Ramiz Tağıyev

Ramiz Yusif oğlu Tağıyev (1957, Jdanov rayonu) — rəsmi dövlət qeydiyyatı olmayan Canımız Azərbaycan Naminə Partiyasının sədri, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müşaviri, Culfa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Culfa Rayon Xalq Deputatları Məclisinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı.

Ramiz Tağıyev
bayraq
Culfa Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
1992 – 1993
SonrakıTelman Xudaverdiyev
bayraq
Culfa Rayon Xalq Deputatları Məclisinin sədri
bayraq2
1991 – 1995
ƏvvəlkiTelman Xudaverdiyev
SonrakıVəzifə ləğv edildi.
17 noyabr 1990 – 12 noyabr 1995
Seçki dairəsi94 nömrəli ikinci Culfa
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 1957
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Ramiz Yusif oğlu Tağıyev 1957-ci ildə Balakən rayonunda doğulmuşdur. Orta təhsilini tamamladıqdan sonra hərbi xidmətdən keçmişdir. O, Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Culfa rayonu 129 saylı texniki peşə məktəbində tarix müəllimi olaraq başlamış, daha sonra isə məktəbin direktoru olmuşdur.[1]

Ramiz Tağıyev 2003-cü il prezident seçkilərindən sonra, 14 iyun 2003-cü il tarixində həbs edilmiş[2], 20 iyun 2005-ci il tarixində isə əfv sərəncamı ilə azadlığa çıxmışdır.[2][3]

Ramiz Tağıyev daha sonra 2010-cu ildə Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum olunmuşdur.[4] Ramiz Tağıyev Avropa Şurası Parlament Assambleyası tərəfindən "siyasi məhbus" elan olunmuşdur.[5] 19 iyun 2013-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsində onun kasasiya şikayətinə baxılmışdır. Məhkəmə onun şikayətini təmin etmiç, onun barəsində çıxarılmış həbs qətimkan tədbirini ləğv etmişdir. Buna səbəb ona qarşı açılmış cinayət işindəki maddələrdən birinə xitam verilməsi olmuşdur.[4]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ramiz Tağıyev Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Azərbaycan Xalq Cəbhəsi sıralarından 1990-cı il Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə 94 nömrəli ikinci Culfa seçki dairəsindən deputatlığa namizəd olmuş və deputat seçilmişdir.[1]

Ramiz Tağıyev həmçinin Culfa Rayon Xalq Deputatları Məclisinin deputatı olmuş, 1991–1995-ci ildə quruma sədrlik etmişdir.[1] O, 1992–1993-cü illərdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.[6]

Bir müddət Vətəndaş Həmrəyliyi Partiyasında fəaliyyət göstərdikdən sonra Ramiz Tağıyev Azərbaycan Xalq Cəbhəsi Partiyasına üzv olmuşdur.[6] O, bir müddət partiya sədrinin müşaviri postunu tutmuşdur.[7] 15 avqust 2005-ci ildə isə o, partiya sədri Əli Kərimli tərəfindən vəzifəsindən kənarlaşdırılmış[8] və partiya nizamnaməsini pozduğu üçün partiya sıralarından uzaqlaşdırılmışdır.[6]

Ramiz Tağıyev 2007-ci ildə Canımız Azərbaycan Naminə Partiyasının növbəti ilin yazında təsis ediləcəyi haqqında məlumat vermişdir.[6]

Ramiz Tağıyev 26 yanvar 2019-cu il tarixində təsis edilmiş Azərbaycan Xalq Hərəkatının təsisçilərindən olmuşdur.[9] 1 aprel 2019-cu il tarixində Azərbaycan Xalq Hərəkatı 2 qanada parçalanmış, Ramiz Tağıyev isə sabiq daxili işlər naziri İsgəndər Həmidovun rəhbərlik etdiyi qanadda təmsil olunmuşdur.[10]

Ramiz Tağıyev "Millətim" qəzetinin baş məsləhətçisidir.[11]

  1. 1 2 3 Tağıyev Ramiz Yusif oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 487.
  2. 1 2 ""MTN GENERALLARI İLƏ İŞLƏMƏYİ MƏNƏ İQBAL AĞAZADƏ TƏKLİF ETDİ" – RAMİZ TAĞIYEV". 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  3. "AXCP-yə gəlib-getmiş tanınmışlar — Onlar Əli Kərimlini niyə tərk etdilər? — ARAŞDIRMA". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  4. 1 2 "Ramiz Tağıyev azadlığa buraxılıb". 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  5. "AŞPA-da Azərbaycan savaşı". 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  6. 1 2 3 4 "<Azərbaycanda yeni müxalifət partiyası yaradılır". 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  7. "Azerbaijan Rejects Opposition Accusations". 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  8. "ALI KERIMLI’S ADVISOER REMOVED FROM HIS POST". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  9. "Nemət Pənahlı Xalq Hərəkatının İdarə Heyətinin üzvü seçilməyib". 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  10. "Arxivlənmiş surət". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  11. "RAMİZ TAĞIYEV NAZİM QULİYEV VƏ ŞƏMSİYYƏ BƏYLƏRQIZINA EDİLƏN HAQSIZLIĞA ETİRAZ ETDİ". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.