Sarvan Natiq oğlu Mehralıyev (8 iyul 1997, Ağdam rayonu – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Sarvan Mehralıyev | |
---|---|
Sarvan Natiq oğlu Mehralıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər | Aprel döyüşləri |
Təltifləri |
Əslən Xocalı rayonundan olan Sarvan Mehralıyev 1997-ci ilin 8 iyul günündə Ağdam rayonunun Ballar kəndində anadan olub. Sarvan Mehralıyev 2014-cü ildə Pirallahı rayonunda yerləşən 186 saylı tam orta məktəbi bitirib.
Əsgər Sarvan Mehralıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 3-ü isə Sarvan Mehralıyev Ağdam rayonunun Üçoğlan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Mehralıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.