Dövlət dini həmçinin rəsmi din — rəsmi statusu müvafiq dövlət tərəfindən təsdiq edilmiş din. Dövlət dini olmayan dövlətləri dünyəvi və ya sekulyar dövlətlər adlandırırlar.
Harvard Universitetinin 2000-ci ilə olan məlumatlarına görə 188 dövlətdən 75-i bu və ya digər dini özlərinin rəsmi dini elan etmiş, 113 ölkənin isə rəsmi dini olmamışdır[1][2].
Finlandiyada kilsə və dövlət arasında münasibətlər xüsusi razılaşmalar ilə tənzimlənir. Kilsənin fəaliyyətinə dair xüsusi qanunvericilik mövcuddur. Kilsə xüsusi kilsə vergisi yığmaq hüququna malikdir (dövlət strukturlarının köməkliyi ilə könüllülük prinsipi əsasında toplanır). Amma hüquqi baxımdan Finlandiya Kilsəsi dövlət kilsəsi deyil.
İsveçdə İsveç Kilsəsinin rəhbərinin kral olmasına baxmayaraq 2000-ci ildən kilsə dövlətdən ayrı fəaliyyət göstərir.
Finlandiya. Finlandiyada pravoslav kilsəsinin statusu lüteran kilsəsinin statusu ilə analojidir.
Şərqi Avropanın bir çox ölkəsində pravoslav kilsəsinin xüsusi statusu qanunverici sənədlərlə təsbit edilmişdir, bununla belə bu dövlətlərdə "dövlət dini" söz birləşməsi işlənmir. Harvard Universitetinin tədqiqatlarında belə dövlətlər dövlət dini olan dövlətlər siyahısına aid edilir:
Gürcüstan. Gürcüstan konstitusiyasının 9-cu maddəsində yazılıb: "dövlət Gürcü pravoslav kilsəsinin Gürcüstanın tarixində oynadığı müstəsna rolu qəbul edir, bununla belə dini inancların tam azadlığını, kilsənin dövlətdən ayrı olduğunu elan edir. ".[3]