itkin düşüb.[3]
6.
Babayev Sərvər Ərəb oğlu
əsgər
3 yanvar 1969-cu ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1992-ci ilin 10 oktyabrında şəhid olub. Sərvər Babayev Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.[3]
7.
Babayev Şəfi Adil oğlu
Sabirabad rayonunun Surra kəndində anadan olub. Hazırda həmin kənddə yerləşən, Şəfi Babayevin təhsil aldığı orta məktəb şəhidin adını daşıyır.
8.
Bağırov Alim Əlibala oğlu
leytenant
26 iyul 1955-ci ildə Salyan rayonunda anadan olub. 1994-cü ilin 16 aprelində şəhid olub. Alim Bağırov Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.[3]
9.
Bağırov Ələkbər Fazil oğlu
əsgər
8 avqust 1969-cu ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1994-cü ilin 20 aprelində şəhid olub. Ələkbər Bağırov Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.[3]
10.
Bağırov Fizuli İslam oğlu
əsgər
25 fevral 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 37 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, avtomobil rəngsazı peşəsinə yiyələnmişdir. Fizuli Bağırov 1988–1990-cı illərdə Leninqrad şəhərində həqiqi hərbi xidmətdə olmuş, hərbidən qayıtdıqdan sonra isə Gəncə şəhərində yerləşən "VAZ-ın təmiri emalatxanası"nda rəngsaz kimi işləmişdir. Fizuli Bağırov 1992-ci ilin yanvar ayında könüllü olaraq silaha sarılaraq cəbhəyə yollanmış, 709 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlamışdır. O, bir neçə kəndin müdafiəsində hünərlə iştirak etmiş, döyüş bacarığı ilə şəxsi heyətin böyüş hörmətini qazanmış və ona tapşırılan döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Bağırov Fizuli İslam oğlu 6 iyul 1993-cü ildə Ağdam rayonunun Şahbulaq dağında döyüş əməliyyatını yerinə yetirərkən itkin düşmüş, Kəpəz Rayon Məhkəməsinin 2–2222001 nömrəli qətnaməsi ilə ölmüş elan edilmişdir.
11.
Bağırov Telman Rəşid oğlu
əsgər
2 aprel 1967-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1994-cü ilin 4 oktyabrında şəhid olub. Telman Bağırov Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.[3]
12.
Bağırov Teymur Əbülfəz oğlu
əsgər
12 yanvar 1975-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1993-cü ilin 4 sentybarında şəhid olub. Teymur Bağırov Hacıqabul rayonu, Muğan Gəncəli kənd qəbiristanlığında dəfn olunub.[3]
13.
Bağırov Yusif Aydın oğlu
əsgər
27 noyabr 1969-cu ildə Sabirabad rayonunda anadan olub. 1992-cü ilin 16 martında şəhid olub. Yusif Bağırov Füzuli rayonunda dəfn olunub.[3]
14.
Balakişiyev Rövşən Misir oğlu
əsgər
15 dekabr 1967-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1973-cü ildə Muğanlı kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1985-ci ildə hərbi xidmətə yollanmışdır. Leninqrad (indiki Sankt-Peterburq) şəhərində xidmət edən Rövşən hərbi xidmət müddətində dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. 1988-ci ildə başlanan Qarabağ müharibəsinə qədər Rövşən xidmət etdiyi şəhərdə yaşamış, burada ailə həyatı qurmuşdu. Müharibə başlayanda Rövşən ölkəsinə qayıdır, müharibədə iştirak edir. O, Muğanlı kənd özünümüdafiə dəstəsinin üzvü olaraq Şişqaya, Gülmətəpə, Çirişli dağı istiqamətində gedən döyüşlərdə, Xocavəndin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 1992-ci ildə Muğanlı, Kuropatkino, Əmiranlar kəndinə düşmən hücum edir və müqavimətlərə baxmayaraq üç kəndi işğal edir. Azərbaycan Milli Ordusu yarandıqdan sonra kəndin özünümüdafiə dəstəsi Ağcabədi rayon 161 saylı hərbi hissənin batalyonlarından birinə çevrilir. Bundan sonra, döyüşçülər Nərgiztəpədə mövqe seçdilər. Onlar dəfələrlə işğal olunmuş kəndlərə hücum planları hazırlasalar da, təəssüf ki, döyüşlərin nəticəsi uğurlu olmamışdır. Rövşən Balakişiyev 30 dekabr 1992-ci ildə Daşlıtəpə adlanan yerdə içində olduğu "UAZ" markalı avtomaşının minaya düşməsi nəticəsində şəhid olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi, bir qız övladı yadigar qaldı.
15.
Balayev Cavanşir Musa oğlu
əsgər
1958-ci il 25 fevralda Şamaxı şəhərində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanan və Naxçıvanlı, Tap Qaraqoyunlu, Gülablı qəsəbələri uğrunda döyüşlərə, həmçinin Xocalı rayonunun müdafiəsi uğrunda döyüşlərə qatılan Cavanşir Balayev, 1992-ci il 12 iyunda Ağdam rayonu istiqamətində baş tutan Qaraqaya əməliyyatında şəhid olub. Ağdam rayonunda dəfn olunub.
16.
Bayramov Natiq Əsəd oğlu
əsgər
21 may 1974-cü ildə Salyan rayonunda anadan olub. 1994-cü ilin 15 yanvarında şəhid olub. Natiq Bayramov Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.[3]
17.
Biliyev Azər Həsən oğlu
polis
1970-ci il sentyabrın 15-də Şuşa şəhərində anadan olmuşdur.[4] Şəhər 14 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstututunun maliyyə iqtisad fakültəsinə daxil olmuşdur. 2-ci kursdan hərbi xidmətə çağırılmış və xidməti vəzifəsini başa çatdırdıqdan sonra Şuşa DİŞ-də işə başlamışdır. 08.04.1992-ci ildə şəhid olmuşdur. Şuşa Şəhidlər Xiyabanı dəfn olumuşdur.
18.
Budaqov Ramiz Qərib oğlu
əsgər
7 noyabr 1973-cü ildə Qazaxıstan vilayətində anadan olub. Ramiz Budaqov subay idi. Əsgər Ramiz Budaqov 1994-cü ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində Ağdam Rayonunun Gülçülük kəndində gedən döyüş zamanı tabor komandirinin həyatını xilas edərək, özü qəhrəmancasına şəhid oldu. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
19.
Bünyatov Elsevər Akif oğlu
əsgər
12 iyun 1974-cü ildə Qazax rayonunda anadan olub. 1994-cü ilin 17 aprelində şəhid olub. Elsevər Bünyatov Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.[3]
  1. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı". 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
  2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təhsil müəssisələrinə şəhid adlarının verilməsi haqqında 17 sentyabr 1996-cı il tarixli 124 saylı qərarı
  3. 1 2 3 4 5 6 7 8 9 10 "Birinci Qarabağ müharibəsi şəhidləri". Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti. 2024-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-06.
  4. "Arxivlənmiş surət". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.