Rəmzi Novruzov

Rəmzi Novruzov (Rəmzi Siyavuş oğlu Novruzov; 11 avqust 19712 sentyabr 1992) — Qarabağ müharibəsi şəhidi.

Rəmzi Novruzov
Rəmzi Siyavuş oğlu Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Basqal, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Vəngli, Kəlbəcər rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Siyavuş Novruzov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1989—1992
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəmzi Novruzov 11 avqust 1971-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olmuşdur. Orta təhsilini İsmayıl rayonu Basqal qəsəbə tam orta məktəbində almışdır. O, 1989-cu ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini 1991-ci ildə Türkmənistanın Kuşka şəhərində başa vurmuşdur. Hərbi xidməti başa vurduğu il Qarabağ müharibəsi başladığına görə həmin müharibədə iştirak etməyə başladı. O, 1992-ci ilin may ayında Laçın batalyonunda hərbi xidmətini davam etdirdi. O, döyüşçü taqımın kiçik komandiri olaraq Laçın istiqamətində Pircahan, Hoçaz, Bozgüney, Sonasar, Soyuqbulaq və digər kəndlərin müdafiəsində iştirak etmişdir. Son döyüşü Ağdərə istiqamətində olan Rəmzi Novruzov 2 sentyabr 1992-ci ildə Vəngli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Hal-hazırda İsmayıllı rayonunun Basqal qəsəbəsinin tam orta məktəbi şəhid Rəmzi Novruzovun adını daşıyır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İsmayıllı şəhidləri - İsmayıllı Bələdiyyəsi
  2. Təhsil - İSMAYILLI RAYON İcra Hakimiyyəti