Röya Məmmədova

Hiss (Röya Məmmədova; 11 avqust 1995[2], Bakı[2]) — azərbaycanlı müğənni.[3][4]

Hiss
Röya Məmmədova[1]
Ümumi məlumatlar
Ləqəbi Hiss
Doğum tarixi 11 avqust 1995(1995-08-11)[2] (28 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2018–h.h.
Janr hip-hop
Albom şirkəti Warner Music
Təhsili

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Röya Məmmədova 1995-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi[5]) böyüyüb.[6] 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.[7]

Hiss musiqiyə 14 yaşında başlayıb. O, 15 yaşında "Sən bir nəğməsən" adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub.[8]

Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb.[9] Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.[10][11] Hiss 2021-ci ilin sentyabrında Show TV-də yayımlanan "Bir Başka Güzel" proqramında xüsusi dəvətlə[11] çıxış edib.[12]

Hissin 2021-ci ildə ifa etdiyi "Karma" treki uzun müddət Azərbaycan üzrə YouTube və Apple Music trendlərində birinci yerdə qərarlaşıb.[13]

O, ABŞ-nin ən böyük musiqi şirkəti olan Warner Music Group ilə İsfar Sarabskidən sonra müqavilə imzalayan 2-ci azərbaycanlı müğənni olub.[14]

28 aprel 2023-cü ildə "Formula 1 Azərbaycan Qran Prisi 2023" açılış mərasimində çıxış edib.[15]

17 may 2023-cü ildə Milli Gimnastika Arenasında keçirilən Bədii gimnastika üzrə 39-cu Avropa çempionatında açılış mərasimində səhnəyə çıxmışdır.[16]

3 iyun 2023-cü ildə Bakcell Arenada keçirilən Azərbaycan Kubokunun finalında bağlanış mərasimində səhnəyə çıxmışdır.[17]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Sinqllar[redaktə | mənbəni redaktə et]

  • Mirvarilər (2018)[8]
  • Sevdim (2019)[18]
  • Get (2019)
  • Biri var (2019)
  • İstəmirəm (2019)[19]
  • Qorxuram (2020)
  • Bir ömrün nəğməsi (2020)
  • Kəpənəklər (2020)
  • Sayıram (2021)
  • Monoton (2021)[20]
  • Cəsarət (2021)
  • Karma (2021)[21]
  • Zəng elə (2021)
  • Bela (2022)
  • Şans (2022)
  • Çək (2022)
  • Busan (2022)
  • Unuduram (2022)
  • Mənə Pis Olma (2023)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Hansı Xalq artistlərinin məni gözü götürmədiyini bilirəm"". qafqazinfo.az (az.). 2021-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-15. müğənni Hiss (Röya Məmmədova)
  2. 1 2 3 4 Freebase Data Dumps. Google.
  3. "Hiss: "Geyimimə çox şərhlər gəlir. Dəhşət çox!"". bbc.com (az.). BBC News Azərbaycanca. 10 mart 2020 tarixində arxivləşdirilib.
  4. ""Rap müziğimizin sözlerinde Dağlık Karabağ'a döneceğiz derken, şimdi 'artık evimizdeyiz' diyoruz"". indyturk.com (türk). Independent Türkçe. 21 yanvar 2021 tarixində arxivləşdirilib.
  5. Amil Xəlil, Hisslə məşhur aparıcı arasında şəhidimizə görə qalmaqal – Video Arxivləşdirilib 2023-04-15 at the Wayback Machine
  6. Seymurqızı, Gülər. ""Müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar" – Uşaq evində böyüyən müğənni Hiss / VİDEO". Metbuat.az (az.). 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2022.
  7. "Müğənni Hiss ilk dəfə danışdı: "Heç vaxt birinci Röya ola bilməyəcəksən"". Publika.Az (az.). 29 iyun 2021 tarixində arxivləşdirilib. sənətçi neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alsa da
  8. 1 2 "Hissin fərqli yüksəlişi". mediapost.az (az.). 2021-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-14. İlk mahnısı “Mirvarilər” olsa da
  9. "Shazam Top Songs – Turkey". kworb.net. Archived from the original on 2020-06-16. İstifadə tarixi: 2021-09-15. Hiss – İstəmirəm
  10. "Hiss's Most Viewed YouTube Videos". socialblade.com. 2021-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-15. Hiss – İstəmirəm
  11. 1 2 "Hiss выступила в эфире Show TV". 1news.az (rus). 2021-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-15.
  12. "Azeri rapçi 'Hiss' Bir Başka Güzel stüdyosunda!" (türk). 2021-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-15.
  13. "Kworb.net Music Charts". kworb.net. Archived from the original on 2021-07-11. İstifadə tarixi: 2021-09-15. Azerbaijan
  14. "Hiss презентовала свой дебютный альбом в сотрудничестве с Warner Music Group - видео". 2022-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-21.
  15. "Hiss Formula 1 səhnəsində!". Şou biznes və ulduzlar haqqında xəbər portalı (az.). İstifadə tarixi: 2023-06-21.
  16. "Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yarışlarına start verilib (FOTO)". Trend.Az (az.). 2023-05-17. 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-21.
  17. "Hiss Azərbaycan kubokunun finalında". Football-plus.az (rus). 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-21.
  18. "Чувства и эмоции певицы Hiss: «Самое главное – это искренность»". 1news.az (rus). 14 sentyabr 2021 tarixində arxivləşdirilib. чей хит «Sevdim» в короткий срок успел полюбиться азербайджанским слушателям
  19. "Müğənni Hissin emosiya və hisləri: Ən əsası – səmimi olmaqdır". 1news.az (az.). 14 sentyabr 2021 tarixində arxivləşdirilib. “Sevdim” mahnısı hitə çevrilərək azərbaycanlı dinləyicilərin sevimlisinə çevrilən müğənni Hiss
  20. "Яндекс Плюс стал доступен в Азербайджане". haqqin.az. 21 mart 2021 tarixində arxivləşdirilib. Hiss – Monoton
  21. "Hiss ona qoyulan qadağadan danışdı". musavat.com (az.). Yeni Müsavat. 14 sentyabr 2021 tarixində arxivləşdirilib. Mənim “Karma” adlı mahnım həftələrdir trend 1-dədir

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]