Raçiya Açaryan

Raçiya Açaryan (erm. Հրաչեայ Աճառեան;[a] 8 (20) mart 1876[1][2], İstanbul[3][1][…]16 aprel 1953[3][2], İrəvan[3][2]) — Ermənistan linqvisti, leksikoqrafı, etimoloqufiloloqu.

Raçiya Açaryan
erm. Հրաչյա Հակոբի Աճառյան
Doğum tarixi 8 (20) mart 1876[1][2]
Doğum yeri
Vəfat tarixi 16 aprel 1953(1953-04-16)[3][2] (77 yaşında)
Vəfat yeri
Təhsili University of Paris
University of Strasbourg
Fəaliyyəti dilçi, filoloq, universitet müəllimi[d]
Elmi adı
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstanbul ermənisi olan Açaryan yerli erməni məktəblərində, Sorbonnada Antuan Meyenin rəhbərliyi altında və Strasburq Universitetində Henrix Hübşmanın rəhbərliyi altında təhsil almışdır. O, Rusiya imperiyasındaİranda müxtəlif erməni icmalarında dərs demiş, sonra 1923-cü ildə Ermənistan SSR-də məskunlaşmışdır və ölənə qədər İrəvan Dövlət Universitetində çalışmışdır.

Poliqlot olan Açaryan bir neçə böyük lüğət, o cümlədən monumental "Erməni etimoloji lüğəti"ni tərtib etmiş, erməni dialektlərini geniş şəkildə öyrənmiş, erməni əlyazmalarının kataloqlarını tərtib etmiş, erməni diliəlifbası tarixinə dair hərtərəfli tədqiqatların müəllifi olmuşdur. Açaryan erməni linqvistikasının atası hesab olunur.

Açaryan 8 mart 1876-cı ildə Konstantinopolda (İstanbul) erməni ailəsində anadan olmuşdur Erkən yaşda onun bir gözü kor olmuşdur.[4] Atası Akop çəkməçi idi. İlk təhsilini Samatiyadakı Arami və Sahaqi məktəblərində,[4] sonra Getronaqanda (1889–1893) almış, burada fransız, türk və fars dillərini öyrənmışdır.[5] O, erməni dilinin Konstantinopol (İstanbul) dialektində danışırdı.[6]

Məktəbi bitirdikdən sonra Kadıköydə müəllimlik etməyə başlamış, lakin 1894-cü ildə Ərzurumda yerləşən Sanasar Kollecində müəllimlik etməyə keçmişdir.[7] 1895-ci ildə Paris Universitetinə (Sorbonna) qəbul olunmuş və burada başqaları arasında Antuan Meyenin yanında təhsil almışdır. 1897-ci ildə Paris Linqvistika Cəmiyyətinin üzvü olmuş və burada laz dili ilə bağlı araşdırma təqdim etmişdir. Daha sonra Henrix Hübşman ilə tanış olmuş və 1898-ci ildə Strasburq Universitetinə köçmüşdür.[5]

Açaryan Rusiya Ermənistanına köçmüş və Ülkilsədə yerləşən Gevorq Seminariyasında müəllimlik karyerasına başlamışdır (1898–1902). Daha sonra Şuşada (1902–1904), Yeni-Bəyaziddə (1906–1907), Yeni Naxçıvanda (1907–1919), daha sonra İranda, Tehran (1919–1920) və Təbriz (1920–1923) şəhərlərində dərs demişdir. Onun fənləri erməni, fransız, türk, erməni tarixi, ədəbiyyatı və mühasibatlıq idi. O, müəllimliklə yanaşı, yaşadığı yerdə erməni dialektlərini də öyrənmişdir.[5]

Açaryan 1923-cü ildə diaspordan Sovet Ermənistanına köçmüş ən görkəmli erməni alimlərindən biri olmuşdur.[8][9] Açaryan 1923-cü ildən 1953-cü ildə vəfat edənədək İrəvan Dövlət Universitetində (İDU) dərs demişdir.[5] O, daha çox fars və ərəb dillərindən dərs demiş, 1940-cı ildə İDU-da Şərq filologiyası/Şərq dilləri və ədəbiyyatı kafedrasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir.[10]

Açaryan çoxsaylı dillər bilirdi: erməni (həm müasir, həm də klassik), fransız, ingilis, yunan, fars, ərəb, türk, ivrit, rus, alman, italyan, latın, kürd, sanskrit, Xaldeya yeni asoru, avesta, laz, gürcü, pəhləvi.[7]

Açaryan 29 sentyabr 1937-ci ildə Stalinist təmizləmələrin qızğın vaxtında casusluq ittihamı ilə həbs edilmişdir. O, çoxsaylı xarici ölkələrin (Birləşmiş Krallıq, Türkiyə) casusluğu və əksinqilabi professorlar qrupunun üzvü olmaqda ittiham olunurdu. 19 dekabr 1939-cu ildə dəlil olmadığı üçün sərbəst buraxılmışdır.[11][7][12][13]

Açaryan 1943-cü ildə Ermənistan Elmlər Akademiyası yaradılanda onun təsisçi üzvü olmuşdur. O, 1937-ci ildən Çexoslovakiya Şərq İnstitutunun müxbir üzvü olmuşdur.[7]

16 aprel 1953-cü ildə İrəvanda vəfat etmişdir.[5] Toxmax qəbiristanlığında dəfn olunmuşdur.[14]

  1. hyw
  1. 1 2 3 4 5 6 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
  3. 1 2 3 4 5 6 Ачарян Рачия Акопович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Stepanian, 1959
  5. 1 2 3 4 5 Aghayan, 1976
  6. Acharian, Hrachia. Հայերէն արմատական բառարան [Armenian Root Dictionary] (erməni). Yerevan: Yerevan University Press. 1926. səh. 24. Պօլսի բարբառ. իմ մայրենի բարբառս էլ, ինքս լինելով բնիկ Պօլսեցի...
  7. 1 2 3 4 Baloyan, 2016
  8. Matossian, Mary Kilbourne. The Impact of Soviet Policies in Armenia. Leiden: Brill. 1955. səh. 81.
  9. Vertanes, Charles Aznakian. Armenia Reborn. New York: Armenian National Council of America. 1947. səh. 40.
  10. "Faculty of Oriental Studies". ysu.am. Yerevan State University. 26 November 2020 tarixində arxivləşdirilib.
  11. Mirzoyan, Hamlet. "Приговорить к расстрелу: Армяне в расстрельных списках Сталина". Noev Kovcheg (rus). April 2010. 8 March 2019 tarixində arxivləşdirilib.
  12. Avagyan, Lilit. "Անհայտ փաստեր Հրաչյա Աճառյանի մասին". mediamax.am (erməni). 30 April 2017. 10 March 2019 tarixində arxivləşdirilib.
  13. . JSTOR Abrahamian Levon Abrahamian.
  14. "The memorial of Atcharyan H." hush.am. 11 March 2021 tarixində arxivləşdirilib.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]